«Onları yer üzündə bərqarar etmək istəyirik».2
İndi Qurandan bir ayə nəql edək ki, peyğəmbərlərin yolunu izləyənlərin yer üzündə bərqarar olub hakimiyyəti əllərinə keçirdikdən sonra necə davranacaqlarını aydınlaşdırır. «Həcc» surəsində buyurur:
الَّذِينَ إِن مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنكَرِ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ
«O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah qiyamət günü əməllərinə müvafiq olaraq möminlərə mükafat, kafirlərə isə cəza verəcəkdir».3
Yəni, onlar hər halda öz vəzifə və mükəlləfiyyətlərini yerinə yetirmək üçün çalışırlar. Amma qəti olaraq nəticəyə uğrayıb uğraması bir sıra məsləhətlər və şərtlərdən asılıdır ki, o da Allah əlindədir. Yenə «Qəsəs» srəsinin ayələrində belə deyilmişdir:
وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ
Dostları ilə paylaş: |