Ayətullah Seyid Əli Xamenei


İmam Sadiqin (ə) imamət dəvəti



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə33/41
tarix19.05.2022
ölçüsü1,43 Mb.
#116031
1   ...   29   30   31   32   33   34   35   36   ...   41
250-YAŞLI-İNSAN

İmam Sadiqin (ə) imamət dəvəti 
İndi isә әsas mәtlәbә keçirik. Digәr Şiә imamları kimi 
İmam Sadqin (ә) dәvәtinin әsas hissәsini dә imamәt mәsәlәsi 
tәşkil etmişdir. Bu tarixi reallığın isbatı üçün әn tutarlı dәlil 
İmam Sadiqin (ә) dilindәn çox açıq-aydın şәkildә imamәt 
iddiasını nәql edәn çoxlu rәvayәtlәrdir. 
Deyәcәyәm ki, imam bu mәsәlәni tәbliğ edәrkәn özünü bir 
mübarizә mәrhәlәsindә görmüş, birbaşa vә açıq şәkildә 
dövrün hakimlәrini inkar edib özünü xalqa vilayәt vә 
imamәtin hәqiqi sahibi kimi tәqdim etmişdir. Prinsipcә 
bundan ötrü mübarizәnin bütün qabaqkı mәrhәlәlәri uğurla 
hәyata keçmәli, böyük bir kütlәdә ictimai vә siyasi ayıqlıq 
yaranmalı, hәr yerdә potensial hazırlıq hiss olunmalı, böyük 
bir qrupda ideoloji şәrtlәr yaranmalı, çoxları üçün haqq vә 
әdalәt hakimiyyәtinin zәruriliyi sübuta yetmәli vә nәhayәt, 
rәhbәr son mübarizә üçün özünün qәti qәrarını vermәlidir. 
Bunlar hәyata keçmәdәn müәyyәn bir şәxsin adını cәmiyyәtin 
haqlı rәhbәri vә imamı kimi çәkmәk tәlәsik vә faydasız olar. 
Başqa bir mühüm mәsәlә budur ki, imam bәzәn imamәti 
özü üçün isbat etmәklә dә kifayәtlәnmir, öz adı ilә yanaşı 
qabaqkı imamların vә sәlәflәrinin adlarını da çәkir vә Əhli-
beyt imamәtinin ayırlmaz olduğunu ortaya qoyur. Şiә 
tәfәkkürünün keçmişdәki bütün batil hakimlәri rәdd etdiyini, 


214
tağut saydığını nәzәrә alsaq, bu әmәl hәmin dövrün şiәlәrinin 
mübarizәsinin keçmiş mübarizәlәrin davamı olmasına işarә dә 
sayıla bilәr. İmam Sadiq (ә) bu sözlә öz imamlığını qabaqkı 
imamların imamәtinin zәruri nәticәsi sayır, onu köksüz vә 
әsassız haldan çıxarır, özünü etimadlı vә şübhәedilmәz 
halqalarla Böyük Peyğәmbәrә (s) birlәşdirir. İndi imamın 
dәvәtinә dair bir neçә nümunәyә diqqәt yetirin: 
Mәnim bu barәdә gördüyüm әn maraqlı rәvayәt Əmr ibn 
Əbu Miqdamın rәvayәtidir. Bu rәvayәt heyrәtamiz mәnzәrә 
tәsvir edir. Zilhiccә ayının doqquzu Ərәfә günüdür. Ərәfә 
gününә xas mәrasimi yerinә yetirmәk üçün Ərәfat çölündә 
Uzaq Xorasandan Aralıq dәnizinin sahillәrinә qәdәr bütün 
bölgәlәrin nümayәndәlәrindәn ibarәt böyük bir izdiham 
toplanmışdır. Burada yerindә deyilmiş bir söz o zaman әn 
geniş rabitә şәbәkәsinin işini görә bilәr. İmamın bu izdihama 
sözü vardır. Rәvayәtçi deyir ki, imamın xalq arasında dayanıb 
bacardığı qәdәr uca sәslә, hәr yerdә, bütün qulaqlarda әks-
sәda doğuracaq vә eşidәnlәr tәrәfindәn bütün İslam dünyasına 
yayılacaq fәryadla öz sözünü üç dәfә tәkrarladığını gördüm. 
Sonra üzünü başqa bir tәrәfә çevirib hәmin sözü üç dәfә 
söylәdi. Daha sonra isә üzünü başqa bir tәrәfә çevirdi vә yenә 
dә hәmin fәryad, hәmin söz. Belәliklә imam sözünü on iki 
dәfә tәkrar etdi. Hәmin söz bundan ibarәt idi: "Ey insanlar! 
Hәqiqәtәn Allahın rәsulu imam idi. Ondan sonra Əli ibn 
Əbutalib (ә), sonra Hәsәn (ә), sonra Hüseyn (ә), sonra Əli ibn 
Hüseyn (ә), sonra Mәhәmmәd ibn Əli (ә) imam oldu. İndi isә 
imam mәnәm"
1

Başqa bir hәdis Əbu Sabah Kәnanidәndir. Burada İmam 
Sadiq (ә) özünü vә digәr Şiә imamlarını belә vәsf edir: "Allah 
bizә itaәt etmәyi insanlara vacib buyurmuşdur. Döyüşsüz әldә 
edilәn qәnimәtlәr vә zalım hakimlәrin haqsız topladığı 
malların idarәsi bizә aiddir". Zalım tağutlar bәzi mal-dövlәti 
özlәrinә aid edәrәk haqqı çatanları ondan mәhrum edirdilәr. 
1
"Bihar әl-әnvar", c. 47, sәh. 58 


215
Qәsb olunmuş bu mallar müsәlman döyüşçülәrin qәlәbәsi ilә 
mәğlub zalımların әlindәn alındıqda digәr qәnimәtlәr kimi 
bölünmür, İslam hakiminin sәlahiyyәtinә verilir vә o, 
bunlardan müsәlmanların xeyrinә istifadә edir. İmam bu 
rәvayәtdә özünü hәmin malların vә hәmçinin döyüşsüz әldә 
edilәn qәnimәtlәrin ixtiyar sahibi kimi tәqdim etmәklә İslam 
cәmiyyәtinin hakimi olduğunu aydın şәkildә göstәrir. Bütün 
bunlar onun ixtiyarına buraxılmalı vә onun tәyin etdiyi 
yerlәrdә xәrclәnmәlidir. 
Başqa bir hәdisdә keçmiş imamların adlarını bir-bir 
sadalayır, onların imamlığına vә fәrmanlarına itaәtin vacib 
olmasına şәhadәt verir, öz adına çatanda isә dayanır. İmamın 
dinlәyicilәri yaxşı başa düşürlәr ki, İmam Baqirdәn (ә) sonra 
elm vә hakimiyyәt irsi İmam Sadiqә (ә) keçmişdir. O belәliklә 
hәm özünün hakimiyyәt haqqını irәli sürür, hәm dә dәyәrli 
babası olan Əli ibn Əbutalibә (ә) mәnsubluğunu bәyan edir.
1
Kafi kitabının Höccәt bölmәsindә, hәmçinin "Bihar әl-әnvar" 
kitabının 47-ci cildindә imamәt iddiasını vә imamәtә dәvәti 
birbaşa, yaxud dolayısı ilә bildirilәn belә hәdislәr çoxdur. 
Başqa bir dәqiq sәnәd imamın bütün İslam mәmlәkәtindә 
yaratdığı geniş tәbliğat şәbәkәsindәn xәbәr verәn, belә bir 
şәbәkәni tam tәsdiqlәyәn faktlardır. Bu faktlar o qәdәr çox vә 
әsaslıdır ki, açıq hәdis olmasaydı da, bu şәbәkәnin mövcud 
olduğuna şübhә yaranmazdı. İmamların hәyatını araşdıran 
şәxs özündәn soruşur: Bәni-Ümәyyә dövrünün sonlarında 
müxtәlif bölgәlәrdә Şiә imamlarını tәbliğ vә xalqın onlara 
itaәt vә dәstәyini tәmin edәn dәvәtçilәr olmadığı halda onlarla 
şiәlәr arasındakı ideoloji, tәşkilati vә maliyyә әlaqәlәri necә 
izah oluna bilәr? Necә olur ki, dünyanın hәr bir tәrәfindәn 
Mәdinәyә şәriәt ödәnclәri gәlir, bu qәdәr dini mәsәlәlәr 
soruşulur, hәr yerdә şiәliyә dәvәt olunur, İslam mәmlәkәtinin 
mühüm yerlәrindә Əli (ә) ailәsinә misilsiz sevgi vә hörmәt 
bәslәnir, imamın әtrafında Xorasandan, Sistandan, Kufәdәn, 
1
"Əl-Kafi", c. 1, sәh. 186 


216
Bәsrәdәn, Yәmәndәn vә Misirdәn çoxlu rәvayәtçilәr görünür? 
Bütün bunları hansı qüdrәtli әl yaratmışdı? Bir-biri ilә 
әlaqәdar olan bu amillәrin tәsadüfәn, yaxud öz-özünә 
yarandığını düşünmәk olarmı?! 
Əmәvi rejiminin tribunalarından istisnasız olaraq hәr yerdә 
aparılan bütün müxalif tәbliğata, hәtta minbәr vә çıxışlarda 
Əli ibn Əbutalibin (ә) adının әn pis İslam şәxsiyyәti kimi 
xatırlanmasına rәğmәn, güclü bir tәbliğat şәbәkәsi olmadan 
belә ucqar vә tanınmaz yerlәrdә Əli (ә) ailәsinin sevilmәsi 
mümkün idimi?! İnsanlar yalnız görüşmәk, sözlәrindәn 
bәhrәlәnmәk, hәmçinin sevgi vә sәdaqәtlәrini bildirmәk üçün 
uzaq yollar qәt edib Hicaza vә Mәdinәyә gәlәr, Şiә inancına 
görә siyasәt vә hakimiyyәt kimi mühüm olan din elmini 
onlardan öyrәnәr, bәzәn dözümsüz şәkildә hәrbi hәrәkata, 
rәvayәtlәrin 
dili 
ilә 
desәk, 
qiyama 
başlamalarını 
istәyәrdilәrmi?! Əgәr şiәlәrin hazırlığı yalnız imamların elm 
vә zahidliyinin isbatı istiqamәtindә olmuşdursa, silahlı qiyam 
xahişinin nә mәnası ola bilәr?! 
Sual oluna bilәr ki, hәqiqәtәn belә geniş vә fәal tәbliğat 
şәbәkәsi olmuşdursa, nә üçün tarixdә adı çәkilmir vә 
barәsindә açıq danışılmır. Qısa cavab budur ki, bu sәssizliyin 
sәbәbini ilk növbәdә imamın tәrәfdarlarının әsaslı vә 
mütәrәqqi bir prinsip olan tәqiyyәyә ciddi әmәl etmәlәrindә 
axtarmaq lazımdır. Bu, kәnar qüvvәlәrin imamın tәşkilatına 
qatılmasına mane olurdu. Hәmçinin bu Şiә mübarizәsinin 
uğursuzluğu vә hakimiyyәtlә nәticәlәnmәmәsi dә buna sәbәb 
olmuşdur. Bu uğursuzluğun özü dә müәyyәn amillәrin 
nәticәsidir. Əgәr Abbasilәr dә hakimiyyәtә gәlmәsәydilәr, 
onların gizli fәaliyyәt vә tәbliğatlarına dair acı vә şirin 
xatirәlәri dә sinәlәrindә qalacaq, heç kәs onlardan xәbәr 
tutmayacaq vә tarixdә qeyd olunmayacaqdı. (Sadiq rәhbәr, 
sәh. 74-80) 
Tәqiyyәdәn danışarkәn deyә bilәrsiniz ki, bu, güclü bir 
hökumәtin iş başında olduğu zamana aiddir. Şah dövründә biz 
dә gizlәnirdik vә qorxudan bir söz demirdik. Xeyr! O zaman 


217
da tәqiyyә qorxudan deyildi. "Tәqiyyә möminin qalxanıdır"
1

Qalxandan isә döyüşdә istifadә olunur. Demәli, tәqiyyә dә 
döyüşә aiddir. 
O zaman da belә idi; tәqiyyә edәrәk xәncәri düşmәnin 
başından elә endirirdik ki, o nә xәncәri görürdü, nә xәncәri 
tutan әli, nә xәncәrin qalxmasını, nә dә enmәsini. Yalnız 
ağrısını hiss edirdi. Tәqiyyә budur. O zaman tәqiyyә edәnlәr 
belә edirdilәr. Onlar düşmәnin gözündәn uzaq, mәxfi şәkildә, 
gizli evlәrdә, çox diqqәt vә ehtiyatla bir elan hazırlayırdılar. 
Bu elan yayılanda isә rejim tamamilә rәzil olurdu. Bu iş 
düşmәnin başına endirilәn xәncәr zәrbәsinә bәnzәyirdi. Yәni 
tәqiyyә etmәklә düşmәnin görülәn işlәrdәn xәbәr tutmasına 
imkan vermirdik. Tәqiyyә qalxan idi, tәqiyyә edәn onun 
arxasında gizlәnirdi. Tәqiyyәnin mәnası budur. İndi dә hәmin 
mәnanı ifadә edir.

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin