Boyunbağı əhvalatı
246. İmam Əli (ə): Allahın elçisi (s) qızı Fatimənin (ə) yanına gəldi. Boynunda bir boyunbağı gördü. Üzünü (etiraz əlaməti olaraq) çevirdi. Fatimə (s) (atasının narazı olduğunu görüb,) boyunbağını boynundan açıb, bir kənara tulladı. Allahın rəsulu (s) ona buyurdu: "Ey Fatimə! Sən məndənsən!"1
Sonra bir dilənçi gəldi və Fatimə (ə) boyunbağını ona verdi. Allahın elçisi (s) buyurdu: "Allahın və mənim qəzəbim, mənim qanımı (ailəmin qanını) tökən və ailəmi incitməklə məni incidən şəxsə qarşı amansız olacaq."2
247. İmam Zeynüz-abidin (ə): Əsma binti Ümeys mənə belə rəvayət etdi: Fatimənin (ə) yanında idim, Allahın rəsulu (s) oraya gəldi. Faimənin (ə) boynunda Əli ibn Əbu Talibin qənimət payından əldə etdiyi qızıl boyunbağı var idi. Allahın elçisi (s) ona buyurdu: "Ftimə! Camaat, Məhəmmədin qızı Fatimə şahanə geyinir (bəzənir) deyə, rişxənd etməzmi?"
Fatimə (ə) boyunbağını çıxardı, onu sataraq puluna bir qul alıb, azad etdi. Peyğəmbər (s) onun bu əməlinə görə çox sevindi.3
248. "Sünəni-Əbi Davud": Peyğəmbərin (s) azad etdiyi qulu Suman rəvayət edir: Allahın rəsulu (s) hər səfərə çıxmaq istədikdə, ailə üzvlərindən ən son Fatimə (ə) ilə görüşərdi. Amma hər səfərdən qayıtdıqda ilk göröşünə getdiyi şəxs, Fatimə (ə) idi. Bir gün döyüşlərin birindən qayıtdıqda, Fatimənin evinin qapısına palaz və ya pərdə asdığını və Həsən ilə Hüseynin əllərinə isə gümüş qolbaqlar bağladığını gördü. Peyğəmbər (s) elə buna görə də, evə daxil olmadı. Fatimə (s) Peyğəmbərin (s) gördüyü şeylərdən narahat olduğunu düşünüb, pərdəni qapıdan açdı, qolbaqları hər iki uşağın əllərindən çıxardı və onları sındırdı.
Həsən və Hüseyn ağlaya-ağlaya Peyğəmbərin (s) yanına gəldilər. Peyğəmbər (s) (sınmış) qolbaqları onlardan alıb, buyurdu: " Ey Suban! Bunları Mədinədəki filan ailəyə apar. Bunlar isə mənim Əhli-beytimdir. Mən onların dünya ləzzətlərindən bəhrələnməsini istəmirəm. Ey Suban! Fatimə üçün bir "əsəb"1 boyunbağısı al və ili ac2 qolbağı."3
Dostları ilə paylaş: |