Ayətullah müRTӘzа müTӘHHӘRİ materiALİZMƏ YÖNƏLMƏNİN Əsas səBƏBLƏRİ Mürtəcim: Mirzə Rəsul İsamilzadə



Yüklə 396,36 Kb.
səhifə20/46
tarix05.01.2022
ölçüsü396,36 Kb.
#111717
1   ...   16   17   18   19   20   21   22   23   ...   46
ƏZƏLİ İRADƏ MƏSƏLƏSİ
Bu tənqid bundan əvvəlki tənqiddən daha zəifdir.

Əcəba! Mütləq əzəli iradədən məqsəd bütün yaranmışları bir anda yaratmaq mənasındadırmı? Bu, nədə yenə bir yalandır. Mütləq iradədən məqsəd budur ki, o hər bir şeyi bir maneə olmadan öz istədiyi kimi yaradır. Heç bir şey onun istədiyi şeyin arasında əngəl törədə bilməz. Bu, o demək deyil ki, hər şeyi idarə etmək, o şeyin anən var olmasıdır.

Bunu bir az izah edək: Bizim iradəmiz naqis və məhduddur. Əgər bir şeyi idarə etsək başqa şeylərin vasitəsilə idarə etməliyik. Biz o vasitə və səbəbləri əldə etməyincə iradəmizlə bir iş görə bilmərik. Habelə bir sıra maneələrin də, aradan qaldırmalıyıq. O maneələrin olmağı ilə bizim iradəmiz ziddir. Amma Allah bütün varlığı əhatə edir. Səbəblər, vəsaitlər, hətta maneələr də onun iradəsi ilə yaranır. Demək, onun iradəsi hakim olan yerdə heç bir şey şərt, səbəb və ya maneə kimi onun iradəsi qarşısında dayana bilməz. Şərtlər, səbəblər və maneələrin həm varlığı və həm də yoxluğu tamailə onun iradəsindən aslıdır. Demək onun iradə etdildiyi kimi dərhal var olur.

Əgər «bir şeyin varlığı bir sıra şəraitlərə bağlıdır» desək, o şeyin özünə görə bu söz doğru ola bilər, amma Allaha görə bu söz doğru ola bilməz. Yəni, Allah iradəsinin həyata geçməsi heç bir şərtdən asılı deyil. Allah elə onu həmən şərt iradə etmişdir. O da heç durmadan iradə olunduğu kimi var olur. Demək «Allahın iradəsi müstəqildir» sözün anlamı budur ki, o hər şeyi istərsə o şey istədiyi şəkildə və iradəsinin həyata keçməsi heç bir şeydən asılı olmadan var olacaqdır və əgər bir şeyin tədrici olaraq var olacaqdır. Yəni, onun var oluşunun neçəliyi Allahın iradəsinin necəliyi ilə sıx əlaqədədir.

Əgər Allahın iradəsi, canlıların tədrici olaraq milyardlarca il ərzində var olmasına əlaqə bağlayırsa, qətiyyən bütün varlıqlar onun istədiyi kimi, yəni tədrici olaraq var olurlar. Demək «ilahi iradənin tələbi varlıqların ani var olmasıdır» sözü səhvdir. Allahın mütləq iradəsinin tələbi, varlıqların və hər bir şey onun istədiyi kimi «istər ani olsun, istərsədə tədrici olsun» onun iradəsindən başqa bir iradəyə bağlı olmayaraq var olmasıdır.

Bundan əlavə, filosoflar, tədrici olaraq var olan şeylərin yalnız tədrici olaraq var ola biləcəklərini, onların ani olaraq var olmayacaqlarını sübut etmişlər. Yaradılanın qabiliyyəti də elə bu tədrici olaraq var olmasını tələb edir. Sədrül-mütəəlihin «çövhəri hərəkət» adlandıran bir hərəkəti də sübut etmişdir. Bu «cövhəri hərəkət» əslinə görə təbiətdə heç bir sabit (dəyişməyən) şey yoxdur, və hətta ola da bilməz. Təbiətdə hər hansı bir şey tədrici olaraq tapılır. Bundan başqa şəkildə də ola bilməz.

Bundan əlavə, ilahi arif olan bu filosofun, bəzi varlıqlar birdən-birə törənib ilahi iradənin vasitəsilə ani olaraq yaranmaları lazım olur» deyə xəyalına gəlməzdi.

Bir neçə il bundan əvvəl «Töhid və Təkamül» başlığı altında aylıq «Təşəyyo məktəbi» adlı nəşriyyədə nəşr etdiyimiz maqələmizdə qərb filosofların «Töhid ilə Təkamül» arasında zənn etdikləri ziddiyətin səhvlərini açıqlamışıq.



Yüklə 396,36 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin