Ayətullah müRTӘzа müTӘHHӘRİ materiALİZMƏ YÖNƏLMƏNİN Əsas səBƏBLƏRİ Mürtəcim: Mirzə Rəsul İsamilzadə


ÖQÜST KONTUN ÜÇ DÖVR ADLANDIRDIĞI MƏSƏLƏ



Yüklə 396,36 Kb.
səhifə10/46
tarix05.01.2022
ölçüsü396,36 Kb.
#111717
1   ...   6   7   8   9   10   11   12   13   ...   46
ÖQÜST KONTUN ÜÇ DÖVR ADLANDIRDIĞI MƏSƏLƏ
Öqüst, insan həyatını üç dövrə bölmüşdür, təəsüflə az-çox da qəbul olunmuşdur. Halbuki, islam filosofların nəzərincə onun sözü bir uşağın sözünə bənzəyir. O, (Öqüst) deyir ki, insan öz həyatı tarixində üç dövrü arxada qoymuşdur:

1. İlahi dövrü: «İnsan, bu dövrdə, hər bir hadisənin metafizik aləmdən mənşələnməsinə inandı. Hər şeyin səbəbini Tanrı və ya tanrılardan bildi.

2. Fəlsəfə dövrü: İnsan, bu dövrdə «səbəb nəticə» qanunu anlamış isə də, əşyanın səbəbləri barədə geniş məlumat əldə edə bilməmişdir. İnsan «səbəb nəticə» qaydasını anladığına görə, hər bir hadisənin səbəbini təbiətdə axtardı. İnsan bu dövrdə təbiətin özündə hadisələrin baş verməsində əsl rol oynayan bir sıra qüvvələrin varlığına inanmışdır.

Bu dövrdə bəşər ümumi və fəlsəfi şəkildə düşündüyü üçün yalnız bunu deyə bilirdi ki, hər bir şeyin səbəbi vardır. Amma «bu səbəb nədir və nəkimi xüsusiyyətlərə malikdir?» sorğudan bir düzgün cavab verə bilmirdi.



3. Elm dövrü: İnsan, bu dövrdə, təbiətdə olan əşyanın səbəblərini geniş səviyyədə anlayır. İnsan, bu dövrdə, fəlsəfi və ümumi şəklində düşünməkdən əl çəkir. Əşyanın bir-birləri ilə əlaqədə olaraq elmi və təcrübə üslubu ilə incələməyə başlayır. İnsan varlıqların arasında bir sıx əlaqənin olduğunu aydıncasına anladı. O, başa düşdü ki, varlıqlar arasında zəncirvari bir əlaqə vardır, zəncir həlqələrin kimi bir-birinə düzülmüşdür. Bu günki elm də həmin metodu qəbul edir. Bu səbəbdən bu dövr «Elm dövrü» adlamışdır.

Öqüst Kontun irəli sürdüyü bu görüşü yalnız sadəlövh adamlar qəbul edərlər. Başqa sözlə desək, insan bir zaman hər hansı bir hadisənin və ya xəstəliyin səbəbini div və cin kimi görünməz şeylər bilirdi, necə ki, Avropanın bəzi yerlərində, bəzi siniflər arasında həmin məfkurə davam edir. İnsan başqa bir zamanda xəstəliklərin səbəbini təbiətin özündən mənşələnməsini anladı. Xəstəliklərin səbəbini təbiətin bəzi təsirindən irəli gəlməsini bilindi. Tibb elmləri sahəsində bir məlumtı olmayan kimsələr də bu şəkildə düşünürlər.

Digər bir dövrdə, insan təcrübə metodu və kəşfiyyatlar əsasında əşyanın bir-biri ilə əlaqədə olduğunu kəşf etdi. Bunun da bir yeniliyi yox idi. İnsan əksi dövrlərdən bəri, bu tərzdə düşünmüşdür. Amma, insan yeni dövrdə keçmişdən daha artıq təbiəti tanımağa və təbiətdə olan əşyanın səbəblərini bir-biri ilə əlaqədə təssəvvür edərək əşyanın səbəblərini incələməyə başlamışdır. Amma «insanın tərz-təfəkkürünü» belə bölmək səhvidir. Əgər insanın tərz-təfəkkür dövrlərini bölmək istərsək; sadəlövh xalq kütlələrinin düşüncəsinin dövrləri ölçüsü ilə bölməliyik. «Dünya görüşü» dili ilə desək, qabaqcıl insanların və mütərəqqi insanların dünya görüşlərini diqqət altına almalıyıq. Bunları nəzərə alaraq, Öqüst Kontun bu bölümünün təmalilə səhv olduğunu anlayırıq. Heç vaxt ümüm bəşər düşüncəsinin təməlcisi kimi olan mütəfəkkirlərin və qabaqçıl və mutərəqqi insanların düşüncə tərz yuxarıda qeyd etdiyimiz «üç dövr»lük şəkilində olmamışdır.

Bu tərz-təfəkkür həqlələrindən və dövələrindən biri də islam tərz təfəkkürü həlqəsidir.

İslam metodu baxımından bu təfəkkürlərin hamısını məxsus bir şəkildə bir yerə yığmaq mümkündür.

Yəni islam tərz-təfəkkür adlandırdığımız bir məxsus tərz-təfəkkürdə bu üç növ tərz-təfəkkür bir yerə yığmaq mümkündür. Başqa sözlə, bir şəxs eyni zamanda həm ilahi, həm fəlsəfə və həm də elmi tərz-təfəkkürə malik ola bilsin. İslam tərz-təfəkkürü ilə tanış olan bir mütəfəkkir üçün, daxili varlıqların və ya hadisələrin səbəbi elmin dediyi kimidirmi? Yoxsa fəlsəfənin göstərdiyi qüvvədirmi? Və ya onların səbəbi Tanrımı? Deyə bir söz yoxdur. Bu barədə Öqüst Kont kimilərə xitabən deməliyik ki, dünyada başqa bir tərz-təfəkkürdə də varmış ki, sizlər onda xəbərsiniz.



Yüklə 396,36 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin