Ayətullah Seyid Əli Xamenei


Şiə fiqhinə uyğun din hökmlərinin təbliği



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix19.05.2022
ölçüsü1,43 Mb.
#116031
1   ...   30   31   32   33   34   35   36   37   ...   41
250-YAŞLI-İNSAN

Şiə fiqhinə uyğun din hökmlərinin təbliği 
Bu da İmam Sadiqin (ә) hәyatında görünәn aydın bir işdir. 
Bunu digәr imamlardan daha fәrqli, daha açıq vә düzgün 
formada görmәk olar. Belә ki, Şiә fiqhi Cәfәri fiqhi 
adlandırılmışdır. İmamın siyasi fәaliyyәtini görmәzdәn 
gәlәnlәrin hamısı İmam Sadiqin (ә) öz dövrünün әn böyük elm 
vә fiqh mәrkәzinә, yaxud belә mәrkәzlәrdәn birinә malik 
olmasında yekdildirlәr. Bu arada imamın hәyatının әksәr 
tәdqiqatçılarına gizli qalan nüans onun siyasi vә etirazçı 
mәnasıdır. Biz indi bu haqda danışacağıq.
Öncә bilmәk lazımdır ki, İslamda xilafәt institutu bu 
baxımdan bütün üsul-idarәlәrdәn fәrqlәnir, yalnız siyasi bir 
tәşkilat yox, siyasi-dini rәhbәrlikdir. İslam hakiminә xәlifә 
titulunun verilmәsi onun yalnız siyasi rәhbәr yox, hәm dә 
Peyğәmbәr canişini olmasını göstәrir. Peyğәmbәr isә bir dinin 
banisi, әxlaq müәllimi vә tәbii ki, eyni zamanda siyasi hakim 
1
"Bihar әl-әnvar", c. 72, sәh. 394 


218
vә rәhbәrdir. Demәli, İslamda xәlifә siyasәtdәn әlavә, hәm dә 
xalqın dini işlәrini idarә edir vә dini rәhbәr sayılır. 
Bu qәti mәsәlә ilk İslam xәlifәlәrindәn sonra hakimiyyәtә 
gәlәn, dini mәlumatları çox zәif olan, bәzәn isә ümumiyyәtlә 
olmayan hakimlәrin bu boşluğu özlәrinә bağlı dini 
şәxsiyyәtlәr vasitәsi ilә doldurmaq, öz saraylarına muzdur 
fәqih, tәfsirçi vә hәdisşünaslar gәtirmәklә din vә siyasәti 
yenidәn sintezlәmә cәhdlәrinә sәbәb oldu.
Hökumәtdә şәriәtә bağlı qüvvәlәrin çalışmasının başqa bir 
faydası bu idi ki, onlar zalım hakimin istәyinә vә fәrmanına 
uyğun olaraq din hökmlәrini asanlıqla dәyişdirә, Allah 
hökmünü adi vә avam insanlar tәrәfindәn ayırd edilmәyәn 
ictihad pәrdәsi altında padşahların xeyrinә tәhrif edә bilirdilәr. 
Ötәn әsrlәrin tәdqiqatçı vә tarixçilәri әksәrәn siyasi 
iradәnin göründüyü saxta hәdis vә tәfsirlәrә dair dәhşәtli 
nümunәlәr qeyd etmişlәr. Hicrәtin birinci әsrinin sonlarına 
qәdәr daha çox hәdis vә rәvayәt formasında görülәn bu iş 
yavaş-yavaş fәtva formasına da düşmüşdü. Bәni-Ümәyyә 
hakimiyyәtinin sonlarında, Bәni-Abbas hakimiyyәtinin 
әvәllәrindә Qiyas vә İstehsan kimi bidәtçi üsullardan istifadә 
edib İslam hökmlәrini әksәrәn hakim qüvvәlәrin istәyinә 
uyğunlaşdıran çoxlu fәqihlәr olmuşdur. Bu iş eynilә Quran 
tәfsirindә dә hәyata keçirdi. Tәfsirçinin Quranı şәxsi fikrinә 
uyğun tәfsir etmәsi Allahın hökmünü asanlıqla dәyişib xalqı 
tәfsirçinin, daha doğrusu, әksәrәn hakim qüvvәlәrin fikrinә 
inandıra bilirdi. 
Belәliklә qәdim İslam dövrlәrindәn fiqh, hәdis vә tәfsir 
sahәlәri iki ümumi cinaha bölündü: biri qәsbkar hakimlәrә 
bağlı olan, әksәr hallarda hәqiqәti hökumәtlәrә qurban verәn 
vә dәyәrsiz sәrvәt qarşılığında Allahın hökmünü tәhrif edәn, 
digәri isә heç bir mәslәhәti düzgün ilahi hökmlәrdәn önә 
keçirmәyәn, buna görә dә hәr bir addımda hökumәtlә vә onun 
muzdur fәqihlәri ilә üz-üzә gәlәn ortodoks vә düzgün cinah. 
İkinci cinah o zamandan әksәr hallarda mәxfi vә qeyri-rәsmi 
fәaliyyәt göstәrirdi. 


219
Deyilәnlәrә әsasәn, aydın şәkildә başa düşmәk olar ki, 
Cәfәri fiqhi İmam Sadiq (ә) dövrünün rәsmi fәqihlәrinin fiqhi 
qarşısında yalnız bir fikir ayrılığı deyildi, eyni zamanda iki 
etirazçı mәzmunu da ehtiva edirdi. Bunların birincisi vә daha 
mühümü hakim qüvvәlәrin dini mәlumatsızlığının, xalqın 
düşüncә idarәsinә acizliyinin - yәni әslindә xilafәt mәqamı 
üçün sәlahiyyәtsizliyinin isbatı, digәri isә rәsmi fәqihlәrin öz 
xeyirlәrini güdmәlәrindәn, hakim qüvvәlәrin istәk vә 
әmrlәrinә tabe olmalarından doğan tәhrif nümunәlәrini bәlli 
etmәk idi. İmam Sadiq (ә) hakimiyyәtә bağlı alimlәrdәn fәrqli 
şәkildә elm mәrkәzi yaratmaqla, fiqh, İslam tәlimlәri vә Quran 
tәfsiri dәrslәri demәklә faktiki olaraq rejimә qarşı çıxırdı. O 
hәzrәt bununla xәlifәlәrin hakimiyyәtinin mühüm bir tәmәli 
sayılan bütün rәsmi din vә fiqh tәşkilatının yanlışlığını üzә 
çıxarır, hökumәtin dini legitimliyini sarsıdırdı. 
Bәni-Ümәyyә hakimiyyәtinin İmam Sadiqin (ә) elm vә fiqh 
fәaliyyәtinin etirazçı cәhәtinә nә qәdәr diqqәt yetirmәsinә dair 
aydın vә qәti sәnәd yoxdur. Lakin böyük ehtimal budur ki, 
Bәni-Abbas, xüsusәn dә güclü istedadı, bacarığı, hәm dә 
xilafәtdәn qabaqkı bütün ömrünü Əmәvilәr әleyhinә 
mübarizәdә keçirdiyinә görә Əli (ә) övladlarının mübarizә 
taktikalarından dәqiq mәlumatı olan Mәnsurun dövründә 
xilafәtin bu dolayı mübarizәnin rolundan xәbәrdar olduğunu 
söylәmәk olar.
Mәnsurun İmam Sadiqin (ә) elmi fәaliyyәtlәrinә qarşı 
sonsuz tәzyiq vә tәhdidlәri bu mәlumatdan irәli gәlmişdir. 
Hicazın vә İraqın mәşhur fәqihlәrini öz hakimiyyәtinin 
paytaxtına toplamaqda çox israrlı olması da hәmin ehtiyacdan 
irәli gәlmişdir. İslama görә elmdәn uzaq bir şәxsin xәlifә vә 
hakim olmağa haqqı yoxdur. İmam Sadiqin (ә) öz tәrәfdarları 
vә yaxınları ilә müzakirә vә dәrslәrindә bu amildәn istifadә 
etmәsi aydın görünür. Yәni imam özünün fiqh vә Quran 
dәrslәrindә olan etirazçı mәzmunu açıq şәkildә dә söylәmişdir. 
O hәzrәtdәn nәql olunan bir hәdisdә buyurur ki, biz Allah 
tәrәfindәn itaәti vacib buyurulanlarıq; halbuki siz elә adamlara 


220
itaәt göstәrirsiniz ki, insanlar onların cahilliyinә görә Allah 
yanında üzürlü olmayacaqlar.
1
Yәni yanlış rәhbәrlәrin 
cәhalәti sәbәbindәn yoldan çıxanlar, Allah yolundan 
yayınanlar Allah yanında belә bir bәhanә gәtirә bilmәzlәr ki, 
biz öz seçimimizlә yanlış yolu getmәmişik, rәhbәrlәrimiz bizi 
bu yola sövq etmişlәr. Belә rәhbәrlәrә itaәt etmәyin özü 
düzgün olmadığına görә sonrakı yanlış işlәrin gühanını da 
götürә bilmәz. 
İnqilabi İslam cәmiyyәtindә siyasi vә inqilabi rәhbәrliyin 
zәruri olaraq dini-ideoloji rәhbәrliklә eyniliyi İmam Sadiqdәn 
(ә) öncәki vә sonrakı imamların tәlimlәrindә dә açıqca 
görünür. İmam Əli ibn Musa Riza (ә) babası İmam 
Mәhәmmәd Baqirdәn (ә) nәql etdiyi rәvayәtdә imamlarda 
olan silahı keçmiş Bәni-İsrail tayfaları arasında olan tabuta 
bәnzәdir: "Bizim silahımız Bәni-İsrailin tabutu kimidir. Tabut 
kimdә olsaydı, nübüvvәt – bir rәvayәtdә isә hökumәt – ona 
mәxsus idi. Bizdә dә silah kimdә olsa, rәhbәr vә başçı odur". 
Bu sözün çox dәrin mәfhumuna vә simvolik formasına diqqәt 
yetirin. Rәvayәtçi soruşur ki, silahın elmsiz bir şәxsdә olması 
mümkündürmü? İmam cavab verir ki, xeyr.
2
Yәni müsәlman 
ümmәtin inqilabi vә siyasi rәhbәrliyi silaha vә elmә sahib 
olana mәxsusdur. 
Demәli, imam bir tәrәfdәn imamәtin şәrtini din elmi vә 
Quranın düzgün dәrki bilir vә digәr tәrәfdәn elm mәrkәzi 
yaratmaqla, din elminә maraq göstәrәn çoxlu insanları әtrafına 
toplamaqla, fiqh, hәdis vә tәfsir elmlәrinin ümumi 
vәziyyәtindәn, xilafәtә bağlı alim, hәdisşünas vә tәfsirçilәrdәn 
fәrqli şәkildә din öyrәtmәklә әmәli olaraq öz dinşünaslığını, 
xilafәtin isә bütün muzdur vә adlı-sanlı alimlәri ilә birgә 
dinşünas olmadığını isbatlayır, bununla davamlı, güclü vә 
sakit hücuma keçib mübarizәsinә yeni istiqamәt bәxş edir. 
1
"Əl-Kafi", c. 1, sәh. 186 
2
Yenә orada, sәh. 238 


221
Qeyd etdiyim kimi, hakimiyyәtdәn öncә özlәri illәrlә Əli 
(ә) övladlarının apardığı mübarizәlәrdә iştirak edәn, Əli (ә) 
ailәsinin tәrәfdar vә ardıcıllarının kәnarında yaşayan vә 
onların bir çox sirlәrinә vaqif olan ilk Abbasi hökmdarları bu 
hәdis vә tәfsir dәrslәrinin siyasi әhәmiyyәtini öz Əmәvi 
sәlәflәrindәn yaxşı anlayırdılar. Bәlkә elә buna görә Mәnsur 
Abbasi İmam Sadiqlә (ә) mәkrli çәkişmәlәri әsnasında uzun 
müddәt ona xalqla ünsiyyәti, onlara din öyrәtmәyi, xalqa da 
onun yanına get-gәl etmәyi vә bir şey soruşmağı qadağan etdi. 
Mәşhur Şiә şәxsiyyәtlәrindәn olan Müfәzzәl ibn Ömәrin 
dediyinә görә, evlilik, talaq vә digәr bu kimi mәsәlәlәr qarşıya 
çıxanda insanlar o hәzrәtin cavabını asanlıqla әldә edә 
bilmirdilәr.
1
(Sadiq rәhbәr, sәh. 88-95) 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin