Ayətullah məHƏMMƏd təQİ Mİsbah yəZDİ


YENİLİKÇİLƏRİN VƏ MÜNAFİQLƏRİN AZDIRICI TƏBLİĞATINA QURBAN GEDƏN GƏNCLƏR



Yüklə 484,47 Kb.
səhifə10/11
tarix30.10.2017
ölçüsü484,47 Kb.
#22786
1   2   3   4   5   6   7   8   9   10   11

YENİLİKÇİLƏRİN VƏ MÜNAFİQLƏRİN AZDIRICI TƏBLİĞATINA QURBAN GEDƏN GƏNCLƏR


Münafiqlər və biganələrlə əyləşənlər onların təsiri altına düşürlər. Belələri zahirən müsəlman kimi tanınsalar da, qəlbləri nifaqa bulaşmışdır. Münafiqlər və din düşmənlərilə mübahisəyə girmək istəyən şəxs öncə öz etiqad əsaslarını möhkəmləndirməli, yetərincə dini maarifə yiyələnməlidir. Söhbət zamanı mübahisə üsullarını bilmək, dəlillərə malik olmaq lazımdır. Yalnız bu yolla etiqadların müdafiəsinə qalxmaq olar. Güləş fəndlərilə tanış olmayan insan peşəkar güləşçi ilə meydana çıxa bilməz. Əgər meydana çıxsa ilk addımda məğlub olar. Dini etiqadlar haqqında xülasə məlumata malik olanlar da şübhələri cavablandırmaq imkanında deyillər. Onlar dini etiqadlarla bağlı suallarla rastlaşdıqda istər-istəməz təsir altına düşür, sonda imanlarını əldən verirlər.

Münafiqlər və fitnəkar biganələr etiqadlı insanlar qarşısında dayanmaq gücündə deyillər. Bu səbəbdən də onlar dini biliklərə malik insanlara yox, bu sahədə biliyi zəif olan gənclərə üz tuturlar. Gənclərin düşüncəsinə demokratiya, azadlıq şüarları ilə hakim olurlar. Gənclərə deyirlər ki, siz sözləri dinləyin və onun yaxşısını seçin! Biz də bu qəbil azadlığın tərəfdarıyıq. Amma peşəkar şeytansifətin təcrübəsiz gənclərlə üzbəüz əyləşməsi yolverilməzdir. Peşəkar şeytansifətlər aldadıcı fəndlərə yiyələnmişlər və lazımınca biliyi olmayanları tovlamaq onlar üçün çətin deyil. Dünyanın şeytansifətlərini iyirmi ildir ki, mübahisəyə çağırırıq. Hər dəfə bir bəhanə ilə bu mübahisədən qaçırlar. Onlar yaxşı bilirlər ki, İslam alimləri ilə üzbəüz oturmaq gücündə deyillər. Bu səbəbdən də alimlərdən yayınıb gənclərə üz tuturlar.


HAQQA ARDICILLIĞIN VƏ PUÇ QƏRB DÜŞÜNCƏSİNƏ ARXA ÇEVİRMƏYİN ZƏRURİLİYİ


Elmi Allahdan öyrənmiş, insanları doğru yola hidayət edə biləcək peyğəmbərlərə itaət etmək yaxşıdır, yoxsa danışıq və rəftarı ziddiyyətlə dolu azğınlara? İnsan kimi dinləməlidir? Aşkar möcüzə və ayələrlə gəlmiş peyğəmbərləri, yoxsa azğın nəfs istəyi əsasında danışanları? Tarix boyu bəşəriyyət 124 min peyğəmbərlə ünsiyyətdə olmuşdur. Onlar eyni yola çağırmış, eyni sözü demişlər. Bu ilahi elçilərə inanaq, yoxsa sözünün əvvəli ilə axırı düz gəlməyənlərə? İslam düşmənlərinin danışığına diqqət yetirsək, onların iki cümləsinin bir-birinə uyğun gəlmədiyini görərik. Ondan soruşanda ki, dünən dediyin nə idi, bu gün dediyin nə? Cavab verir ki, dünən dediyim dünənə aid idi, bu gün dediyim bu günə! Guya hər şey dəyişir və insan gündə bir söz danışmalıdır! Bir yazıçıdan soruşurlar ki, bu gün danışdıqların doqquz il bundan qabaq danışdığınla uyğun gəlmir, bunun səbəbi nədir? Cavab verir ki, mən doqquz il bundan qabaq ölmüşdüm, indi dirilmişəm! Belələri üçün əqidə dəyişikliyi su içmək kimi asandır.

Peyğəmbərlərin və onların ardıcıllarının məntiqi budur ki, yolumuz Allah yoludur, dediklərimiz ağıl və fitrətə uyğundur. İnsanları öz ardlarınca çağıran biganələr isə yeni söz danışmaqla öyünür və xalqın rəğbətini dəlil göstərirlər! Məgər əksəriyyətin rəğbəti haqlılıq göstəricisidir?! Belə bir məntiq Allahın məntiqi ilə uyğun deyil. Allah peyğəmbərə buyurur: “Əgər yer əhlinə tabe olsan, onlar səni Allahın yolundan azdıracaq. Onlar yalnız zənn-gümana uyur, boş və əsassız danışırlar.”64 Yuxarıdakı ayədə peyğəmbərə xitab olunsa da, Allah bütün bəşəriyyətə müraciət edir. Burada “qızıma deyirəm, gəlinim eşitsin” məsəli yada düşür.

Allah bizi əksəriyyətə itaətdən çəkindirir. Çünki xalqın əksəriyyəti əsaslı bilikdən məhrumdur. Onlar haqqı batildən seçmək gücündə deyillər və elmi dəlilləri yoxdur. Əksəriyyət zənn-güman əsasında danışır, nəfs meyillərinə əsaslanır. Haqq yolu tapmaq istəyən haqq yolda olana müraciət etməli, dəlillərə malik olmalıdır. Havadan danışanların ardınca gedənlər, sözsüz ki, yolunu azasıdır. Din düşmənləri gözəl və aldadıcı danışmaqla əksəriyyətin ağlını oğurlayır, dini etiqadlara münasibətdə şəkk-şübhə yaradırlar. Bu işin uzun tarixi var. Tarix boyu din düşmənləri olmuş və eyni üsulla hərəkət etmişlər.

Yenilik deyəndə elmi araşdırmlar sayəsində kəşf olunmuş həqiqət nəzərdə tutulur. Bu qəbil yeniliklərin elmi əsasları olur. Amma cəhaləti dirçəltmək, min illər təkrarlanmış sözləri təzə libasda meydana çıxarmaq yenilik deyil. Onlar deyirlər ki, təcrübədə sübuta yetirilməyən bir şey qəbul olunmur. Məgər bu təzə sözdürmü?! Bu sözü bir vaxt Bəni-İsrail söyləmişdi. Onlar həzrət Musaya dedilər: “Ey Musa, əgər Allahı aşkara görməsək heç vaxt ona iman gətirmərik.”65 Bir sözün təzə olması da onun həqiqət olduğunu göstərmir. Dünyada bir çox yeni nəzəriyyələr əsassız olub və ayaq açan kimi də meydanı tərk edib. Əqli və elmi dəlillərə malik olan, ehtiyaclara cavab verən nəzəriyyə həqiqi nəzəriyyədir. İstənilən bir nəzəriyyənin ya dəlilləri olmalıdır, ya da bu nəzəriyyə Allah tərəfindən təsdiqlənməlidir. Allahın təsdiqlədiyi istənilən bir baxış mötəbərdir.

Bəli, insanın qarşısında iki yol var: Allah yolu və şeytan yolu. Allah bizə əmr edir ki, onun yolunu tutaq. Bizlər peyğəmbər və məsumların yolu ilə gedib haqqa yaxınlaşmalıyıq. Belə etsək fitri istəklərimiz və xoşbəxtliyimiz təmin olunar. Allah-taala eyni zamanda şeytana itaətdən çəkindirir. Çünki şeytanın yolu batildir və cəhənnəmə aparır.

QURAN VƏ ƏHZAB SAVAŞININ İBRƏTLƏRİ


İslam peyğəmbəri və digər peyğəmbərlərə itaəti zəruri sayan ayələrlə yanaşı onları nümunə kimi tanıtdıran ayələr mövcuddur. Ayədə buyurulur: “Şübhəsiz, sizin üçün Allahın rəsulunda nümunə, yaxşı öyüd var.”66

Təfsirçilər və tarixçilər bildirirlər ki, “Əhzab” surəsi Ühüd savaşından sonrakı Əhzab savaşı ilə bağlı nazil olmuşdur. Ühüd savaşı müsəlmanların zahiri məğlubiyyəti ilə sonuclandı. Müsəlmanlara ağır zərbə dəydi. Peyğəmbərin yaxınlarından bir hissəsi şəhid oldu, bir hissəsi yaralandı. Həzrət Peyğəmbərin dişi sındı, Əmirəl-möminin yaralandı. Bu məğlubiyyət münafiqləri daha da həvəsləndirdi. Onlara elə gəlirdi ki, artıq İslamın süqut anı çatıb. Digər bir tərəfdən, özünü qalib görən müşriklər müsəlmanlara son zərbəni vurmağa çalışırdılar. Onlar Peyğəmbərlə bağladıqları müqaviləni nəzərə almadan savaşa qalxdılar. Həmən vaxt müşriklər, yəhudilər və münafiqlərdən ibarət düşmən üçbucağı yarandı. Onlar eyni bir məqsəd ətrafında birləşdilər.



Yüklə 484,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin