245. "Müsnədi-ibn Hənbəl": Həmmad rəvayət edir: Əta ibn Saib atasının vasitəsilə Əlinin (ə) belə söylədiyini nəql edir: Allahın elçisi, Fatiməni (ə) Əli (ə) ilə evləndirdi. Ona bir məxməl çadra, xurma lifi ilə doldurulmuş bir dəri balış, iki əl dəyirmanı, bir su tuluğu və iki ədəd su və qida maddələri saxlamaq üçün yaşıl rəngli saxsı qab verdi.
Bir gün Əli (ə) Fatiməyə (ə) buyurdu: "Allaha and olsun, quyudan su çəkməkdən sinələrim ağrıyır." Ardınca buyurdu: Allah-təala atana bir neçə əsir qismət edib. Get ondan xidmətçi istə."
Fatimə dedi: "Allaha and olsun, mən də əl dəyirmanında ün hazırlamaqdan əllərin qabar-qabar olub."
O, Peyğəmbərin (s) yanına getdi. Allahın rəsulu (s) buyurdu: "Nə üçün gəlmisən, qizim?"
Fatimə dedi: "Sizinlə salamlaşmağa (hal-əhval sormağa) gəldim."
O, utandığı üçün istəyini soruşmadan, geri qayıtdı. Əli (ə) soruşdu: "Nə etdin?"
Fatimə cavab verdi: "Utandığım üçün söyləyəmədim." Sonra hər ikimiz Peyğəmbərin (s) hüzuruna getdik. Əli (ə) dedi: "Ey Allahın rəsulu! Allaha and olsun ki, quyudan su çəkməkdən sinələrim ağrıyır."
Ftimə dedi: "Mən də əl dəyirmanında ün hazırlamaqdan əllərin qabar-qabar olub. Allah-təala sizə əsirlər və nemət bəxş edib. Bizə bir qulluqçu verin."
Allahın elçisi (s) buyurdu: Allaha and olsun! Nə qədər ki, Süffə əhlinin1 qarınları acdır və mən onların ehtiyaclarını ödəyə bilmirəm, sizə qulluqçu verə bilmərəm. Əsirləri satacam və pullarını bu fəqir insanlara xərcləyəcəyəm."
Əli (ə) və Fatimə (ə) evlərinə geri döndülər. Sonra Peyğəmbər (s) onların yanına getdi... Buyurdu: "Sizə məndən istədiyinizdən daha yaxşı bir şey öyrədimmi?"
Cavab verdilər: Buyurun.
Peyğəmbər (s) buyurdu: "Bu kəlimələri Cəbrayıl mənə öyrədib." Sonra belə söylədi: "Hər namazdan sonra on dəfə "Subhanəllah", on dəfə "Əlhəmdülil-lah" və on dəfə də, "Allahu əkbər" söyləyin. "Hər vaxt yatağınıza uzandıqda 34 dəfə "Allahu əkbər", otuz üç dəfə "Əlhəmdülil-lah" və otuz üç dəfə "Subhanəllah" deyin."
Əli (ə) buyurur: "Allaha and olsun ki, Tanrı elçisinin (s) bu zikirləri mənə öyrətdiyi gündən etibarən, onları tərk etmədim."
İbn Kua Əliyə (ə) dedi: Hətta Səffeyn gecəsi belə?
Buyurdu: "... Hətta Səffeyn gecəsi də."2
6\14
Dostları ilə paylaş: |