"Mehrüs-sünnə"nin riyalla2 məzənnəsi
Bizə gəlib çatan xəbərlər "merüs-sünnənin" "12,5 gümüş əvqiyə" olduğunu yetirir. "Əvqiyə", islam dini yarandığı zamanlarda ərəbistanda pul vahidi funksiyasını yerinə yetirirdi. Bu miqdar, ozamanlar, təxminən qırz dirhəmə bərabər idi. Dirhəm qədim zamanlarda pul vahidi kimi dövriyyədə idi. Gümüş, dərmanlar və qiymətli əşyaları onunla al-ver edirdilər. Dirhəm tarix boyu müxtəlif eniş-yoxuşlu dəyər qiymətinə sahib olmuşdur. Üməvilərin zamanında islam hökumətinin geniş yayılmış "sikkə" şəklindəki pul vahidinə çevrildikdən sonra, bir neçə əsr öz dəyərini sabit formada qoruyub, saxladı. İmam Baqir (s) və İmam Sadiq (ə), ravilər bu haqda soruşduqları zaman, hər "əvqiyə"nin üməvilərin zamanındakı kimi "qırx dirhəm" olduğunu söyləmişdir. Sevindirici haldır ki, (indiyə qədər bizə gəlib-çatmış olan) bu dirhəmin üç qram gümüşə yaxın olması tam çəkildə müəyyən edilmişdir.1
Deməli, mehrüs-sünnə, min beşyüz qram xalis gümüş dəyərindədir. Onun bu tarixdəki (1387 h.ş\ mehr ayı) rialla dəyəri isə altı milyon riyal (altı yüz min tümən)dir. Görüldüyü kimi, bu çox yüngül miqdarda və ödənilməsi asan olan bir mehriyyədir.2
Dostları ilə paylaş: |