182. "Mən la yəhzərühül-fəqih": Əbu Səid Xidri rəvayət edir: Allahın elçisi (s), Əli ibn Əbu Talibə (ə) belə nəsihət etdi: Ey Əli! Gəlin bəy otağına girib oturduqda, onun ayaqqabılarını çıxar. Sonra onun ayaqlarını yuyub, suyunu evinizin qapısından, qarşıdakı üç evin qapısına qədər səp (çilə). Çünki belə etdikdə, Allah-təala sənin evindən yetmiş min növ fəqri (ehtiyacı) dəf edər və yetmiş min növ bərəkət nəsib edər. Evinizə gəlinin başı üzərində dövrə vuran yetmiş rəhmət göndərər. Onların xeyir-bərəkəti evinizin hər küncünə yayılar. Gəlin o evdə olduğu zamana qədər, dəlilik, yara-xora və qoturluqdan amanda qalarsınız. Bir həftə boyunca gəlinin bu dörd şeyi yeməsinə mane ol: Qatıq, sirkə, kişniş və turş alma.
Həzrət Əli (ə) soruşdu: "Ey Allahın elçisi! Nə üçün bu dörd şeydən istifadə etməsinə mane olum?"
Buyurdu: "Çünki "rəhim",2 bu dörd şeyə görə nasazlayır və onun övlad sahibi olmasına mane olur...:
Həzrət Əli (ə) yenə soruşdu: "Ey Allahın elçisi! Sirkəni hansı xüsusiyyətinə görə yemək məsləhət deyildir?"
Buyurdu: "Sirkəni yedikdən sonra qadın heyz1 olur. Daha tam şəkildə təmizlənmir. Keşniş, qadını bətnində heyzi gücləndirir, doğumu çətinləşdirir. Turş alma isə, heyzin qarşısını alır və ağrılara səbəb olur."2
Dostları ilə paylaş: |