İmam Baqirin (ə) Şama çağırılması
İmamın hәyatının sonlarında baş verәn mühüm
hadisәlәrdәn әn mәşhuru onun Əmәvi dövlәtinin paytaxtı olan
Şama çağırılmasıdır. Xilafәt qarşısında möveyini bilmәk üçün
Əmәvi xәlifәsi İmam Baqiri (ә) vә bәzi rәvayәtlәrә görә hәm
dә gәnc oğlu vә yaxın hәmkarı olan İmam Sadiqi (ә) tutub
Şama göndәrmәyi әmr edir. İmamı Şama, xәlifәnin sarayına
gәtirirlәr. Hişam qabaqcadan öz әtrafına vә mәclisdә iştirak
edәnlәrә imamla qarşılaşarkәn nә etmәli olduqlarını diktә
etmişdi. Qәrara gәlmişdilәr ki, әvvәlcә xәlifәnin özü vә sonra
mәclisdә iştirak edәn saray adamları vә mәmurlar imama sarı
ittiham vә mәzәmmәt seli yağdırsınlar. O bu işdә iki mәqsәd
güdürdü: biri bu idi ki, bu tәhqirlәrlә imamı ruhdan salsın vә
vәziyyәtin tәlәb edәcәyi hәr hansı işә şәrait yaransın; ikincisi
dә bu idi ki, iki düşmәn cәbhәnin әn yüksәk rәhbәrlәri
arasında keçirilәn görüşdә düşmәnini günahkar çıxarsın vә
әmrә müntәzir dayanmış natiq vә casuslarından ibarәt
tәbliğatçıları vasitәsi ilә mәğlubiyyәt xәbәrini yayıb onun
başçılıq etdiyi cәbhәnin bütün üzvlәrini tәrk-silah etsin.
Qayda belә idi ki, mәclisә daxil olan şәxs
"Əmirәlmöminin" lәqәbi ilә müraciәt edib xәlifәyә salam
versin. İmam isә daxil olanda bu qaydanın әksinә olaraq,
üzünü bütün mәclis iştirakçılarına tutub әli ilә işarә etdi vә
dedi: "Əssәlamu әleykum". Sonra isә icazә gözlәmәdәn
oturdu.
Bu rәftara görә qәlbi hikkә vә әdavәtlә dolmuş Hişam
mәclisә başladı: "Siz Əli (ә) övladları hәmişә müsәlmanların
vәhdәtini pozmuş, onları öz rәhbәrliyinizә dәvәt etmәklә nifaq
salmış, ağılsızlıq vә nadanlıqla özünüzü imam saymısınız".
Bir qәdәr belә çәrәnlәyib sakit oldu. Ondan sonra nökәrlәrinin
195
vә quyruq bulayanlarının hәr biri bu mәzmunda çıxış edәrәk
imamı ittiham etdilәr.
Bütün bu müddәtdә imam sakit oturmuşdu, hamı sükut
edәndә isә ayağa qalxıb üzünü mәclis iştirakçılarına tutdu.
Allaha hәmd vә sәnadan, Peyğәmbәrә (s) salamdan sonra qısa
vә güclü cümlәlәrlә hәmin tәsadüfi qrupun mәqsәdsizliyini
bildirdi, ixtiyarsız vә alәt olmalarını qamçı kimi başlarına
vurdu. Özünün mövqeyini vә ailәsinin әn üstün İslam meyarı
olan hidayәtә uyğun şәrәfli keçmişini bәyan etdi vә nәhayәt,
Allahın tarixi әnәnәlәrinә bәrabәr olan yolunun yaxşı aqibәtli
olmasını söylәyib onların zәif ruhiyyәsini daha da zәiflәtdi.
Buyurdu ki, ey insanlar, haraya gedirsiniz?! Sizin üçün hansı
aqibәt nәzәrdә tutulmuşdur?! Allah bizim vasitәmizlә sizin
ata-babalarınızı hidayәt etdi, bizim әlimizlә dә işlәrinizin
sonuna möhür vuracaq. Siz bu gün hakimiyyәtdәsinizsә, biz
sonra hakimiyyәtdә olacağıq vә bizim hökumәtimizdәn sonra
heç bir hökumәt gәlmәyәcәk. Allah buyurmuşdur: "Aqibәt
tәqvalılara mәxsusdur". Bu aqibәt bizә aiddir.
1
Mәzlumluq vә amirliyin, müjdә vә tәhdidin, tәsdiq vә
inkarın olduğu bu qısa vә mәzmunlu çıxış o qәdәr güclü vә
tәsirlidir ki, yayılsa vә insanlara çatsa, hәr bir dinlәyicini onu
deyәnin haqlı olmasına inandıra bilәr. Bu sözә cavab vermәk
üçün özünәinam vә arxayınlıq qәdәr әdiblik vә natiqlik dә
lazımdır. İmamın müraciәt etdiklәrindә isә bunlar yoxdur;
demәli, zor vә şiddәtdәn başqa bir çarә qalmır.
Hişam imamı zindana salmağı әmr edir. O bu әmәli ilә
özünün ruh düşkünlüyünü vә mәntiq çatışmazlığını etiraf
etmiş olur. İmam zindanda maariflәndirmә aparır, hәqiqәtlәri
çatdırır vә digәr dustaqlara tәsir göstәrir. Belә ki, dustaqlar
arasında onun sözünü ürәkdәn qәbul etmәyәn vә ona
vurulmayan bir kәs qalmır. Mәmurlar vәziyyәti Hişama
mәruzә edirlәr. Bu hal Şamı on illәrlә xüsusi formada Şiә
tәbliğatından uzaq saxlamış bir rejim üçün әsla qәbuledilәsi
1
"Bihar әl-әnvar", c. 46, sәh.264
196
deyil. Hişam imamı vә yoldaşlarını zindandan çıxarmağı әmr
edir, onlar üçün heç bir yerin yaşadıqları Mәdinә şәhәrindәn
uyğun olmadığını düşünür; tәbii ki, hәmişәki vә bәlkә bir
qәdәr dә güclü nәzarәt şәrti ilә. Lazım olanda da son zәrbәni
endirsinlәr, rәqibini öz evindә, yatağında sәssiz-sәmirsiz
öldürsünlәr vә imamı öldürmәk cinayәti boyunlarında
qalmasın. Hişamın әmri ilә onları yol boyu dayanmayan
sürәtli atlara mindirib Mәdinәyә qәdәr çapdılar. Öncәdәn әmr
etmişdilәr ki, yoldakı şәhәrlәrdә heç kimin bu sevilmәyәn
karvanla alış-veriş etmәyә, onlara çörәk vә su satmağa haqqı
yoxdur.
1
Üç sutka bu vәziyyәtlә getdilәr, su vә çörәk
ehtiyatları tükәndi.
Gәlib Mәdinә şәhәrinә çatdılar. Əmrә uyğun olaraq şәhәr
әhalisi qapıları bağladı vә onlara bir şey satmadı. İmamın
tәrәfdarları aclıqdan vә susuzluqdan şikayәt etdilәr. İmam
şәhәrdәki hündür bir tәpәnin başına çıxıb uca sәsi ilә әhaliyә
müraciәt etdi: "Ey zalımlar şәhәrinin әhalisi! Mәn Allahın
"Əgәr mömin olsanız, Allahın saxladığı ehtiyat sizin üçün
yaxşıdır"
2
buyurduğu
ehtiyatıyam!"
Gözlәnilmәdәn
zamanında göstәrilәn bir sayıqlıq vә cәsarәt tәxribatı
zәrәrsizlәşdirdi. Şәhәr әhalisindәn bir nәfәr aldanmış vә
bixәbәr camaata xatırlatdı ki, bu, Şüeyb peyğәmbәrin öz
dövrünün azğınlarına etdiyi fәryaddır. Onlara başa saldı ki, bir
zaman ata-babalarının qaldıqları mesaj qarşısında qalmışlar.
Bu gün onlar hәmin mesajı eşitmәdiklәrinә görә öz ata-
babalarını lәnәtlәyirlәr. Bәli, tarix tәkrar olunmuşdur. İndi dә
hәmin mesaj, hәmin şәxs vә hәmin dinlәyicilәrdir. Yerindә
deyilәn bu söz ürәklәrә hopdu, qapıları açdılar vә xilafәtin
qadağasına baxmayaraq, onun düşmәnini qәbul etdilәr.
3
1
Bәzi rәvayәtlәrә görә, yoldakı şәhәrlәrin әhalisinә demişdilәr ki,
Mәhәmmәd ibn Əli (ә) vә Cәfәr ibn Mәhәmmәd (ә) İslam dinindәn dönüb
mәsihi olmuşlar: "Bihar әl-әnvar", c. 46, sәh. 306
2
Hud/86
3
"Bihar әl-әnvar ", c. 46, sәh. 264
197
Bu tarixi rәvayәtin son hissәsi bir neçә cәhәtdәn dövrün
siyasi vәziyyәtini, repressiyanı vә ümumi avamlığı, digәr
tәrәfdәn isә İmam Baqirin (ә) Bәni-Ümәyyә hakimiyyәtinә
qarşı mövqeyini göstәrir. Bu hissәdә deyilir ki, Mәdinәdә baş
verәnlәr Hişama çatdırılanda hәr şeydәn çox xilafәt
başçılarının planı әleyhinә danışmağa vә xalqı böyük
cәhalәtdәn
oyatmağa
cәsarәt
edәn
bu
kişinin
cәzalandırılmasını әmr etdi. Vә xәlifәnin әmri ilә onu qәtlә
yetirdilәr.
Bunlara baxmayaraq, imam hakimiyyәtlә döyüşdәn çәkinir,
xәncәrә әl atmır, tәlәsәrәk xәncәrin dәstәyini sıxan barmaqları
da açır, onları uzaqgörәnliyә vә mövqeyi daha yaxşı tanımağa
vadar edir. Əsaslı sәbәb olmadan dil xәncәrindәn dә istifadә
etmir. Hissiyyat burulğanında dözümünü itirmiş vә cana
gәlmiş qardaşı Zeydә qiyam icazәsi vermir. Adi
münasibәtlәrdә vә sınanmamış qüvvәlәrlә әlaqәdә әn çox
elmi-mәdәni fәaliyyәtlәr üzәrindә dayanır, eyni zamanda hәm
ideoloji bünövrә quran, hәm dә siyasi tәqiyyә sayılan işlәr
görür. Lakin öncәki qısa işarәlәrdәn dә göründüyü kimi, bu
mәqsәdyönlü taktika imamәt hәrәkәtinin ümumi istiqamәtini
onun yoluna iman gәtirәn yaxın dostlara vә hәqiqi şiәlәrә
göstәrmәsinә mane olmur. O, qaçılmaz mübarizә yolu ilә
İslam vә Əli (ә) hakimiyyәti qurmaqdan ibarәt olan böyük Şiә
amalını onların qәlbindә canlandırır, hәtta münasib
zamanlarda bu istiqamәtdә lazımi hәddә hisslәr dә oyadır.
Çox da uzaq olmayan gözәl gәlәcәk müjdәsi İmam Baqirin
(ә) ümidverici üsullarından olub, hәm dә o hәzrәtin Şiәnin
tәdrici hәrәkәtindә öz mövqeyini harada vә hansı mәrhәlәdә
gördüyünü göstәrir. Rәvayәtdә deyilir ki, Əbu Cәfәrlә (ә)
birgә idik, ev adamla dolu idi. Bir qoca mәclisә daxil oldu vә
salam verib dedi: "Ey Peyğәmbәr (s) övladı! Allaha and olsun,
mәn sizi vә sizi sevәnlәri sevirәm. Allaha and olsun, bu sevgi
maddiyyata tamahdan deyil. Mәn sizin düşmәninizi özümә
düşmәn bilirәm vә bu әdavәt onlarla bizim aramızda qan
töküldüyünә görә deyil. Allaha and olsun, mәn sizin әmr vә
198
qadağalarınızı qәbul edir vә sizin qәlәbәnizi gözlәyirәm.
Deyin görüm buna ümid bәslәyә bilәrәmmi, sәnә qurban
olum?" İmam kişini yanına çağırıb ona yer verdi vә dedi: "Ey
kişi! Bir nәfәr atam Əli ibn Hüseyndәn (ә) eynilә bu sözü
soruşdu. Atam ona cavab verdi ki, bu intizarla ölsәn,
Peyğәmbәrin (s), Əlinin (ә), Hәsәnin (ә), Hüseynin (ә) vә Əli
ibn Hüseynin (ә) yanına gedәrsәn, ürәyin şad, halın xoş,
gözün işıqlı olar, Allahın böyük bәndәlәri ilә birgә rahatlıq
içәrisindә olarsan; әgәr sağ qalsan, bu dünyada gözünün
aydınlaşacağı vә bizimlә, bizim yanımızda әn üstün mövqeyә
çatacağın günü görәcәksәn". Kişi gedәrkәn imam ona baxıb
buyurdu: "Kim cәnnәt adamını görmәk istәyirsә, bu kişiyә
baxsın"
1
.
Bәzәn hәtta bundan da irәliyә gedib qәlәbә ilini tәyin edir
vә Şiәnin qәdim arzusunun hәyata keçәcәyini söylәyir. Əbu
Hәmzә Sumali deyir ki, İmam Baqir (ә) Allahın bu işi - Əli (ә)
hökumәtinin qurulmasını 70-ci ilә tәyin etdiyini deyirdi. İmam
Hüseyn (ә) öldürülәndә isә Allahın insanlara qәzәbi tutdu vә
bu tarixi 140-cı ilә qәdәr tәxirә saldı. Biz bu zamanı siz yaxın
dostlara dedik vә siz bu sirri açdınız, ondan sonra isә Allah
bunun üçün zaman tәyin etmәdi; Allah istәdiyini mәhv edәr,
istәdiyini möhkәmlәdәr. Əbu Hәmzә deyir ki, bu sözü Əbu
Abdullah İmam Sadiqә (ә) dedim, o da tәsdiqlәdi.
2
Belә sözlәr öldürücü tәzyiqlәrlә dolu olan hәmin repressiv
mühitdә şirin röya kimi görünәn İslam quruluşunu vә Əli (ә)
hökumәtini qәti vә qaçılmaz gәlәcәk kimi göstәrir, şiәlәrin
mәzlum qәlbinә ümidverici vә hәrәkәtverici işıq salır, yolu qәt
etmәk üçün onların güc vә itaәtkarlığını artırır.
İmamın 19 illik rәhbәrlik dövrü bu vәziyyәtdә keçir. Bu 19
ildә hәm ideoloji tәlim var, hәm fәrd quruculuğu; hәm
mübarizә taktikası var, hәm dә tәşkilat yaratmaq vә onu idarә
etmәk; hәm siyasi istiqamәti qorumaq vә davam etdirmәk var,
1
Yenә orada, sәh. 361-362
2
"Əl-Kafi", c. 1, sәh. 368
199
hәm dә tәqiyyә, daha çox vә daha güclü ümid yaratmaq. Bu
19 il mübarizә ilә, sıldırım qayalar arasında cidd-cәhdlә ötdü.
Nәhayәt, bu qısa vә sәmәrәli ömür sona çatanda, Əli (ә)
hәrәkatının qatı düşmәnlәri bu hәrәkatın başçısının vәfatından
sonra rahat nәfәs alacaqlarını, Şiә mübarizәlәrindәn qurtulub,
özlәrinin ölkә daxilindә vә sәrhәdlәrdәki saysız-hesabsız
problemlәri ilә mәşğul olacaqlarını düşünәndә bu ocağın isti
vә yandırıcı közü özünün son güclü qığılcımını Əmәvi
rejiminin kökünә endirir. Ömrünü ifşaçılıq vә maariflәndirmә
ilә keçirmişdi, ölәndәn sonra da eyni işi davam etdirir; öz
hәyatı ilә ayıqlıq vermişdi, ölümü ilә dә eyni missiyanı yerinә
yetirir, anlamaq vә düşünmәk tәşnәsi olan bixәbәr xalqa vә öz
dostlarına yeni dәrs vә mesaj buraxır. Bütün hәyatı kimi bu
mesaj da sakit vә güclüdür; dostlara vә ehtiyaclılara fayda
yetirir, düşmәnin yuxusunu pәrişan edir. Bu, İmam Baqirin (ә)
tәqiyyәsinә bir nümunә vә bu xüsusi mәrhәlәdә rәftarının
göstәricisidir.
Sonralar İmam Baqirin (ә) hәyatını yazanlar da qısa bir
hәdisә sığışdırılmış bu böyük hәrәkәtin kәnarından bilәrәkdәn,
ya da bilmәdәn ötüblәr. Onu görmәdiklәrini söylәmәk olarmı?
Konkretlәşdirәk: İmam öz oğlu Cәfәrә (ә) tapşırır ki,
әmlakının 800 dirhәmini on il әrzindә onun әzadarlığına sәrf
etsin. Əzadarlığın yeri Mina sәhrası, zamanı isә hәcc mәrasimi
olsun.
1
Bu qәdәr. Hәcc mövsumu bir-birindәn uzaq düşәn vә
bir-birini tanımayan qardaşların görüş yeridir. O zaman
minlәrlә insan hәmin yerdә toplaşmaq vә birlәşmәk imkanı
әldә edir. Dillәri bir olmasa da, qәlblәri bir olan insanlar orada
eyni dillә Allahı çağırır vә xalqların bir bayraq altında
toplaşma möcüzәsinә tamaşa edirlәr. Bütün İslam dünyası
üçün hәr hansı mesajdan ötrü bundan münasib fürsәt yoxdur.
Hәcc әmәllәri bir neçә gün vә bir neçә yerdә baş verir. Bu
günlәrin vә bu mәkanların hansı daha münasibdir? Mәkkә
şәhәrdir vә insanlar oraya sәpәlәnib hәrәsi öz işi ilә mәşğul
1
"Bihar әl-әnvar ", c. 46, sәh. 215, 220
200
olur. Hәm dә orada hamı hәcc әmәllәrini yerinә yetirir; tәvaf,
sәy, namaz vә s. Mәşәr gecә dayanacağıdır, orada vaxt az vә
imkan zәifdir; Minaya gedәn yolda yalnız bir dayanacaq
sayılır. Ərәfat gündüz dayanacağı olsa da, müddәti qısadır,
yalnız bir gün sürür; yorğun halda sәhәr orada dayanır vә
axşama yaxın hәrәkәt edirlәr. Ən münasib yer Minadır. Hacı
Ərәfatdan dönәndә üç gecә orada qalır. Bu yerdә tanışlıq,
söhbәt vә dәrdlәşmә imkanı hәr yerdәn çoxdur. Kimdir
gündüzlәr Mәkkәyә gedib, bir dә qayıdan?! Ora qalmaq, hәr
bir qrupa baş çәkmәk üçün münasib yer vә zamandır. Tәbii
şәkildә hәr kәsin yolu ildә üç gün bu sәhrada tәşkil olunan әza
mәclisinә düşür, yavaş-yavaş müxtәlif yerlәrin әhalisi onunla
tanış olur. İllәrdir İslamın mәrkәzi, böyük sәhabәlәrin, fәqih
vә hәdisşünasların vәtәni olan Mәdinә әhalisinin bir qrupu bu
günlәrdә burada mәclis keçirir. Kimin üçün? İslam dünyasının
әn parlaq şәxsiyyәtlәrindәn biri, Peyğәmbәr (s) ailәsindәn
böyük insan, fәqih vә hәdisşünasların başçısı, fiqh vә hәdis
elmindә bütün mәşhur şәxslәrin müәllimi olmuş Mәhәmmәd
ibn Əli ibn Hüseyn (ә) üçün. Nә üçün hәr yerdәn buraya gәlir
vә mәclis keçirirlәr? Mәgәr onun ölümü tәbii olmamışdır?
Onu kim vә nә üçün öldürmüş, zәhәrlәmişdir? Mәgәr o nә
edirmiş, nә deyirmiş? Onun bir iddiası olmuşdurmu, hansısa
çağırış etmişdirmi? Xәlifә üçün tәhlükәli insanmı olmuşdur?
Onlarla sual vә şübhә, bunun ardınca isә әza sahiblәri, elәcә
dә orada-burada cәmiyyәtin arasına sәpәlәnmiş mәlumatlı
insanlar tәrәfindәn cavab seli. Onlar Mәdinәdәn, Kufәdәn elә
bu suallara cavab vermәk üçün gәlmişlәr. Gәlmişlәr ki,
misilsiz fürsәtdә bütün İslam dünyasından buraya toplaşmış
insanlara hәqiqәtlәri başa salsınlar, hәmçinin qardaş vә
dostları ilә görüşsünlәr, xәbәr versinlәr, fәrman alsınlar. Şiә
dәvәti o dövrün beynәlxalq tәbliğat şәbәkәsinin minlәrlә әn
möhtәşәm kanalı ilә hәyata keçirdi. İmam Baqirin (ә) uğurlu
planı budur: ölümdәn sonra cihad planı. Hәyatı vә ölümü
Allah üçün vә Allah yolunda olan sәmәrәli varlıq budur: "Ona
201
doğulduğu gün dә, ölәcәyi gün dә, (qiyamәtdә) dirilәcәyi gün
dә salam olsun!"
1
(Sadiq rәhbәr, sәh. 33-54)
1
Mәryәm/15
|