Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə47/282
tarix17.02.2022
ölçüsü2,04 Mb.
#114516
1   ...   43   44   45   46   47   48   49   50   ...   282
"Mehrüs-sünnə"nin sabit miqdarı

Peyğəmbərimizin (s) ailə qurarkən təyin etdiyi mehriyyənin miqdarı barəsində çoxsaylı xəbərlər mövcuddur. Sevindirici haldır ki, istər şiə və istərsə də əhli-sünnədə mövcud olan xəbərlər, onun sabit və müəyyən miqdarını təyin edib. Təkcə iki rəvayət çoxsaylı digər rəvayətlərlə fərqlidir. Belə ki, çoxsaylı rəvayətlər Peyğəmbərin (s) qadınlarının, qızlarının və onun Əhli-beytinin qızlarının mehriyyələrinin "12,5 gümüş əvqiyə", ya "beş yüz dirhəm" olmasını söyləyir. Yalnız biri əhli-sünnəyə,1 digəri isə şiə1 məzhəbinə istinad olunan iki hədis bunların əksini iddia edir. Bu hədislərə əsasən Peyğəmbərin (s) Ümm Həbibə adlı həyat yoldaşının mehriyyəsinin dörd min dirhəm olması deyilir. Amma İmam Baqir (ə) bunun müstəsna bir hal olduğunu buyrmuş və Peyğəmbərimizin (s) istəyi ilə deyil, məhz Həbəşənin hakimi Nəccaşinin əli ilə baş tutduğunu deyil. Çünki Peyğəmbər (s) Ümm Həbibəyə elçi getmək üçün onu vəkil etmişdi. Nəccaşi də, onun mehriyyəsini dörd min dirhəm təyin etdi və bu miqdarı özü ödədi. Allahın rəsulu da, Nəccaşinin hörmətinə bu məsələyə dərin etirazını bildirmədi.



Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin