Ayətullah müRTӘzа müTӘHHӘRİ materiALİZMƏ YÖNƏLMƏNİN Əsas səBƏBLƏRİ Mürtəcim: Mirzə Rəsul İsamilzadə


TANRININ İNSAN ŞƏKLİNDƏ TƏSƏVVÜR EDİLMƏSİ



Yüklə 396,36 Kb.
səhifə6/46
tarix05.01.2022
ölçüsü396,36 Kb.
#111717
1   2   3   4   5   6   7   8   9   ...   46
TANRININ İNSAN ŞƏKLİNDƏ TƏSƏVVÜR EDİLMƏSİ
Kilsə, xalqa Tanrını insan şəkilində tanıtdırmışdır. Kilsə təsiri altında Tanrını insan kimi təsəvvür edən kimsələr, elmi dərəcələrə çatdıqdan sonra bunun ağılla və elmi ölçülərə və uyğun olmasını gördülər. Digər tərəfdən metafizik aləmi anlamalarının ağılla uyğun ola biləcəyini və həmin sahədə kilsənin səhv etdiyini bilməyən və tənqid etmə gücünə malik olmayan sadəlövh xalq, elmi ölçülərə sığışmayan bu kimi anlayışları gördükdə məsələni kökündən inkar etdilər.

Qırx nəfər mütəxəssiz alimin vasitəsilə müxtəlif sahələrdə toplanmış qırx məqaləni ehtiva edən «Tanrının varlığının sübutu» adlı bir kitab vardır.

Bu kitabda hər mütəxəssiz öz ixtisas sahəsində apardığı araşdırmaları ilə Tanrının varlığını sübut etmişdir. Əslində ingilis dilində olan bu kitab farscaya da çevrilmişdi.

Bu mütəxəssizlərdən biri V. O. Lundberk tanrı haqqında apardığı araşdırmaların bir hissəsində bəzi alimlərin maddəçiliyə yönəlmələri barəsində söz acaraq bu məsələyə dair iki səbəbə işarə edir və yazır, «bu səbəblərdən birisi bizim evlərimizdə və kilsələrimizdən öyrədilən təlimatların və anlamların yetərsizliyidir». (Biz öndə də bu səbəbi zikr etmişik). Kilsənin adını çəkdiyimizdən məqsəd bu deyildir ki, bizim məscidlərimizdə, mənbərlərimizdə həmişə dini təlimatlar islam dininə tam tanış olanlar tərəfindən öyrədilir. Heç də belə deyil. Burada təkcə kilsənin adını çəkməyimizin bir səbəbi vardır. O da budur ki, bəhsimizin mövzusu materializmə yönəlmənin səbəbləri barədə olduğu üçün və bu yönəlişlərin çoxu xristian mühitində baş verdiyindən biz kilsənin adını araya çəkirik. İslam dünyasında islamla uyğun gəlməyən hər hansı bir şeyin ortaya çıxmasının səbəbi Avropadan və qərbdən təqlid etməkdən irəli gəlmişdir. Digər tərəfdən islam ölkələrində ilahi filosoflar Avropada baş verən hadisələr kimi hadisələrin qarşısını almışdır. Halbuki, kilsə mühitlərində belə bir məktəb və uslub olmamışdır.

V. O. Lundberk daha belə deyir: «Bəzi alimlərin Allahı öz elmi araşdırmaları ilə qəbul etmələri bir çox səbəblərdən asılıdır. Biz onlardan ikisini zikr edirik.

1. Siyasi və istibdadi şəraitdə və ya ölkə təşkilatlarını və ya cəmiyyətlərin quruluş sistemi nəticəsində bəziləri Allahı varlığını inkar etməyə məcbur olmuşdur.

2. İnsan həmişə bir sıra qorxu və xəyalların təsiri altındadır. Birinin cismi və ruhi rahatlığı olsa da fikri doğru yolu seçməkdə azad deyildir. Xristiyan ailələrində ailə üzvlərinin çoxu uşaqlıdan Allahı insan şəklində təsəvvür etmişlər. Bunlar elmi mərkəzlərə daxil olduqda elmi ölçüləri məsələni icələdikdə insan şəklində təsəvvür edikləri Allahın, elmi həqiqətlərlə uyğun gəlməməsini duyur və bir məhdud müddətdən sonra, Allahı elmin vasitəsilə tanıya bilmədiyi üçün Onun varlığını danır, Bunun əsas səbəbi odur ki, məntiqi dəlillər və elmi araşdırmalar belə bir insanlar öncədən malik olduqlar əqidəni və düşüncəni dəyişə bilmir. O Tanrı haqqında beyninə yerləşdirilmiş düşüncələrin səhv olduğundan, fəlsəfi anlanlarının yetərsizliyindən və başqa psixoloji səbəblərin nəticəsində acıqlanıb kiçildiyi üçün çarə yolunu Allahı danmaqdan bildi.

Sözümüzün xilaləsi budur:

Təəssüflə, az çox bizim aramızda olur ki, bəzi dini təlimatlarda bir sıra məxsus anlamlar Tanrı adına uşaqlara öyrədilir. Uşaq isə böyüyüb alim olduğundan sonra belə bir şeyin-istər Allah adına olsun istər başqa bir ad altında olsun – var ola biləcəyini qəbul edə bilmir. Uşaq böyüdükdən sonra bunun doğru və ya səhv olduğu üzərində düşünmədən və təhqiq etmədən bir başa ilahiyyəti təmamilə inkar edir. O, özünün inkar etdiyi Allahı allahçıların Allahı zənn edir. Ona görə Allah inanmaq məsələsi sadə təsəvvürlərdən irəli gələn bir məsələdir. Bu sadə təsəvvürlər qəbul oluna bilmədiyi üçün Allahı da qəbul etmək olmaz. Onun düşünmədiyi və anlaya bilmədiyi şey budur ki, onu inkar etdiyi şey Allahı allahçılar və allahşünaslar da elə inkar edirlər. Demək onun inkar etdiyi şey Allah deyildir. Bəlkə inkar olunmalı şeyi inkar etməkdir.

Camille Flamarion1 «Təbiətdə Allah» adlı kitabında deyir: «Kilsə Allahı belə tanıtdırmışdır ki, Allahın sağ gözü ilə sol gözünün fasilləsi altı min ağaçdır (36 min kilometr)».

Bəllidir ki, elmdən bir az başı çıxan kimsə belə bir vücuda inana bilməz.


Yüklə 396,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin