Ayətullah müRTӘzа müTӘHHӘRİ materiALİZMƏ YÖNƏLMƏNİN Əsas səBƏBLƏRİ Mürtəcim: Mirzə Rəsul İsamilzadə



Yüklə 396,36 Kb.
səhifə22/46
tarix05.01.2022
ölçüsü396,36 Kb.
#111717
1   ...   18   19   20   21   22   23   24   25   ...   46
TANRI VƏ YA AZADLIQ
Fəlsəfə, kəlam və əxlaqiyyatda mövzu-bəhs olan «Cəbr və ixtiyar» məsələsi vardır. Burada mübahisə olunur ki, insan öz işlərində və seçdiklərində məcburdurmu və ya azadmı? İlahiyyat elmləri mübahisələrində «Qəza və qədər» yəni aləmin işində Allahın iradəsinin hüdudu və ölçüsü məsələsi də mübahisə edilir.

«Qəza və qədər» məsələsi barədə mübahisə edilir ki, Allahın qəza və qədər ümumkainatda və aləmin bütün cərəyanlarına şamildirmi?

Əgər belədirsə, bəs insan azadlığı necə olur? Və ya mümkünmü ki, ümumiyyətdə həm Allahın qəza və qədəri olsun və həm də insanın azadlığı və ixtiyarı?

Cavab budur ki, bəli, biz «insan və onun taleyi» haqında nəşr etdiyimiz kitabımızda bu barədə söz açmışıq və orada sübut etmişik ki, Allahın Qəza və Qədrinin ümumi şəkildə olduğunun insanın azadlıq və ixtiyarlı ilə heç bir ziddiyyəti yoxdur. Bizim burada dediyimiz sözlər birinci dəfə olaraq deyil bəlkə dediklərimizi Qurani-Kərimdən götürmüşük. Bizdən öncə də bu işi görənlər də vardır. Məxsus islam filosofları bu barədə genişlənməsi söz açmışlar. Amma bu gün Avropa dünyasına baxdıqda Jan Pol Sartr kimi şəxsləri görürük ki, bu məsələ ilə məşğul olduqda gicəlmişlər. Onlar öz fəlsəfələrində insan azadlığı, ixtiyar, intixab və bu kimi ünvanlara arxalanıb Allahı qəbul etmək istəmirlər.

Jan Pol Sartr deyir ki, «azadlığa inandığım üçün Tanrıya inanmıram. Zira Tanrını qəbul edərsəm qəza və qədəri də qəbul etməliyəm və əgər qəza və qədəri qəbul etsəm fərdi azadlığı qəbul edə bilmərəm və azadlığı sevdiyimdən Tanrını qəbul etmirəm». İslama görə əsasən Allaha inanmaqla insan azadlığının heç bir ziddiyyəti yoxdur. İnsanın azadlığı insanın zatıdır. Qurani-Kərim Allahı çox böyük və onun iradəsini daha geniş və ümumi tanıtdırır. Amma azadlıqdan da möhkəm müdafiə edir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ هَلْ أَتَىٰ عَلَى الْإِنْسَانِ حِينٌ مِنَ الدَّهْرِ لَمْ يَكُنْ شَيْئًا مَذْكُورًا إِنَّا خَلَقْنَا الْإِنْسَانَ مِنْ نُطْفَةٍ أَمْشَاجٍ نَبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا


Yüklə 396,36 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin