330. Allahın rəsulu (s): Ey Ənəs!... Evə daxil olduğun zaman, ailənə salam ver ki, evinin xeyir-bərəkəti çoxalsın.2
331. Allahın rəsulu (s): Ey Ənəs!... Evə daxil olduğun zaman, həm özünə və həm ailənə salam ver.3
332. İmam Sadiq (ə): Evə daxil olduğun zaman, "Bismillah bə billah" söylə və ailənə salam ver. Evdə heç kim olmasa belə söylə: "Allahın adı ilə, Onun peyğəmbərinə, əhli-beytinə, bizə və saleh bəndələrə salam olsun." Bunu söylədikdə, şeytanı evindən uzaq tutarsan.1 11\2
Sevindirmək
333. Allahın rəsulu (s): Kim ailəsini sevindirsə, Allah-təala o sevincdən elə bir məxluq yaradar ki, qiyamət gününə qədər onun bağışlanması üçün dua edər.2
334. Allahın rəsulu (s): Hər kim bazardan övladları üçün (meyvələrin ilk yetişən zamanı) nübar alsa, onu övladlarının ağzına qoyanadək, sədəqə daşıyan şəxs kimidir. Və birinci qızına verməlidir. Çünki Allah-təala qız övladlarına qarşı xeyirxahdır. Hər kəs qız övladlarına qarşı xeyirxah olsa, Tanrı qorxusu ilə ağlayan şəxs kimidir. Tanrı qorxusu ilə ağlayan şəxsin isə genahları bağışlanar. Allah-təala qəm-qüssə günündə (qiyamət günü) onu sevindirər.3
335. Allahın rəsulu (s): Bazara gedib, hədiyyə alan və onu ailəsinə gətirən şəxs, sanki ehtiyaclı insanlara sədəqə aparır. Və birinci olaraq, hədiyyəni qız övladına təqdim etməlidir.4
336. Allahın rəsulu (s): Allah-təala bazardab qayıtdığı zaman, ətəyində ailəsi üçün bir şeylər alıb gətirən və onları sevindirən kişini sevir. Onunla mələnlərin qarşısında fəxr edir.1
337. Allahın rəsulu (s): Hər cümə günü ailənizə meyvə və ət kimi bir şeylər alıb, gətirin ki, cümə gününün gəlişinə sevinsinlər.2
338. "Tarixi-Dəmeşq": Ənəs rəvayət edir: Peyğəmbər (s) insanlar arasında ən şux təbiətli şəxs idi.3
339. "Əl-Möcəmüs-səğir": Ənəs rəvayət edir: Peyğəmbər (s) insanlar arasında uşaqlarla ən çox gülən, zarafatlaşan şəxs idi.4