«Və onları (camaata) imam, (yer üzünə) varis edək».1
İndi Qurandan bir ayə zikr edərək açıqlayırıq ki görək, ilahi qanunlara əsasən kimlər rəhbərlik etmə səlahiyyətinə malikdirlər.
«Səcdə» surəsində belə qeyd olunmuşdur:
وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ
«(Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik».2
Biz onların içindən (işkəncə və təzyiq altında qalan xalqdan) rəhbərlər seçdik ki, bizim fərmanımızla başqalarına rəhbərlik etsinlər. Ona görə ki, onlar müqavimət göstərdilər, təslim olmadılar və onlar bizim ayələrimizə və vədələrimizə qəti şəkildə inanmışdılar.
Quran-Kərimin başqa ayələrində belə qeyd olumuşdur:
لَا يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيْرُ أُولِي الضَّرَرِ وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ ۚ فَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَىٰ ۚ وَفَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا
وَفَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا
Dostları ilə paylaş: |