Əlinin (ə) həyatında qüdrət, məzlumluq və
qələbəamilləri
İmam Əlinin (ә) şәxsiyyәtindә, hәyatında vә şәhadәtindә
bir-biri ilә uyğunluğu olmayan üç amil cәm olmuşdur. Bu üç
amil qüdrәt, mәzlumluq vә qәlәbәdәn ibadәtdir.
70
O hәzrәtin qüdrәti әn çәtin hәrbi işlәri idarә etmәkdә, beyin
vә düşüncәlәri әn uca dini vә insani mәsәlәlәrә yönәltmәkdә,
Malik Əjdәr, Əmmar, İbn Abbbas, Mәhәmmәd ibn Əbubәkr
kimi böyük insanlar yetişdirmәkdә vә bәşәr tarixindә bir
mәktәb yaratmaqda polad iradәsindәn vә әzmkarlığından
ibarәtdir. O hәzrәtin qüdrәt tәrәnnümü mәntiq, düşüncә,
siyasәt, hakimiyyәt, cәsarәt vә güclü qollar idi. İmam Əlinin
(ә) şәxsiyyәtindә heç bir cәhәtdәn nöqsan yox idi, amma eyni
zamanda tarixin әn mәzlum şәxsiyyәtlәrdәn idi, mәzlumluq
onun hәyatının bütün sahәlәrindә vardı. Yeniyetmә çağında
mәzlum idi, Peyğәmbәrdәn (s) sonrakı gәnclik çağında
mәzlum idi, ahıllıq vә xilafәt çağında mәzlum idi.
Şәhadәtindәn sonra da uzun illәr minbәrlәrdә onu pislәdilәr,
ona yalan nisbәtlәr verdilәr. Onun şәhidliyi dә mәzlumcasına
idi.
İslam әdәbiyyatında iki nәfәrә "Sarәllah" deyilmişdir. Bir
insan nahaq yerә qәtlә yetirilәndә onun ailәsi qan sahibi vә
qisas hüququna malik olur. Buna әrәbcә "sar" deyirlәr.
Ərәbcәdәn tәrcümәdә deyilәn "Allah qanı" ifadәsi bu
baxımdan dolğun deyil vә mәqsәdi çatdırmır. "Sar" sözü
intiqam haqqı demәkdir. İslam mәnbәlәrinә görә, iki nәfәrin
qan sahibi vә intiqam haqqına malik olan tәrәfi Allahdır. Bu
iki nәfәrin biri İmam Hüseyn (ә), biri isә atası
Əmirәlmöminindir (ә).
1
İmam Əlinin (ә) intiqam haqqı
Allaha mәxsusdur.
Üçüncü amil isә o hәzrәtin qәlәbәsidir. O әvvәla öz
hәyatında yaradılan bütün çәtin әngәllәrә qalib oldu; yәni
sonra izah edәcәyim güclü düşmәn cәbhәlәri Əlini (ә) diz
çökürә bilmәdilәr, hamısı ona mәğlub oldu. Şәhidliyindәn
sonra onun parlaq siması günbәgün hәyatından dәfәlәrlә artıq
şәkildә aydın oldu. Siz bu gün yalnız İslam dünyasına deyil,
bütün dünyaya baxsanız, hәtta müsәlman olmayan çoxlu
şәxsiyyәtlәrin Əli ibn Əbutalibi (ә) tarixin böyük şәxsiyyәti
1
"Əl-Kafi", c. 4, sәh. 576
71
kimi qәbul etdiklәrini vә tәriflәdiklәrini görәrsiniz. Bu,
sözügedәn parlaq gövhәrin daha da parlamasıdır. Allah-Taala
o mәzlumluğun qarşısında bunu Əliyә (ә) mükafat verir. Onun
mәzlumluğu, böyük ittiham vә tәzyiqlәr qarşısında
dözümlülüyü tәbii ki, Allah-Taalanın mükafatına sәbәb olur.
Mükafatı da budur ki, siz bәşәr tarixindә hamının qәbul etdiyi
belә bir parlaq sima tapmırsınız. Bu günә qәdәr
Əmirәlmöminin (ә) barәdә yazılmış kitablar arasında bәlkә dә
әn aşiqanә olanlarını qeyri-müsәlmanlar yazmışlar. İndi
xatırlayıram ki, üç mәsihi yazıçı Əli (ә) haqda hәqiqәtәn
aşiqanә tәrif kitabları yazmışlar. Bu hörmәt şәhadәtinin ilk
günündәn başlandı – hamının, Şam rejiminә bağlı hakimlәrin,
Əmirәlmömininin (ә) xәncәrindәn vә әdalәtindәn ziyan
görәnlәrin onun әleyhinә danışdığı vә tәbliğat apardığı
zamandan. Mәn burada bir nümunә deyәcәyәm.
Abdullah ibn Ürvә ibn Zübeyrin oğlu atasının yanında
Əmirәlmöminini (ә) pislәdi. Müsәb ibn Zübeyrdәn başqa
bütün Zübeyr ailәsinin Əliyә (ә) qarşı münasibәti pis idi.
Müsәb ibn Zübeyr şücaәtli vә sәxavәtli insan idi. Kufә
hadisәlәrindә, Muxtarla vә sonra Əbdülmәliklә bağlı
hadisәlәrdә iştirak etmişdi. O, hәzrәt Sәkinәnin hәyat yoldaşı
vә İmam Hüseynin (ә) birinci kürәkәni idi. Ondan başqa bu
ailәnin digәr üzvlәrinin Əliyә (ә) münasibәti pis idi. Bunu
tarixdәn bilmәk olar. Bu adam Əlini (ә) pislәyәndәn sonra
atası çox da tәrәfdarcasına olmasa da, mühüm mәqama
toxunan bir cümlә işlәtdi. Oğluna dedi ki, dinin yaratdığı vә
kökü din üzәrindә qurulan heç bir şeyi dünya adamları mәhv
edә bilmәdilәr; yәni әmәllәrinin kökü din vә iman üzәrindә
olan Əmirәlmömininin (ә) adını mәhv etmәk üçün әbәs
zәhmәt çәkmәsinlәr. Sonra dedi ki, bax, Mәrvan övladları hәr
mәsәlәdә vә hәr çıxışda bacardıqları qәdәr Əli ibn Əbutalibә
(ә) irad bildirir, onu pislәyirlәr, amma onların pislәmәsi bu
parlaq şәxsiyyәti daha da ucaldır vә böyüdür; yәni onların
sözlәri xalqda әks-tәsir buraxır. Qarşı tәrәf Bәni-Ümәyyәdir.
Ümәyyә övladları öz babalarını nә qәdәr artıq tәriflәyirlәrsә,
72
xalqın onlara nifrәti daha da artır.
1
Bu söz Əmirәlmömininin
(ә) şәhidliyindәn tәxminәn otuz il sonra deyilmişdir. Yәni
Əmirәlmöminin (ә) bütün mәzlumluğuna baxmayaraq, hәm öz
hәyatında, hәm dә tarixdә vә bәşәriyyәtin xatirәsindә qalib
oldu.
Əmirәlmömininin (ә) beş ildәn az sürәn hakimiyyәti
zamanı onun qarşısında üç düşmәn cәbhәsi yarandı: Qasitin,
Nakisin vә Mariqin. Əmirәlmömininin (ә) bu sözünü hәm
şiәlәr, hәm dә sünnilәr öz kitablarında yazmışlar: "Mәn
Nakisin (әhdi pozanlar), Qasitin (zülmkarlar) vә Mariqin
(dindәn çıxanlar, yaxud yolunu azmışlar) ilә vuruşmağa әmr
olundum"
2
. Bu adları o hәzrәtin özü qoymuşdur. Qasitin
zülmkarlar demәkdir. Əmirәlmöminin (ә) onların adını
zülmkar qoydu. Bunlar kimlәr idilәr? Bunlar İslamı zahirәn vә
öz mәnfәәtlәrinә görә qәbul etmiş şәxslәr idilәr. Onlar Əli (ә)
hökumәtini kökündәn qәbul etmirdilәr. Əmirәlmöminin (ә)
bunlarla nә edirdisә, faydası olmurdu. Bu qrup Bәni-
Ümәyyәnin vә Şam valisi Müaviyә ibn Əbu Süfyanın әtrafına
toplaşmışdı. Ən bariz şәxsiyyәtlәri dә cәnab Müaviyәnin özü,
sonra isә Mәrvan Hәkәm vә Vәlid ibn Üqbәdir. Bunlar Əli ilә
razılaşmayan, yola getmәyәn bir cәbhәni tәşkil edirlәr.
Doğrudur, Müğeyrә ibn Şöbә, Abdullah ibn Abbas vә
digәrlәri hakimiyyәtinin әvvәllәrindә Əmirәlmömininә (ә)
dedilәr ki, bir müddәt bunlarla işin olmasın, imam isә qәbul
etmәdi. Bunlar Əlinin (ә) siyasәtinin zәif olduğunu deyirdilәr,
lakin sonrakı hadisәlәr göstәrdi ki, özlәri mәsәlәnin
mәğzindәn bixәbәr olmuşlar. Əmirәlmöminin (ә) nә edirdisә,
Müaviyә razılaşmırdı. Bu tәfәkkür Əli (ә) hakimiyyәtini qәbul
edәn bir tәfәkkür deyildi. Ondan öncәkilәrin bәzilәri isә
bәzilәrinә dözmüşdülәr.
Müaviyәnin müsәlman olmasından Əli (ә) ilә vuruşduğu
zamana qәdәr otuz ildәn bir qәdәr az ötmüşdü. O vә әtrafı
1
"Nәsr әd-dürr", c. 3, sәh. 186
2
"Bihar әl-әnvar", c. 44, sәh. 36
73
illәrlә Şamda hakim olmuş, nüfuz qazanmış vә ictimai dayaq
yaratmışdılar. Elә bir zaman deyildi ki, bir söz deyәn kimi
onlara "siz tәzә müsәlman olmusunuz, nә deyirsiniz?" – deyәn
olsun. Onlar artıq özlәrinә yer açmışdılar. Odur ki, bunlar
ümumiyyәtlә Əli (ә) hakimiyyәtini qәbul etmәyәn, hökumәtin
ayrı cür olmasını vә öz әllәrinә keçmәsini istәyәn cinah idi.
Sonra bunu göstәrdilәr vә İslam dünyası onların hakimiyyәtini
tәcrübә etdi. Əmirәlmömininlә (ә) rәqabәtdә bәzi sәhabәlәrә
çox xoş üz göstәrәn vә hörmәt ifadә edәn Müaviyә sonra
kobud rәftarlara keçdi, Yezidin dövründә isә Kәrbәla hadisәsi
baş verdi. Mәrvan, Əbdülmәlik, Hәccac ibn Yusif Sәqәfi vә
Yusif ibn Ömәr Sәqәfi dә hәmin hakimiyyәtin yetirmәlәridir.
Yәni cinayәtlәrini söylәmәyә tarixin belә qorxduğu bu
hakimlәrin - misal üçün, Hәccacın hökumәti Müaviyәnin
yetişdirdiyi vә belә bir şey üstündә Əmirәlmömininlә (ә)
vuruşan hökumәtdir. Onların nә istәdiyi әvvәldәn bәlli idi.
Onlar sırf dünyәvi hakimiyyәtә gәlmәk vә hakim olmaq
istәyirdilәr. Hamı bu işlәri Bәni-Ümәyyә hakimiyyәtindә
müşahidә etdi. Sözsüz ki, burada etiqadi vә kәlami polemika
açmaq istәmirik. Qeyd etdiklәrim tarixdir, hәm dә yalnız Şiә
tarixi deyil, İbn Əsirin, İbn Qüteybәnin vә bu kimi tarixçilәrin
yazdıqlarıdır. Bunlar tarixin qәti mәsәlәlәrindәndir; bunlar
haqda şiә vә sünnilәr arasında fikir ayrılığı yoxdur.
Əmirәlmömininlә (ә) vuruşan ikinci cәbhә Nakisin cәbhәsi
idi. Nakisin pozanlar demәkdir vә burada mәqsәd beyәti
pozanlardır. Bunlar әvvәlcә Əmirәlmömininlә (ә) beyәt
etdilәr, sonra isә beyәtlәrini pozdular. Bunlar müsәlman vә
birinci qrupdan fәrqli olaraq, doğma idilәr, amma Əli ibn
Əbutalibi (ә) onlara hakimiyyәtdәn böyük pay verәnә, onlarla
mәslәhәtlәşәnә, onlara vәzifә verәnә, haqsız yolla әldә
etdiklәri mal-dövlәtә toxunmayana, "bunları haradan
gәtirmisiniz?" - demәyәnә qәdәr qәbul edirdilәr. Bәli, bu qrup
Əmirәlmöminini (ә) qәbul edirdi, amma bu şәrtlә ki, bu
mәsәlәlәrlә işi olmasın, bu mal-dövlәti haradan vә necә
qazandıqlarını vә nә üçün yediklәrini soruşmasın. Odur ki,
74
әvvәlcә әksәri beyәt etdi. Bәzilәri beyәt etmәdi. Cәnab Sәd
ibn Əbi Vәqqas vә başqa bir neçә nәfәr әvvәldәn beyәt
etmәdilәr. Cәnab Tәlhә, cәnab Zübeyr vә digәr böyük
sәhabәlәr isә beyәt etdilәr, tәslim oldular, üç-dörd aydan sonra
gördülәr ki, yox, bu hökumәtlә yola getmәk olmur, bu
hökumәt dost-düşmәn bilmir, bu hakim özünә, ailәsinә vә
köhnә müsәlmanlara xüsusi üstünlük vermir; baxmayaraq ki,
özü әn birinci müsәlmandır. Gördülәr ki, bu hakim ilahi
hökmlәri icra etmәkdә heç bir şeydәn çәkinmir. Bunları
görәndәn, bu adamla dil tapmağın mümkün olmadığını
anlayandan sonra ayrıldılar, gedib hәqiqәtәn bir fitnә olan
Cәmәl döyüşünü başlatdılar; möminlәr anası Aişәni dә
özlәrinә qoşdular. Bu döyüşdә nә qәdәr adam öldürüldü.
Düzdür, Əmirәlmöminin (ә) qәlәbә çaldı vә mәsәlәni yoluna
qoydu. Bu da ikinci cәbhә idi vә bir müddәt imamın vaxtını
aldı.
Üçüncü cәbhә Mariqin cәbhәsi idi. Mariq qaçan demәkdir.
Bunlar bir oxun kamandan çıxdığı kimi dindәn qaçır vә
uzaqlaşırlar. Bunlar dinin zahiri әmәllәrinә bağlı idilәr, dinin
adını da çәkirdilәr. Bu, xәvaric qruplaşması idi. Onlar
tәhlükәli amil olan azğın düşüncәlәrә qәrq olmuşdular. Dini
Quranın tәfsirçisi vә kitab elminә alim olan Əli ibn
Əbutalibdәn (ә) öyrәnmirdilәr, özlәri istәdiklәri kimi
yozurdular. Tәbii ki, belә insanlardan hәr bir cәmiyyәtdә var,
amma onların qruplaşması, mütәşәkkil formaya düşmәsi üçün
siyasәt lazım idi. Bu siyasәt başqa bir yerdәn tәmin olunurdu.
Bir kәlmә danışan kimi bu qruplaşmanın üzvlәri bir Quran
ayәsi oxuyurdular. Onlar bәzәn Əmirәlmömininin (ә) camaat
namazı qıldığı yerdә ona әziyyәt vermәk mәqsәdi ilә bir
Quran ayәsi oxuyurdular. Əmirәlmömininin (ә) minbәrindә dә
bәzәn bu mәqsәdlә ayәlәr oxuyurdular. Onlar "Hökm yalnız
Allaha mәxsusdur!" devizi ilә demәk istәyirdilәr ki, sizin
hakimiyyәtinizi qәbul etmirik, Allahın hakimiyyәtini istәyirik.
Zahiri әmәllәri belә idi, siyasi tәşkilatlanmaları da Qasitin
cәbhәsinin böyüklәrinin, Şam hakimlәrinin – Əmr As vә
75
Müaviyәnin idarәçiliyi vә mәslәhәti ilә hәyata keçirdi, onlarla
әlaqәlәri vardı. Çoxlu faktlar göstәrir ki, Əşәs ibn Qeys düz
adam deyildi. Düşüncә baxımından bir qrup zәif vә zavallı
adam da belәlәrinin arxasınca düşmüşdü. Deyilәnlәrә әsasәn,
Əmirәlmömininin (ә) qarşılaşdığı vә tәbii ki, qәlәbә çaldığı
üçüncü qrup Mariqin idi. İmam Nәhrәvan döyüşündә onlara
sarsıdıcı zәrbә endirdi. Lakin onlardan cәmiyyәtdә vardı vә
nәhayәt, o hәzrәti şәhadәtә yetirdilәr.
Xәvarici düzgün tanımaq lazımdır. Bәzi adamlar onları
abidlәrә bәnzәdirlәr. Abid bir kәnarda oturub özü üçün namaz
qılır, dua oxuyur. Xәvaric isә belә deyildi. Xәvaric iğtişaş
törәdir, böhran yaradır, Əli (ә) ilә vuruşurdu. Onların işi
kökündәn sәhv idi; vuruşmaları sәhv vә mәqsәdlәri batil idi.
Əmirәlmömininin (ә) bu üç qrupla qarşı-qarşıya gәldi.
Əmirәlmömininlә (ә) Peyğәmbәrin (s) hakimiyyәtlәrindә
әsas fәrq bu idi ki, Peyğәmbәrin (s) dövründә iman vә küfr
sıraları bәlli idi. Yalnız münafiqlәr qalırdı, Quran ayәlәri dә
daim insanları cәmiyyәt daxilindәki münafiqlәrdәn çәkindirir,
barmağını onlara sarı uzadır, möminlәri onların qarşısında
güclәndirir, onları ruhdan salırdı. Peyğәmbәrin (s) dövründә
İslam quruluşunda hәr şey aşkar idi, bәlli cәbhәlәr bir-birinin
qarşısında dayanmışdı; bir nәfәr küfr, tağut vә cahiliyyәt
tәrәfdarı idi, bir nәfәr dә iman, İslam, tövhid vә mәnәviyyat
tәrәfdarı. Düzdür, orada hәr cür adam vardı, lakin sıralar aydın
idi. Əmirәlmömininin (ә) dövründә isә sıralar aydın deyildi.
İkinci qrup olan Nakisin cәbhәsi hörmәtli şәxsiyyәtlәr idilәr.
Cәnab Zübeyr, yaxud cәnab Tәlhә kimi bir şәxsiyyәt
qarşısında qalan hәr bir kәs tәrәddüd edirdi. Zübeyr
Peyğәmbәrin (s) dövründә görkәmli şәxsiyyәtlәrdәn,
Peyğәmbәrin (s) bibisi oğlu vә ona yaxın bir şәxs olmuşdur.
Hәtta Peyğәmbәrdәn (s) sonra da Əmirәlmöminini (ә) müdafiә
etmәk üçün Sәqifәyә etiraz edәnlәrdәn idi. Allah hamımızın
aqibәtini xeyirli etsin! Bәzәn dünyagirlik vә müxtәlif maddi
amillәr insanda elә tәsir buraxır, bәzi şәxsiyyәtlәrdә elә
76
dәyişiklik yaradır ki, görkәmli şәxslәrә qarşı da şübhә yaranır,
o ki qala adi adamlara. O zaman hәqiqәtәn çәtin idi.
Əmirәlmömininin (ә) әtrafında qalıb mübarizә aparanlar,
vuruşanlar çox ayıqlıq göstәrdilәr. Mәn Əmirәlmöminindәn
(ә) bu sözü dәfәlәrlә söylәmişәm: "(Zahirәn müsәlman
görünәn zalımlara qarşı) Yalnız ayıq vә dözümlü insanlar
mübarizә apara bilәrlәr".
1
Birinci növbәdә ayıqlıq lazımdır.
Belә çәkişmәlәrә nәzәr salanda Əmirәlmömininin (ә)
problemlәrini anlamaq olur. Çoxları İslam iddiası altında
Əmirәlmömininlә (ә) vuruşur vә yanlış sözlәr söylәyirlәr.
İslamın erkәn çağında yanlış düşüncәlәr çox yayılırdı, amma
Quran ayәsi nazil olur vә açıq şәkildә o düşüncәlәri rәdd
edirdi; istәr Mәkkә dövründә, istәr Mәdinә dövründә. İnsan
Mәdinәdә nazil olmuş Bәqәrә surәsinә baxanda Peyğәmbәrin
(s) әsasәn münafiq vә yәhudilәrlә müxtәlif problemlәrinin
şәrhini görür vә bәzәn xırdalıqlarla da rastlaşır. Quranda hәtta
Mәdinә yәhudilәrinin o zaman Peyğәmbәrә (s) qarşı
işlәtdiklәri psixoloji üsullar da qeyd olunur: “Raina”
demәyin".
2
Yenә dә Mәkkәdә nazil olmuş mübarәk Əraf
surәsindә xurafatla geniş mübarizә aparılır. Onlar bәzi әtlәri
yalan yerә haram adlandırırdılar: "De: “Rәbbim yalnız aşkar
vә gizli alçaq işlәri haram buyurmuşdur".
3
Haram bunlardır,
siz isә gedib bütlәrә nәzir mәqsәdi ilә azad edilәn, yaxud beş
dәfә balalayan vә sonuncu balası erkәk olan dәvәlәri özünüzә
haram etmisiniz. Quran belә düşüncәlәrlә açıq mübarizә
aparırdı. Əmirәlmömininin (ә) dövründә isә hәmin müxaliflәr
dә Qurandan istifadә edir vә Quran ayәlәri oxuyurdular.
Əmirәlmömininin (ә) işi bu cәhәtdәn dәfәlәrlә ağır idi.
Əmirәlmöminin (ә) özünün qısa hakimiyyәt dövrünü belә
problemlәrlә keçirdi.
1
Nәhcül-bәlağә, xütbә: 173
2
Bәqәrә/104
3
Əraf/33
77
Bunların qarşı tәrәfindә Əlinin (ә) öz cәbhәsi durur. Bu,
hәqiqәtәn güclü cәbhәdir. Orada Əmmar, Malik Əjdәr,
Abdullah ibn Abbas, Mәhәmmәd ibn Əbubәkr, Meysәm
Tәmmar, Hücr ibn Ədi kimi şәxslәr var. Mömin vә ayıq
şәxsiyyәtlәr ictimai rәyin yaranmasında mühüm rol
oynayırlar.
Əmirәlmömininin
(ә)
xilafәtinin
belә
şәxsiyyәtlәrin mәharәtli fәaliyyәti cәhәtindәn gözәl, çәkdiklәri
әzab-әziyyәtlәr cәhәtindәn isә acı hissәlәrindәn biri onların
Kufә vә Bәsrәyә hәrәkәt etmәsidir. Tәlhә vә Zübeyr Bәsrәni
tutanda Əmirәlmöminin (ә) İmam Hәsәni vә bәzi sәhabәlәri
göndәrdi. Onların xalqla müzakirәlәri, mәsciddә danışdıqları
söhbәtlәr vә göstәrdiklәri dәlillәr İslamın erkәn tarixinin
hәyәcanlı, gözәl vә mәzmunlu hissәlәrindәn biridir. Mәhz
buna görә Əmirәlmöminininin (ә) düşmәnlәrinin әsas
hücumları bu şәxslәrә yönәlmişdi. Ən böyük tәxribatlar Malik
Əjdәrin, Əmmar Yasirin, Mәhәmmәd ibn Əbubәkrin әleyhinә
idi. Düşmәnlәr әvvәldәn Əmirәlmömininlә (ә) bağlı
mәsәlәlәrdә imtahan vermiş, möhkәm iman vә ayıqlıq
göstәrmiş şәxslәrin hamısı әleyhinә müxtәlif ittihamlar
yağdırırdı. Onlara qarşı sui-qәsd hazırlanırdı vә әksәri dә
şәhid olurdular. Əmmar döyüşdә öldürüldü, Mәhәmmәd ibn
Əbubәkr vә Malik Əjdәr isә şamlıların hiylәsi nәticәsindә
şәhid edildilәr, bәzilәri dә qaldılar vә sonradan şiddәtli
üsullarla qәtlә yetirildilәr.
Əmirәlmömininin (ә) hәyatı vә hakimiyyәti belә keçdi.
Yekun söz kimi belә deyә bilәrik ki, bu hökumәt qüdrәtli, eyni
zamanda mәzlum vә qalib bir hökumәt idi. İmam Əli (ә) hәm
öz zamanında düşmәnlәrini diz çökürә, hәm dә mәzlumcasına
şәhadәtindәn sonra tarix boyu işıqlı mәşәl kimi yaşaya bildi.
Tәbii ki, onun bu müddәtdә çәkdiyi әziyyәtlәr tarixin әn
kәdәrli hadisәlәrindәndir.
|