İkinci fəsil: İmamət
İmamәt - cәmiyyәtin insani ehtiraslardan, nöqsanlardan,
qürur vә tәkәbbürdәn irәli gәlәn müxtәlif üsul-idarәlәrinә
qarşı çıxan ideal idarәetmә üsuludur. İslam bәşәriyyәtә
imamәt üsulunu tәqdim edir. Bu hәm qәlbi ilahi hidayәt işığı
ilә dolan, hәm din tәlimlәrini bilәn, anlayan, düzgün yolu
tәyin edәn, hәm güclü idarәçilik qabiliyyәtinә sahib olan, hәm
dә öz canına, istәyinә vә hәyatına çox da әhәmiyyәt
vermәyәn, insanların canını, hәyatını vә xoşbәxtliyini isә hәr
şey sayan bir insanın rәhbәrliyi demәkdir. Əmirәlmöminin (ә)
özünün beş ildәn az sürәn hakimiyyәtindә bunu әmәli surәtdә
göstәrdi. Görürsünüz ki, bәşәriyyәt bu qısa hakimiyyәt
dövrünü heç zaman unutmamış, o, nümunә vә örnәk kimi
әsrlәr boyu yaşamışdır. Bu, Qәdiri-Xum hadisәsinin dәrs vә
mәnasının nәticәsidir.
Rәhbәrlik mәnasını ifadә edәn imamәt sözü İslam
әdәbiyyatında daha çox xüsusi mәnada, düşüncә vә siyasi
baxımdan ictimai rәhbәrlik kimi başa düşülür. Quranda
işlәnmiş imam vә imamәt sözlәri bu mәnada ümmәtin
rәhbәrliyi demәkdir - düşüncә rәhbәrliyi, siyasi rәhbәrlik,
yaxud hәr ikisi. Peyğәmbәrin (s) vәfatından sonra İslam
inanclılarının bir neçә firqәyә bölünmәsi ilә nәticәlәnәn
etiqadi vә siyasi parçalanmalarda әsas amil ümmәtin siyasi
rәhbәrliyi olduğundan, imamәt vә imam sözlәri xüsusi
әhәmiyyәt kәsb etdi vә daha çox siyasi rәhbәrlik mәnasında
işlәnib digәr mәnaları kölgәdә qoydu. Belә ki, hicrәtin ikinci
әsrindә biri o birindәn sonra kәlam mәktәblәri yarananda vә
müxtәlif İslam tәmayüllәri müәyyәn ideologiya vә mәktәblәr
formasına düşәndә siyasi rәhbәrlik mәnasında olan imamәt
bütün bu mәktәblәrin mühüm mәsәlәlәrindәn birini tәşkil etdi.
Bu mәsәlәdә adәtәn imamın - yәni cәmiyyәtin hakiminin vә
başçısının şәrait vә xüsusiyyәtlәrindәn söhbәt açılırdı vә bu
haqda hәr bir qrupun öz sözü vә etiqadı vardı.
45
Şiәlәr tәrәfindәn İslamın әn ortodoks düşüncә cәrәyanı
hesab edilәn Şiә mәktәbindә imamәt bu mәnada başa
düşülürdü. Bu mәktәbin imam haqda görüşü belә xülasә
olunurdu: İslam cәmiyyәtinin imamı vә siyasi başçısı Allah
tәrәfindәn tәyin vә Peyğәmbәr (s) tәrәfindәn tәqdim olunmalı,
düşüncә rәhbәri, Quran tәfsirçisi, dinin bütün sirr vә
incәliklәrindәn xәbәrdar, pak, mәsum, fiziki cәhәtdәn
qüsursuz, hәr bir әxlaqi nöqsandan uzaq, pak vә iffәtli ailәdә
doğulmuş olmalıdır vә sair. Belәliklә, birinci vә ikinci әsrin
müsәlmanlarına görә siyasi rәhbәrlik kimi başa düşülәn
imamәt şiәlәrә xas baxışda siyasi rәhbәrlikdәn әlavә, hәm dә
düşüncә vә әxlaq rәhbәrliyinә şamil olurdu.
Şiәlәr imam bildiklәri şәxsdәn yalnız ictimai deyil, hәm dә
düşüncә idarәçiliyini, dini tәlimdә, mәnәvi vә әxlaqi saflıqda
bәlәdçiliyi gözlәyirdilәr. Onlar bu vәzifәlәrin öhdәsindәn gәlә
bilmәyәn şәxsi hәqiqi imam saymır vә başqalarına görә yetәrli
meyarlar sayılan yaxşı siyasi idarәçilik, hәrbi güc vә
qәhrәmanlıq xüsusiyyәtlәri ilә qane olmurdular.
Şiәnin imamәtә dair baxışına әsasәn, bir cәmiyyәtin imamı
insanların fәrdi rәftarını vә ictimai hәrәkәtini tәnzim vә idarә
edәn, eyni zamanda әxlaq müәllimi, onların hәyat vә
fәaliyyәtinin hakimi olan üstün qüvvәdir. Bu baxışa görә,
әsasını qoyduğu cәmiyyәtin düşüncә vә siyasi rәhbәrliyini icra
etdiyi üçün Peyğәmbәr (s) dә imamdır. Peyğәmbәrdәn (s)
sonra onun vәzifәlәrini, o cümlәdәn siyasi rәhbәrlik işini
yerinә yetirmәk üçün ümmәtin yenә dә imama ehtiyacı var.
Şiәlәr inanırlar ki, bu canişinlik Peyğәmbәrin sözlәrinә әsasәn,
Əli ibn Əbutalibә (ә) vә sonra hәmin ailәdәn olan mәsum
imamlara mәxsusdur.
Dövrümüzün bәzi görkәmli mütәfәkkirlәri İslam imamәti
vә hökumәti üçün üç cәhәt qeyd etmişlәr: siyasi rәhbәrlik, dini
tәlim vә mәnәvi paklıq. İslam xilafәtindә bu üç mәsәlә bir-
birindәn ayrılmamış vә bir proqram kimi insanlara tәqdim
olunmuşdur. Demәli, ümmәt rәhbәrliyi dә bu üç sahәdә
46
rәhbәrlik demәkdir. İmamәtin bu mәna genişliyinә görә şiәlәr
imamın Allah tәrәfindәn tәyin edilmәli olduğuna inanırlar.
İmamәti xilafәt vә hökumәt qarşısında sırf mәnәvi,
psixoloji vә elmi mәnsәb hesab edәnlәrin dayaz baxışının
әksinә olaraq, şiә mәdәniyyәtindә imam ümmәtin rәhbәridir;
hәm dünyәvi işlәrdә, cәmiyyәtin siyasi vә ictimai idarәsindә
vә nizama salınmasında (hökumәt başçısı), hәm dә mәnәvi vә
psixoloji tәlimdә, hidayәtdә, düşüncә problemlәrinin hәllindә
vә İslam ideologiyasının izahında (ideoloq).
Bu aydın mәsәlә imamәtә etiqad bәslәyәnlәrin çoxunun
düşüncәsinә o qәdәr yaddır ki, Quran vә hәdisdә buna dair
yüzlәrlә dәlildәn bir neçә nümunәni qeyd etmәk pis olmaz:
Kafi kitabının Höccәt bölmәsindә hәzrәt Əli ibn Musa
Rizadan (ә) imamәtә vә imama dair böyük bir hәdis nәql
olunmuşdur. Bu hәdis mәnalı vә maraqlı xüsusiyyәtlәri ehtiva
edir, imamәti dinin sükanı, müsәlmanın nizam-intizamı,
dünyanın abadlığı, möminlәrin başucalığı, peyğәmbәrlәrin
mәnsәbi, canişinlәrin mirası, Allah vә Peyğәmbәrin (s)
canişinliyi, imamı isә ümumi sәrvәti artıran, ilahi qanun vә
cәzaları icra edәn, sәrhәdlәri qoruyan, xalq arasında Allahın
әmanәtdarı, yüksәk yerdә işıqlı mәşәl, Allahın yolunu bәrpa
vә müdafiә edәn, münafiqlәri qәzәblәndirәn, (İslamla vuruşan)
kafirlәrin kökünü kәsәn, möminlәrә şәrәf bәxş edәn,
idarәçilikdә mahir vә peşәkar, siyasәt işinә vaqif, Allahın
fәrmanına hazırlıqlı, Allahın bәndәlәri üçün xeyirxah qüvvә
vә Allahın dininin gözәtçisi adlandırır.
1
Başqa bir hәdisdә İmam Sadiq (ә) açıq şәkildә söylәyir ki,
Əli (ә) vә digәr imamlar Peyğәmbәrin (s) bütün üstünlüklәrinә
vә öhdәliklәrinә sahibdirlәr.
2
1
"Əl-Kafi", c. 1, sәh. 200
2
Yenә orada, sәh. 196
47
İmam Sadiq (ә) başqa bir hәdisdә canişinlәrә itaәtin
vacibliyini vurğulayaraq qeyd edir ki, canişinlәr Quranın "әmr
sahiblәri"
1
adlandırdığı şәxslәrdir.
2
Müxtәlif kitabların müxtәlif bölmәlәrindә qeyd olunmuş
yüzlәrlә rәvayәt şiәlikdә mövcud olan imam vә imamәt
anlayışını açıq-aşkar şәkildә müsәlman ümmәtinin idarәsi vә
başçılığı kimi göstәrmiş vә Əhli-beyt (ә) imamlarını
hakimiyyәtin hәqiqi sahiblәri adlandırmışdır. İnsaflı tәdqiqatçı
üçün heç bir şübhә qalmır ki, Əhli-beyt (ә) imamlarının
imamәt iddiası elmi vә mәnәvi müstәvidәn geniş, hәm dә
dәqiqliklә hakimiyyәt iddiasıdır vә onların hәrtәrәfli dәvәti
әslindә hakimiyyәtә gәlmәk üçün siyasi-hәrbi mübarizәyә
çağırışdır. (Sadiq rәhbәr, sәh. 69-74)
İmam Sәccaddan (ә) İmam Əsgәriyә (ә) qәdәrki sәkkiz
imamın yalnız din hökmlәri, din tәlimlәri ilә mәşğul
olduqlarını
vә
dövrlәrinә
uyğun
siyasi
mübarizә
aparmadıqlarını düşünәn adam yәqin ki Kafi kitabının onların
hәyatına dair rәvayәtlәrini araşdırmamışdır. Onların
hәyatlarında mübarizә amili aydın görünür. Ümumiyyәtlә
İslamda imamәtin mәnası vә Şiәnin imamәtә dair fәlsәfәsi
bundan qeyrisi ilә әsla uyğun gәlmir. Bizdә imamların
mübarizәsinә dair aydın dәlil olmasaydı belә, әn azı bundan
xәbәrimizin olmadığını, uyğun mәlumatların bizә çatmadığını,
onların isә mübarizә apardıqlarını düşünmәli idik. Biz mәhz
Şiә әdәbiyyatında yox, ümumi İslam әdәbiyyatında imamәtin
hәqiqi
mәnasını
bildikdәn,
qәbul
etdikdәn
sonra
imamlarımızın yüz әlli il, yaxud daha artıq müddәtdә әllәrini
әllәrinin üzәrinә qoyub evlәrindә oturduqlarını, yalnız Quran
hökmlәrini vә İslam tәlimlәrini bәyan etdiklәrini vә siyasi
mübarizә aparmadıqlarını söylәyә bilmәrik. Belә bir fikir әsla
düzgün deyil. Əlbәttә, mübarizәnin hәr dövrdә müәyyәn
formada olduğunu yaddan çıxarmamalıyıq. Mübarizә bәzәn
1
Maidә/59
2
"Əl-Kafi", c. 1, sәh. 189
48
mәdәni, elmi, siyasi işlәrlә, tәşkilatlanma, partiya işlәri ilә,
bәzәn dә qanlı әmәliyyatlarla, açıq döyüşlә vә hәrbi
fәaliyyәtlәrlә olur. Mübarizә hәr zaman bir formada hәyata
keçir.
Kimsә etiraz edә bilәr ki, imamlar ilahi elmlә hakimiyyәtә
gәlmәyәcәklәrini bilә-bilә onun uğrunda necә mübarizә apara
bilәrdilәr?! Bәli, imamların hәyatı göstәrdi ki, onlar
hakimiyyәtә gәlib istәdiklәri vә üzәrlәrinә düşәn şәkildә İslam
cәmiyyәti vә İslam quruluşu qurmaq imkanı әldә etmәdilәr.
Bәs onlar bunu bildiklәri vә ilahi ilhamla bundan xәbәrdar
olduqları halda necә bu işi görmәk istәyirdilәr?! Cavabda
demәliyik ki, mәqsәdә çatmayacağını bilmәk vәzifәni yerinә
yetirmәyә mane olmur. Siz Peyğәmbәrin hәyatına baxın. Əziz
Peyğәmbәr (s) Ühud döyüşündә mәğlub olacağını, dağ
keçidini tapşırdığı döyüşçülәrin orada dayanmayacağını vә
qәnimәt tamahından oradan enәcәklәrini bilirdi. Peyğәmbәr
(s) Bәni-Sәqif qәbilәsini hidayәt etmәk vә mәkkәlilәrin
tәhlükәsindәn uzaqlaşmaq üçün Taifә gedәndә onların onu daş
parçaları ilә qarşılayacaqlarını bilirdi, ayağını qanadacaq
qәdәr daş vuracaqlarından vә qayıtmağa mәcbur olacağından
xәbәrdar idi. İmamlar bütün bunları bilirdilәr. Əmirәlmöminin
(ә) bilirdi ki, ramazan ayının 21-dә şәhadәtә qovuşacaq, amma
eyni zamanda ramazan ayından bir qәdәr qabaq Müaviyәyә
qarşı döyüşü davam etdirmәk üçün Kufәnin kәnarında böyük
bir düşәrgә saldı. Əmirәlmömininin (ә) bilmәsi onun adi
gedişata uyğun çalışmamasına bais olsaydı, düşәrgә salmaz,
qoşun toplamazdı. İnsanları Kufәdәn kәnarda bir araya gәtirdi
vә orada saxladı. Nә üçün? Nә faydası vardı? İmamların
hakimiyyәtә gәlmәyәcәklәrini bilmәlәri onların fәaliyyәtinә
mane olmamalı, çalışmalı, mübarizә aparmalı, nә baş
verәcәyini bilmәyәn adam kimi bütün işlәri görmәlidirlәr.
Dostları ilə paylaş: |