Ayətullah Seyid Əli Xamenei


Birinci fəsil: Böyük Peyğəmbər (s)



Yüklə 1,14 Mb.
səhifə3/40
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#109515
1   2   3   4   5   6   7   8   9   ...   40

Birinci fəsil: Böyük Peyğəmbər (s)


Allah elçisinin (s) mühüm işi haqqa dəvət və bu dəvət yolunda cihad idi. Əziz Peyğəmbər (s) öz dövrünün zülmət dünyası qarşısında təşvişə düşmədi. İstər Məkkədə yalqız, yaxud kiçik bir qrup olan müsəlmanların əhatəsində olduğu zaman, qarşısında isə təkəbbürlü ərəb başçılarının, Qüreyş dilavərlərinin və hegemonların kobud xarakterlərlə və qüdrətlə durduğu gün onlardan, yaxud elmdən heç bir bəhrəsi olmayan avam insanlardan qorxmadı. Öz haqq sözünü dedi, təkrar və izah etdi, aydınlaşdırdı, təhqirlərə, çətinliklərə, əzablara dözdü və böyük bir qrupu müsəlman etməyi bacardı. Peyğəmbər (s) bu dəvət və cihad səhnəsində bir an da zəiflik göstərmədi, İslam cəmiyyətini qüdrətlə irəliyə aparıb şərəf və iqtidarın zirvəsinə çatdırdı. İstərsə də İslam hökuməti təşkil edib özü bu hökumətin başçısı kimi qüdrətə sahib olanda heç nədən qorxmadı. O zaman da müxtəlif düşmənlər və müxaliflər Peyğəmbərə (s) qarşı çıxdılar; istər silahlı ərəblər, – Hicaz və Yəmamə səhraları boyunca vəhşi qəbilələr yaşayırdılar; İslamın dəvəti onları islah etməli idi, onlarsa müqavimət göstərirdilər - istər o zamankı dünyanın böyük padşahları – dünyanın o zamankı iki böyük gücü olan İran və Roma imperiyası. Peyğəmbər (s) onlara məktublar yazırdı, sözlərini deyirdi, qoşun yeridirdi, çətinlik çəkirdi, iqtisadi mühasirəyə düşürdü, Mədinə xalqı onların ucbatından bəzən iki-üç gün yeməyə çörək tapmırdı. O zaman hər tərəfdən çoxlu təhlükə Peyğəmbəri (s) əhatə etmişdi. İnsanların bəzisi nigaran olur, bəzisi zəiflik göstərir, bəzisi deyinir, bəzisi Peyğəmbəri (s) mülayimliyə və barışığa həvəsləndirirdi. Amma Peyğəmbər (s) bu dəvət və cihad səhnəsində bir an da zəiflik göstərmədi, İslam cəmiyyətini qüdrətlə irəliyə aparıb izzət və iqtidarın zirvəsinə çatdırdı. Həmin quruluş və cəmiyyət Peyğəmbərin (s) müharibə və dəvət sahələrində göstərdiyi müqavimət sayəsində sonrakı illərdə dünyanın birinci qüvvəsinə çevrilə bildi.

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin