Aləmlərin xanımının (s) elçılıyı
188. "Əl-Əmali": Zəhhaq ibn Müzahim rəvayət edir: Əli ibn Əbu Talibin belə buyurduğunu eşitdim: Əbubəkr və Ömər mənim yanıma gəlib, dedilər: Ey kaş, Allahın rəsulunun yanına gedib, Fatiməni ondan istəyəsən.
Mən Peyğəmbərin (s) hüzuruna getdim. Gözü mənə sataşdıqda gülərək, buyurdu: "Ey Əbəl-həsən! Nə üçün gəlmisən və nə istəyirsən?"
Mən onunla qohum olduğumu, ilk islam gətirdiyimi, ona etdiyin köməklərim və cihadlarım haqqında danışdım.
Peyğəmbər (s) buyurdu: "Doğru söyləyirsən, Ey Əli! Sən vəsf etdiyindən daha üstünsən!"
Dedim: Ey Allahın rəsilu! Fatiməni mənə ərə verərsənmi?
Buyurdu: "Ey Əli! Səndən öncə bəzi şəxslər onu məndən istədilər. Mən Fatimədən bu barədə soruşdum. Amma onun surətində narazılıq ifadəsini müşahidə etdim. İndi isə səbir et, (Fatimənin razi olub-olmadığını soruşub,) yanına qauıdacağam."
Sonra Fatimənin yanına getdi. Fatimə ayağa qalxıb, onun əbasını alıb, ayaqqabılarını çıxardı. Onun üçün dəstəmaz suyu gətirib, öz əlləri ilə Peyğəmbərə dəstəmaz aldı (yəni; su töküb, ona kömək etdi). Sonra onun ayaqlarını yuyub, oturdu.
Peyğəmbər (s) ona buyurdu: "Fatimə!"
Cavab verdi: "Bəli! Nə buyurursunuz, ey Allahın rəsulu!"
"Əli ibn Əbu Talibin bizimlə qohum olması, kəraməti, fəziləti və imanı haqda məlumatın var. Mən də Allahımdan xahiş etmişəm ki, səni ən yaxşı və ən çox sevdiyi məxluquna ərə versin. İndi o, sənə elçi gəlib. Bu barədə nəzərin nədir?"
Fatimə sakit qaldı və üzünü çevirmədi. Peyğəmbər (s) onun surətində narazılıq ifadəsi görmədi. Sonra Peyğəmbər (s) ayağa qalxıb, buyurdu: Allahu əkbər! Onun sükutu, razılıq əlamətidir." Ardınca Cəbrayıl Allahın rəsulunun (s) yanına gəlib, dedi: "Ey Məhəmməd! Onu əli ilə evləndir. Çünki Allah-təala Fatiməni Əli üçün, Əlini də, Fatimə üçün bəyənib (yaraşdırıb)."
Bununla da, Allahın elçisi (s) Fatiməni mənə ərə verdiyini buyurdu. Sonra mənim yanıma gəlib əlimi tutaraq, buyurdu: " Allahın adı ilə qalx və belə söylə: Allahın bərəkəti ilə və Allah hər nə istədisə (elə də olsun). Allahdan başqa heç bir (həlledici) qüvvə yoxdur. Hər şey alnız Allahın istəyi ilə baş tutar. Allaha təvəkkül edirəm."
Məni Fatimənin yanında əyləşdirib, kənarıma gəldi. Buyurdu: "İlahi! Bu iki şəxs mənim yanımda insanların ən sevimlisidir. Sən də onları sev, övladlarına bərəkət ver və Özün bunları qoru. Mən bu iki şəxsi və övladlarını, şeytanın şərrindən Sənin pənahına tapşırıram."1
6\4
Dostları ilə paylaş: |