Birinci fəsil: Böyük Peyğəmbər (s) Allah elçisinin (s) mühüm işi haqqa dәvәt vә bu dәvәt
yolunda cihad idi. Əziz Peyğәmbәr (s) öz dövrünün zülmәt
dünyası qarşısında tәşvişә düşmәdi. İstәr Mәkkәdә yalqız,
yaxud kiçik bir qrup olan müsәlmanların әhatәsindә olduğu
zaman, qarşısında isә tәkәbbürlü әrәb başçılarının, Qüreyş
dilavәrlәrinin vә hegemonların kobud xarakterlәrlә vә qüdrәtlә
durduğu gün onlardan, yaxud elmdәn heç bir bәhrәsi olmayan
avam insanlardan qorxmadı. Öz haqq sözünü dedi, tәkrar vә
izah etdi, aydınlaşdırdı, tәhqirlәrә, çәtinliklәrә, әzablara dözdü
vә böyük bir qrupu müsәlman etmәyi bacardı. Peyğәmbәr (s)
bu dәvәt vә cihad sәhnәsindә bir an da zәiflik göstәrmәdi,
İslam cәmiyyәtini qüdrәtlә irәliyә aparıb şәrәf vә iqtidarın
zirvәsinә çatdırdı. İstәrsә dә İslam hökumәti tәşkil edib özü bu
hökumәtin başçısı kimi qüdrәtә sahib olanda heç nәdәn
qorxmadı. O zaman da müxtәlif düşmәnlәr vә müxaliflәr
Peyğәmbәrә (s) qarşı çıxdılar; istәr silahlı әrәblәr, – Hicaz vә
Yәmamә sәhraları boyunca vәhşi qәbilәlәr yaşayırdılar;
İslamın dәvәti onları islah etmәli idi, onlarsa müqavimәt
göstәrirdilәr - istәr o zamankı dünyanın böyük padşahları –
dünyanın o zamankı iki böyük gücü olan İran vә Roma
imperiyası. Peyğәmbәr (s) onlara mәktublar yazırdı, sözlәrini
deyirdi, qoşun yeridirdi, çәtinlik çәkirdi, iqtisadi mühasirәyә
düşürdü, Mәdinә xalqı onların ucbatından bәzәn iki-üç gün
yemәyә çörәk tapmırdı. O zaman hәr tәrәfdәn çoxlu tәhlükә
Peyğәmbәri (s) әhatә etmişdi. İnsanların bәzisi nigaran olur,
bәzisi zәiflik göstәrir, bәzisi deyinir, bәzisi Peyğәmbәri (s)
mülayimliyә vә barışığa hәvәslәndirirdi. Amma Peyğәmbәr
(s) bu dәvәt vә cihad sәhnәsindә bir an da zәiflik göstәrmәdi,
İslam cәmiyyәtini qüdrәtlә irәliyә aparıb izzәt vә iqtidarın
zirvәsinә çatdırdı. Hәmin quruluş vә cәmiyyәt Peyğәmbәrin
(s) müharibә vә dәvәt sahәlәrindә göstәrdiyi müqavimәt
sayәsindә sonrakı illәrdә dünyanın birinci qüvvәsinә çevrilә
bildi.