284. "Müsnədi-Əbi Yəla": Ənəs rəvayət edir: Qadınlar Peyğəmbərin (s) yanına gəlib dedilər: Ey Allahın elçisi! Kişilər Allah yolunda cihad etməyin savabı kişilərə mxəsusdur. Biz qadınlara elə bir əməl qalmır ki, Allah yolunda cihad etməyin savabına bərabər olsun!
Peyğəmbər (s) buyurdu: "Sizin hər birinizin evlərinizdə çalışması (və ərinizə xidmət göstərmsi), Allah yolunda cihad edənlərin savabına bərabərdir."2
285. Allahın Rəsulu (s): Öz ərinə bir qurtum su içirdən hər bir qadının bu əməli, ona bir il gündüzləri oruc tutmaq və gecələri ibadətlə keçirməkdən daha yaxşıdır. Allah-təala, onun ərinə içirdiyi hər qurtumun müqabilində, behiştə bir şəhər inşa edər və altımış günahını (əməl dəftərindən) silər.3
286. Allahın Rəsulu (s): "Ey Həvla!... Allah-təala, ərinin paltarını geyindirən hər qadınıa, qiyamət günü yetmiş behişt libası geyindirər. Bu libasların hər biri noman və reyhan şəqaiqləri (tumurcuqları) kimidir. Həmçinin, qiyamət günü ona kəniz (xidmətçi) ünvanında qırx huri əta olunar.1
287. "Mən la yəhzərühül-fəqih": Bi kişi Peyğəmbərin (s) hüzuruna gəlib, buyurdu: Mənim bir həyat yoldaşım var ki, hər evə gəldiyimdə, məni qarşılayar. Hər evdən çıxdığımda məni ötürər. Məni qəmgin gördüyü zaman, soruşar: Nə üçün kədərlisən? Ruzi-bərəkət üçün qəmlənirsənsə, onu səndən başqası (Allah-təala) əta etməyi öhdəsinə alıb. Axirətin üçün narahatsansa, Allah qəmini artıq etsin. (Çünki axirəti fikirləşib, kədərlənməyə dəyər.)
Allahın elçisi (s) buyurdu: "Allah-təalanın xidmətçiləri (vəfalı qulları) vardır. Bu qadın da, onlardan biridir. Onun üçün şəhidin savbının yarısı nzərdə tutulub."2
4\2
Dostları ilə paylaş: |