BİR ƏLİMİZ QURANDADIR, BİR ƏLİMİZ BADƏDƏ, BƏZƏN HALAL İÇİNDƏYİK, BƏZƏN HARAM İÇİNDƏ
Yəni, daim şübhə içində olur. Nə, o tərəfə keçə bilir, nə də bu tərəfə - həqiqətən tam bir ruhi xəstəliyə düçar olur. Dinin rəsalət və işi qərizələri məhv etmək deyil. Dinin rəsalət və işi qərizələri məhv etmək deyil. Onları islah, tədil və rəhbərlik edib kontrol və nəzarət altına almaqdır. Çünki, qərizələr aradan aparmaq olmaz. Qəti olaraq Allah, din və məzhəb adı altında qərizələrin məhv olduğu cəmmiyyətlərdə və habelə Allah pərəstliyin yaşayış ilə ziddiyyətli tanıtdırıldığı cəmiyyətlərdə bu üstün məfhumlar və anlamlar dəyərdən düşüb məğlubiyyətə uğrayaraq meydanı materializmə və Allah və din ilə zidd olan başqa ideologiyalara buraxar.
Bu səbəbdən heç şübhəsiz deməliyik ki, bizim öz içimizdə də oxşarları çox olan zahidlər kimi, cahil zahidlər, xalqın materializmə doğru yönəlməsinə ən mühüm səbəb olmuşlar.
Rassel deyir: kilsə təlimatı insanı iki bədbəxtlik arasında qoyur. Ya dünya və onun nemətləri bədbəxtliyi və ya axirət və onun gözəlləri və sarayları bədbəxtliyi. Kilsə təlimatına görə, insan bu iki bədbəxtlikdən birisinə dözmək məcburiyyətindədir: ya dünyada bədbəxt olamağa razı olmalı və onun nemətlərindədir özünü məhrum etməlidir, ya da ki, əgər dünyada nemətlərdən və ləzzətlərdən faydalanmaq istəsə, gərək axirətdə bunlardan məhrum olmağı qəbul etsin.
Birinci dəfə olaraq tövhidi məntiq belə bir əsassız məntiqləri və sözləri tənqid atəşinə tutmuşdur: Nə üçün Allah, insanı bu iki bədbəxtliyə dözməyə məhkum etmişdir? Nə üçün hər iki xoşbəxtliyi bir yerə yığmaq olmasın? Məgər Allah paxıldırmı? Məgər elə olarsa onun rəhmət xəzinəsindən bir şey azalırmı? Nə olar ki, Allah bizim həm dünya xoşbəxtliyimizi və həm də axirət xoşbəxtliyimizi qərara alsın. Əgər sonsuz qüdrəti və varlığı aşıb daman bir Allah vardırsa və bizim kamil səadətimizi istəyirsə, o halda, eləcə də həm dünya xoşbəxtliyimizi və həm də axirət xoşbəxtliyimizi istəyir.
B.T. Rassel onlardandır ki, kilsənin elə bir təlimatı onu incidir və yəqin ki, həmin təlimatların nəticəsində Allah və dinə görə ziddiyəti artmışdır.
Bu fikri yayanlar belə zənn edirlər ki, dinin bir sıra fərmanlarının səbəbi, o cümlədən çaxır içmə, qumar oynama, zülm etmə və bu kimi şeyləri qadağan etməsinin səbəbi bunların səadət, xoşbəxtlik və ləzzət verməsindədir. Yəni, güya din rahatlıqla və ləzzətlə müxalifdir. Allah isə güya axirətdə insanın xoşbəxt olması üçün dünyada şadlığı, səadəti məhrum etmişdir. Halbuki, bu dəqiqən əksinədir (heç də dinin belə bir nəzəri yoxdur).
Bu çəkindirmələr və məhdudiyyətlər buna görədir ki, onlar (qumar, çaxır) bədbəxtliyə və qara günlüyə səbəb olar. Allahın, çaxır içməni haram etməsindən qəsdi bu deyil ki, çaxır içmək dünya xoşbəxtliyinə səbəb olar və dünya xoşbəxtliyi ilə axirət xoşbəxtliyinin uyğun gəlməməsindən haram etmişdir (yox onun haram olmasının səbəbi bu deyildir). Bəlkə, çaxır həm dünya və həm də axirət bədbəxtliyinə səbəb olduğu üçün haram olunmuşdur. Haram olan şeylərin səbəbi həmin səbəbdir. Yəni, əgər o şeylər bədbəxtliyə səbəb olmasaydılar, heç də haram olmazdılar.
Həmçinin, vacib olanlar da belədir. Yəni, vacib olanlar xoşbəxtliyə səbəb olduqları və həmin dünya yaşayışında yaxşı təsirlər buraxdıqları üçün vacib olmuşlar. Nəinki dünya xoşbəxtliyini azalmaq və məhdud etmək üçün vacib olmuşlar.
Quran tam və açıq bəyanla vacib olan şeylərin məsləhət və faydalı olduqlarını, haram olan şeylərin isə fəsad törədən və ziyankar olduqlarını açıqlamışdır. Misal üçün bu iki ayədə namaz və orucun qüvvətləndirici xüsusiyyətini bəyan edir:
وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ
Dostları ilə paylaş: |