Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Qadının ərinin pis əxlaqı qarşısında dözümü



Yüklə 2,04 Mb.
səhifə99/282
tarix17.02.2022
ölçüsü2,04 Mb.
#114516
1   ...   95   96   97   98   99   100   101   102   ...   282

Qadının ərinin pis əxlaqı qarşısında dözümü



354. Allahın rəsulu (s): Qadınların üç dəstəsinin üzərindən qəbir əzabı götürülər və Fatimə binti Məhəmmədlə (s) birlikdə məhşur olarlar: Ərinin qeyrəti (qısqanclığı) qarşısında səbirli olan qadın, ərinin bədəxlaqlığı müqabilində dözümlü olan qadın, mehriyyəsini ərinə bağışlayan qadın. Allah-təala belə qadınların hər birinə, min şəhidin savabını bəxş edər və bir ilin ibadətinin savabını yazar.2

355. Allahın rəsulu (s): Ərinin bəd rəftarları qarşısında səbr edən qadına Allah-təala Fironun xanımı Asiyanın savabı qədər savab verər.3

356. Allahın rəsulu (s): Qadın əri ilə həm zərərdə (bəd gündə) və həm də, xeyirdə (xoş gündə), çətinlik və asayişdə birlikdə olmalıdır. Necə ki, dərdlərə düçar olmuş Əyyubun həyat yoldaşı, səbirli oldu. On səkkiz il ona səbirlə xidmət etdi. Yük daşıyanlar kimi onu hər gün kürəyində daşıdı. Dəyirmançılarla birgə dən üyüdürdü. Paltar yuyanlarla birgə paltar yuyardı. Ona bir tikə çörək gətirər və Əyyub (ə) onu yeyib, Allaha şükür edərdi. Həyat toldaşı onu bir parçaya bükər və kürəyində daşıyardı. Bütün bunları xeyirxahlıq üçün və Allaha xatir, Ona yaxınlaşmaq məqsədilə əncam verərdi. 1

357. İmam Əli (ə): Allah-təala cihadı kişilərə və qadınlara vacib etdi. Kişinin cihadı malını və canını Allah yolunda öldürülənə qədər fəda etməkdir. Qadının cihadı isə ərinin əzab-əziyyətləri və qeyrəti (qısqanclığı) qarşısında dözümlü davranmasıdır.2

16\2


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin