Ərə kömək
326. Allahın rəsulu (s): Allah-təala ərinə həcc, cihad və elm öyrənməkdə kömək edər hər qadına, Əyyubun (ə) həyat yoldaşına verilən savabı verər.1
327. Allahın rəsulu (s): Allah-təala, ərinə yeddi gün kömək edən hər qadının üzünə, cəhənnəmin yeddi qapısını bağlayar və behiştin yeddi qapısını açar ki, istədiyi qapıdan oraya daxil olsun.2
328. "Müsnədi-ibn Hənbəl": Həsin ibn Məhsən rəvayət edir: Xalası bir iş üçün Peyğəmbərin (s) hüzuruna getdi. İşi qurtardıqdan sonra Allahın rəsulu 9s) ondan soruşdu: "Ərin varmı?"
Cavab verdi: Bəliş
"Onunla necə davranırsan?"
Qüdrətim çatdığı qədər, onun hər istəyini yerinə yetirirəm.
"Onula necə rəftar etməyin barəsində ehtiyatlı ol, çünki o, sənin həm behiştin və həm cəhənnəmindir.3"4
329. İmam Sadiq (ə): Qadın öz ərinin evini səliqəyə salmaq məqsədilə nəyisə yerbəyer etdikdə, Allah-təala ona Öz (mərhəmət) nəzərini yetirər və Allah-təala (rəhmət) nəzəri ilə baxdığı heç bəndəyə əzab verməz.
Ümm Sələmə soruşdu: Bütün savablar kişilərə məxsusdur. Yazıq qadınlar üçün nə qalıb ki?
Həzrət peyğəmbər (s) buyurdu: "Bəli. Qadın, hamilə olduqda, oruc halında gecələri ibadətlə məşğul olan , malı-canı ilə Allah yolunda cihad edən şəxs kimidir. Övladını dünyaya gətirdikdən sonra, onun üçün elə bir mükafat nəzərdə tutulmuşdur ki, əzəmət və ehtişamını təsəvvür belə edə bilməzsən. Övladına süd verdiyi zaman, onun hər qurtumu müqabilində İsmayıl peyğəmbərin (s) övladlarından birini azad etməsinin savabı qədər savab qazanar. Süd verib qurtardıqdan sonra isə, bir mələk onun böyürünə vurar və belə söyləyər: Həyatına yenidən (günahsız olaraq) başla, çünki bağışlanmısan."1
10\2
Dostları ilə paylaş: |