On ikinci fəsil: İmam Sadiq (ə)
İmam Sәccadın (ә) vә İmam Baqirin (ә) çoxlu fәaliyyәtlәri
nәticәsindә vәziyyәt Peyğәmbәr (s) ailәsinin xeyrinә çox
dәyişmişdi. Mәn qısaca İmam Baqirin (ә) vә İmam Sadiqin (ә)
planını açıqlamaq istәyirәm. O zaman bu, sirr idi. Eşitmisiniz
ki, deyirlәr mәsәlәn, Cabir ibn Yezid Cöfi sirr sahiblәrindәn
idi; deyirdilәr ki, Allah bizim sirrimizi açan şәxsә lәnәt elәsin
vә sair. İndi mәnim söylәmәk istәdiyim dә hәmin sirlәrdәndir,
lakin bu gün bunu açmağın nәinki eybi yoxdur, hәtta imamın
nә etmәk istәdiyini bilmәk üçün vacibdir dә. İmam Sadiqin (ә)
planı bu idi ki, İmam Baqirin (ә) vәfatından sonra qiyam edib
Bәni-Ümәyyә hakimiyyәtini devirsin. O zaman Bәni-Ümәyyә
rejimi olduqca zәif idi. İmam Sadiqin (ә) qurduğu Şiә şәbәkәsi
Xorasana, Reyә, İsfahana, İraqa, Hicaza, Misirә, Mәrakeşә vә
digәr müsәlman bölgәlәrinә yayılmışdı. Onların hamısı
Mәdinәyә toplaşmalı, İmam Şama yürüş etmәli, Şam
hökumәtini devirib öz xilafәt bayrağını ucaltmalı vә Mәdinәyә
gәlәrәk Peyğәmbәr (s) hökumәti qurmalı idi. İmam Sadiqin
(ә) planı bu idi.
Buna görә dә İmam Baqirin (ә) son günlәrindә Mәhәmmәd
(s) ailәsinin qiyamçısı haqda söhbәt düşәndә İmam Sadiqә (ә)
baxıb buyururdu ki, qiyamçı budur. Bildiyiniz kimi,
Mәhәmmәd (s) ailәsinin qiyamçısı sözü ümumi addır, yalnız
on ikinci imama mәxsus deyil. Dövrümüzün imamı
Mәhәmmәd (s) ailәsinin son qiyamçısıdır, amma bu ailәnin
istәr qәlәbә çalan, istәrsә dә qalib gәlmәyәn bütün imamları
Mәhәmmәd (s) ailәsinin qiyamçılarıdır. Rәvayәtlәrdә deyilir
ki, bizim qiyamçımız qiyam edәndә filan işlәri görәcәk, rifah
yaradacaq, әdalәti bәrqәrar edәcәk vә sair. O zaman bu
sözlәrdә mәqsәd on ikinci imam deyildi; mәqsәd bu idi ki,
haqq vә әdalәt hakimiyyәtini qurmalı olan şәxs qiyam edәndә
bu işlәri görәcәk. Hәqiqәtәn elә idi, o zaman İmam Sadiq (ә)
Mәhәmmәd (s) ailәsinin qiyamçısı olmalı idi. O, belә bir
vәziyyәtdә imamәtә çatdı.
209
İmam Sadiq (ә) mübarizә, elm vә tәşkilat adamı idi. Onun
elm adamı olmasını hamınız çox eşitmisiniz. İmam Sadiqin (ә)
dәrslәri vә tәdris dairәsi ondan hәm öncә, hәm dә sonra
imamların hәyatında misilsiz idi. İmam Sadiq (ә) bir әsrdәn
artıq müddәtdә qәrәzli, azğın, yaxud cahil insanlar tәrәfindәn
tәhrif olunmuş bütün düzgün İslam sözlәrini vә әsl Quran
tәlimlәrini düzgün formada bәyan etdi vә bu, düşmәnin
qorxuya düşmәsinә sәbәb oldu. Siz bunları eşitmisiniz, amma
onun mübarizә adamı olmasını az eşitmisiniz. İmam Sadiq (ә)
geniş vә müntәzәm bir mübarizә ilә mәşğul idi, hakimiyyәtә
gәlmәk, İslam vә Əli (ә) hökumәti qurmaq üçün mübarizә
aparırdı, Əmәvilәri devirib onun yerinә әsl İslam hökumәti -
Əli (ә) hökumәti qurmağa çalışırdı. İmam Sadiqin (ә) hәyatını
diqqәtlә mütaliә edәnlәrә bu aydındır.
Çoxlarının ümumiyyәtlә eşitmәdiyi üçüncü mәsәlә isә
onun tәşkilat adamı olmasıdır. İmam Sadiq (ә) uzaq
Xorasandan vә Orta Asiyadan Şimali Afrikaya qәdәr İslam
dünyasında Əli (ә) hökumәtinin tәrәfdarlarından ibarәt böyük
bir tәşkilat yaratmışdı. Tәşkilat nә demәkdir? Yәni İmam
Sadiq (ә) xalqın bilmәsi lazım olan hәr bir sözü bütün İslam
dünyasında olan nümayәndәlәri vasitәsi ilә xalqa çatdırır vә
onlar hәr yerdәn Əli (ә) ailәsinin böyük siyasi mübarizәsini
idarә etmәk üçün şәriәt ödәnclәri vә büdcә toplayırlar. İmam
Sadiqin (ә) ardıcılları onun bütün şәhәrlәrdә olan vәkil vә
nümayәndәlәrinә müraciәt edir, dini vә siyasi vәzifәlәrini
soruşurlar. Siyasi vәzifә dә dini vәzifә kimi vacibdir. İtaәti
vacib olan şәxsin vә әmr sahibinin namaz, zәkat, oruc vә digәr
dini fәtvaları ilә siyasi fәtvaları, cihad, siyasi münasibәtlәr,
ölkәdaxili mәsәlәlәr vә digәr sahәlәrә dair fәrmanı eynidir,
onların hamısına tabe olmaq vacibdir. İmam Sadiq (ә) belә
böyük bir tәşkilat yaratmışdı, bu tәşkilatla vә xalqın kömәyi
ilә Bәni-Ümәyyә rejiminә qarşı mübarizә aparırdı. İmam
Sadiqin (ә) imamlığı çox әhәmiyyәtli vә öyrәdicidir. O, on il
Bәni-Ümәyyәyә vә uzun müddәt dә Bәni-Abbasa qarşı
mübarizә apardı. Onun Bәni-Ümәyyә üzәrindә qәlәbәsi
210
qaçılmaz olanda Bәni-Abbas fürsәtçi bir cәrәyan kimi
tәşәbbüsü әlә aldı vә imam ondan sonra hәm Bәni-Ümәyyә,
hәm dә Bәni-Abbasa qarşı mübarizә apardı.
Mәşhur tarixçi Tәbәrinin yazdığına görә, İmam Sadiq (ә)
imamәtinin ilk on ilindә Bәni-Ümәyyә ilә vuruşdu. Bu dövrdә
onun mübarizәsi açıq idi, fәaliyyәtindә tәqiyyә vә mәxfilik
yox idi. Sәbәb Əmәvi xәlifәlәrinin başlarının qarışıq olması
idi. Onlar İmam Sadiqlә (ә), şiәlәrlә mәşğul olmaq, onlara
qarşı sәrt tәdbirlәr görmәk iqtidarında deyildilәr. Bu baxımdan
mәxfi fәaliyyәtә ehtiyacı qalmırdı. İmam Sadiq (ә) Ərәfә günü
Ərәfata gedib bütün İslam dünyasından - Afrikadan, Orta
Şәrqdәn, Hicazdan, İraqdan, ozamankı İrandan, Xorasandan,
ozamankı Əfqanıstandan, Şәrqi Türküstandan vә digәr
yerlәrdәn gәlmiş izdiham qarşısında çıxış edirdi. Burada bir
bomba partlatsan, sanki bütün İslam dünyasında partlatmısan;
bir söz desәn, sanki beynәlxalq bir informasiya kanalından
demisәn. İmam Sadiq (ә) bu izdiham qarşısında açıq şәkildә
vә rәsmәn elan edirdi ki, ey insanlar, bu gün imam vә haqlı
hakim Cәfәr ibn Mәhәmmәddir (ә), Əbu Cәfәr Mәnsur deyil.
Buna dәlil dә söylәyirdi. Kәlami vә әqli dәlil demirdi, o
zaman insanlarda belә әsaslandırmaya hövsәlә yox idi, başqa
cür әsaslandırırdı. Mәnsur Abbasi vә digәrlәri xalqı qane
etmәk üçün Peyğәmbәrin (s) canişini olduqlarını söylәyirdilәr.
Bir şәcәrә düzәldib deyirdilәr ki, biz Abbasın övladlarıyıq.
Onların iki şәcәrәlәri vardı, hәr dәfә birini deyirdilәr.
Biri bu idi ki, deyirdilәr biz Peyğәmbәrin (s) әmisi Abbasın
övladlarıyıq. Peyğәmbәrin (s) vәfatından sonra xilafәt hüququ
Bәni-Haşimә mәxsus idi vә bu qәbilәdә hamıdan yaşlı
olduğuna görә Abbas xәlifә olmalı idi. Sonra isә xilafәt onun
övladları olan bizә çatır. Bu bir әsas idi. Başqa bir şәcәrә dә
düzәldib deyirdilәr ki, biz Əli ibn Abdullah ibn Abbasın
övladlarıyıq. Doğru deyirdilәr; onlar Əli Abbbasinin oğulları,
nәvәlәri idilәr. Onlar deyirdilәr ki, Əli Abbasi Əmirәlmöminin
Əli ibn Əbutalibin (ә) oğlu Mәhәmmәd Hәnәfiyyәnin
şagirdidir. Xilafәt Peyğәmbәrdәn (s) Əliyә (ә), Əlidәn (ә)
211
Mәhәmmәd Hәnәfiyyәyә, ondan Abdullah ibn Abbasın oğlu
vә bizim babamız olan Əliyә vә ondan da bizә çatmışdır. Buna
görә dә biz xәlifә olmalıyıq.
Belә bir şәcәrә düzәldirdilәr vә bu, tәfәkkür sәviyyәsi aşağı
olan ozamankı insanları qane edirdi. İmam da yuxarıda
danışdığımız böyük izdiham qarşısında dayanıb imamәtin
hәqiqi sahiblәrini ardıcıllıqla tәqdim edirdi. Buyururdu ki, ey
insanlar, Peyğәmbәrin (s) özü imam vә cәmiyyәtin rәhbәri idi.
Ondan sonra Əli ibn Əbutalib (ә) imam oldu, sonra Hәsәn (ә),
sonra Hüseyn (ә), sonra Əli ibn Hüseyn (ә), sonra Mәhәmmәd
ibn Əli (ә) vә sonra mәn. O özünü imam kimi tәqdim edirdi.
Bu böyük cәsarәt tәlәb edirdi, sadә söz deyildi, әn böyük
müxaliflik idi. İmam Sadiq (ә) Bәni-Ümәyyә dövründә bu işi
görürdü. Bәni-Abbas dövründә isә tәqiyyә vә mәxfilikdәn
istifadә etmәyә başladı. Sәbәb bu idi ki, Bәni-Abbas Əli (ә)
ailәsinin şüarlarını vә fikirlәrini söylәyirdilәr. Zahirlәri Əli (ә)
ailәsi, әmәllәri isә Bәni-Ümәyyә kimi idi.
Bәni-Ümәyyәnin hakimiyyәti dövründә mübarizә o
formada idi, daha uzun sürәn Bәni-Abbas dövründә isә mәxfi
şәkil aldı. Bәni-Abbas fürsәtdәn istifadә edib İmam Sadiqin
(ә) hazırladığı inqilabı yolundan yayındıran azğın bir cәrәyan
idi. Bu, inqilabların hәmişәki tәhlükәsidir. İnqilabın әsas
meyarlarına uyğun olan düzgün xәtt bәzәn öz yerini haqq
şüarları verәn azğın vә batil bir xәttә verir. Çox diqqәtli olmaq
lazımdır. O zaman insanlar diqqәtlәrini toplamadılar.
Abbasilәrin hakimiyyәtә gәlmәsindәn 20-30 il sonraya qәdәr
ucqar bölgәlәrin әhalisi elә bilirdilәr ki, bu onların Əli (ә)
ailәsi üçün apardıqları mübarizәnin mәhsuludur. Elә bilirdilәr
ki, Əli (ә) ailәsinin hökumәti budur. Onların qәsbkar
olduğundan xәbәrsiz idilәr.
İmam Sadiq (ә) bu dövrdә iki mәrhәlәni keçdi. 114-cü
ildәn Mәnsurun xilafәtinә qәdәrki dövr dinclik vә sakitlik
dövrüdür. Bu dövrdә Bәni-Ümәyyә vә Bәni-Abbas arasındakı
ixtilaflara görә imamlar fәaliyyәt imkanı qazandılar. İmam
Baqirin (ә) dövründә belә bir şey yox idi. O zaman Bәni-
212
Ümәyyә qüdrәtli idi vә Əbdülmәlikdәn sonra әn böyük
şәxsiyyәtlәri olan Hişam ibn Əbdülmәlik hakimiyyәtdә idi.
Odur ki, İmam Baqirin (ә) dövründә heç bir qarşıdurma yox
idi vә onun üçün belә bir imkan yaranmadı. İmam Sadiqin (ә)
dövründә, Abbasilәrin dәvәtinin yavaş-yavaş başlandığı,
genişlәndiyi vә bütün İslam dünyasında Şiә dәvәtinin zirvәyә
çatdığı dövrdә isә bu imkan yarandı.
Mәnsur hakimiyyәtә gәlәndә vәziyyәt ağırlaşdı, İmam
Sadiqin (ә) vәziyyәti İmam Baqirin (ә) dövründәki formaya
qayıtdı, repressiyalar başladı. İmam Sadiqi (ә) dәfәlәrlә
Hirәyә, Rümeylәyә vә digәr yerlәrә sürgün etmişlәr. İmamı
dәfәlәrlә yanına çağırmış Mәnsur bir dәfә ona belә dedi: "Sәni
öldürmәsәm, Allah mәni öldürsün!"
1
Bir dәfә dә Mәdinәnin
hakiminә xәbәr yolladı ki, Cәfәr ibn Mәhәmmәdin (ә) evini
yandır.
2
Mәnsur İmam Sadiqlә (ә) çox sәrt rәftar edirdi vә
dәfәlәrlә onu tәhdid etmişdi.
İmam Sadiqin (ә) Mәnsurun qarşısında tәzim göstәrdiyini
vә özünü alçaltdığını bildirәn rәvayәtlәrin heç biri düzgün
deyil. Mәn bu rәvayәtlәri araşdırdım, onların heç bir әsası
yoxdur vә әksәri Rәbi Hacibә çatır. Rәbi Hacib Mәnsurun
yaxınlarından olan fasiq bir insandır. Bәzi adamlar
sadәlövhcәsinә onun şiә olduğunu söylәmişlәr. Rәbinin harası
şiә olmuşdur?! Rәbi ibn Yunisin hәyatını araşdırarkәn gördüm
ki, o, doğulduğu evdәn birbaş Bәni-Abbasın sarayına gәlmiş,
onlara nökәrlik etmiş, Mәnsurun vaxtında keşikçibaşı
vәzifәsindә çalışmış vә Abbasilәrә böyük xidmәtlәr
göstәrmişdir. Rәbi olmasaydı, Mәnsurdan sonra xilafәt onun
ailәsindәn çıxacaqdı. O, Mәnsurun adından saxta bir
vәsiyyәtnamә hazırlayıb oğlu Mehdini taxta çıxardı. Fәzl ibn
Rәbi dә onun oğludur. Bu ailә Abbasilәrә sadiq ailәlәrdәndir,
Əhli-beytә heç bir hörmәti keçmәmişdir. Rәbinin qoşduğu
rәvayәtlәr dә saxtadır. O, İmam Sadiqin (ә) xәlifәnin
1
Tәbrisi. "Əl-İhticac", c. 1, sәh. 163
2
"Əl-Kafi", c. 1, sәh. 473
213
qarşısında özünü alçaltdığını deyir ki, digәrlәri dә öz
vәzifәlәrini başa düşsünlәr. Hәr halda, İmam Sadiqlә (ә)
Mәnsurun münasibәti çox pis olmuş vә nәhayәt, 148-ci ildә
birincinin şәhidliyi ilә nәticәlәnmidir. (1986)
İmam Sadiqin (ә) hәyatında bizim yanaşdığımız baxışla
әlaqәdar olan mühüm cәhәtlәr aşağıdakılardan ibarәtdir:
1- İmamәt mәsәlәsinin tәbliği;
2- Şiә fiqhinә uyğun din hökmlәrinin bәyan edilmәsi, elәcә
dә Şiә baxışına uyğun Quran tәfsiri;
3- Mәxfi siyasi-ideoloji tәşkilatın yaradılması. (Sadiq
rәhbәr, sәh. 67)
Dostları ilə paylaş: |