244. "Mən la yəhzərühül-fəqih": Rəvayət olunur ki, Əmirül-möminin (ə) bəni-Səd qəbiləsindən olan bir kişiyə belə buyurdu: "İstəyirsənmi ki, özümlə Fatimə (ə) haqqında sənə söhbət açım? O, mənim evimdə su tuluğu ilə o qədər quyudan su çəkirdi ki, tuluğun ipi sinəsində yara izləri qoymuşdu. O qədər əl dəyirmanında un üyüdürdü ki, əlləri qabar bağlamışdı. O qədər evi silib-süpürürdü ki, paltarı torpaq rəngində idi. O qədər ocağın altlnı "püf"ləmişdi ki, libasları qap-qara olmuşdu. Bütün bunlar onu əldən salırdı."
Ona dedim: Ey kaş atanın yanına gedib, sənə bir xidmətçi verməsini xahiş edəydin və bütün bu əziyyətlərin od-alovundan qurtulardın.
Fatimə Peyğəmbəri görməyə getdi, amma ətrafında bir qrup şəxsin onunla söhbət etdiyini gördükdə, utanaraq geri qayıtdı. Peyğəmbər (s) Fatimənin nə üçün gəldiyini anladı və o günün səhəri bizim yanımıza gəldi...
Mən dedim: Ey Allahın rəsulu, mən sizə deyirəm: Fatimə, su tuluğu ilə o qədər quyudan su çəkir ki, tuluğun ipi sinəsində yara izləri qoyub. O qədər əl dəyirmanında un üyüdür ki, əlləri qabar bağlayıb. O qədər evi silib-süpürür ki, paltarı torpaq rəngində olub. O qədər ocağın altlnı "püf"ləyir ki, libasları qap-qara olub. Elə buna görə də, ona dedim ki; "Ey kaş atanın yanına gedib, sənə bir xidmətçi verməsini xahiş edəydin və bütün bu əziyyətlərin od-alovundan qurtulardın."
Peyğəmbər (s) buyurdu: "Sizə məndən istədiyinizdən daha yaxşı bir şey öyrətməyimmi? Hər vaxt yatağınıza uzandıqda 34 dəfə "Allahu əkbər.", otuz üç dəfə "Əlhəmdülil-lah" və otuz üç dəfə "Subhanəllah" deyin."
Fatimə başını "yorğanın" altından çıxarıb, belə sölədi: "Mən Allahın və peyğəmbərinin razılığına razıyam, mən Allahın və peyğəmbərinin razılığına razıyam."1
Dostları ilə paylaş: |