Ayətullah Seyid Əli Xamenei



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix19.05.2022
ölçüsü1,43 Mb.
#116031
1   ...   9   10   11   12   13   14   15   16   ...   41
250-YAŞLI-İNSAN

Xilafət dövrü 
Bütün müsәlman alәmi Əmirәlmömininlә (ә) beyәt etdi. O 
zamana qәdәr heç bir beyәt belә ümumi olmamışdı. Yalnız 
Şam onunla beyәt etmәdi. Bütün İslam alәmi, böyük 
şәxsiyyәtlәr vә sәhabәlәr beyәt etdilәr. On nәfәrdәn az olan 
kiçik bir qrup qaldı. Əmirәlmöminin (ә) onları bir mәscidә 
toplayıb bir-bir beyәt etmәmәlәrinin sәbәbini soruşdu. 
Abdullah ibn Ömәr, Sәd ibn Əbi Vәqqas da onların arasında 
idi. Hәr biri bir sәbәb göstәrib danışdılar. Bәzilәri sonra beyәt 
etdilәr, bәzilәri isә etmәdilәr. İmamın bu bir neçә nәfәrlә işi 
olmadı. Amma Tәlhә, Zübeyr kimi digәr görkәmli şәxslәrin 
hamısı onunla beyәt etdilәr. Beyәtdәn qabaq imam onlara 
1
Yenә orada 


62
buyurdu ki, sizin israrınızı qәbul edib xәlifә oluramsa, 
tanınmış şәxsiyyәtlәri, qәdim simaları vә adlı-sanlı adamları 
nәzәrә alacağımı düşünmәyin; elә bilmәyin ki, mәn ona-buna 
tabe olacaq, tәqlidçilik edәcәk vә digәrlәrinin üsulu ilә 
işlәyәcәyәm. Əsla belә olmayacaq. Mәn sizi İslamdan 
anladığım vә tәyin etdiyim şәkildә idarә edәcәyәm.
1
O, bu 
sözlәri deyәndәn sonra xilafәti qәbul etdi. Əmirәlmöminin (ә) 
müxtәlif mәsәlәlәri nәzәrә alıb güzәştә gedә vә onların 
könlünü ala bilәrdi. Amma burada da İslam prinsiplәri vә 
dәyәrlәri üzәrindә qәtiyyәtlә dayandı. Belә ki, qarşısında o 
qәdәr düşmәn meydana çıxdı vә Əli (ә) bir cәbhәdә qızıl, güc 
vә hiylә tәrәnnümlәri ilә, bir cәbhәdә mötәbәr vә mәşhur 
şәxsiyyәtlәrlә, başqa bir cәbhәdә isә zahirәn abid, әslindә isә 
İslamın hәqiqәtindәn, ruhundan, İslam tәlimlәrindәn vә 
Əmirәlmöminininin (ә) mәqamından xәbәri olamayan radikal 
vә daşürәkli tәkfirçilәrlә üzlәşmәli oldu. 
Əmirәlmöminin (ә) üç düşәrgәdә Nakisin (әhdi pozanlar), 
Qasitin (zülmkarlar) vә Mariqin (dindәn çıxanlar, yaxud 
yolunu azmışlar) qrupları ilә ayrı-ayrı şәkildә vuruşdu. Bu 
hadisәlәrin hәr biri onun Allaha güvәnmәsini, fәdakarlığını vә 
xudpәsәndlikdәn kәnar ruhunu göstәrir. O, nәhayәt bu yolda 
şәhadәtә qovuşdu. O hәzrәt haqqında demişlәr ki, әdalәti onu 
qanına qәltan elәdi. Əgәr Əli (ә) әdalәti kәnara qoyub başqa 
mәsәlәlәri nәzәrә alsaydı, öz mәqamını vә şәxsiyyәtini İslam 
dünyasının maraqlarından üstün tutsaydı, әn uğurlu vә qüdrәtli 
xәlifә olardı, heç kim onunla düşmәnlik dә etmәzdi. Lakin 
Əmirәlmöminin (ә) haqq vә batilin meyarıdır. Mәhz buna görә 
kim hәzrәt Əlinin (ә) ardıcılıdırsa, onu qәbul edirsә, onun kimi 
rәftar etmәk istәyirsә, haqq vә kim Əlini (ә) qәbul etmirsә, 
batildir. Mәhz buna görә Əmirәlmöminin (ә) şәxsi 
maraqlarının vә eqosunun әn kiçik müdaxilәsi belә olmadan 
seçdiyi yolla hәrәkәt etmişdir. Əmirәlmöminin (ә) belә bir 
şәxsiyyәtdir. Buna görә dә, hәqiqәtәn haqqın meyarıdır. 
1
Yenә orada 


63
Əmirәlmömininin (ә) hәyatı budur: "İnsanların elәsi dә vardır 
ki, Allahın razılığını qazanmaq yolunda öz canını fәda edәr"
1

Əli (ә) canını yalnız şәhadәti zamanı vә ölüm anında qurban 
vermәdi, bütün ömrü boyu hәmişә öz canını Allah yolunda 
fәda etdi.
Əmirәlmöminin (ә) bu müddәtdә göstәrdi ki, İslamın tәcrid 
olunduğu vә İslam cәmiyyәtinin kiçik olduğu dövrdә yaranmış 
İslam prinsiplәri vә İslam dәyәrlәri cәmiyyәtin rifah, inkişaf, 
iqtidar vә maddi tәminat dövründә dә icra oluna bilәr. Bu, 
olduqca әhәmiyyәtli mәsәlәdir. İslam prinsiplәri, İslam 
әdalәti, insansevәrlik, cihad, İslam quruculuğu, İslamın әxlaq 
vә dәyәrlәri Peyğәmbәrin (s) dövründә ilahi vәhylә nazil oldu 
vә onun tәrәfindәn İslam cәmiyyәtindә mümkün hәddә hәyata 
keçirildi. Amma Peyğәmbәr (s) dövrünün İslam cәmiyyәti on 
ilә qәdәr yalnız Mәdinә ilә mәhdudlaşırdı, bir neçә min nәfәr 
әhalisi olan kiçik bir şәhәrdәn ibarәt idi. Sonradan Mәkkә vә 
Taifi fәth edәndә dә çox mәhdud sәrvәti olan, kütlәvi 
yoxsulluğun vә çox az imkanların mövcud olduğu mәhdud bir 
bölgә idi. Belә bir şәraitdә İslam dәyәrlәrinin әsası qoyuldu. 
Peyğәmbәrin (s) dünyadan köçdüyü zamandan 25 il 
ötmüşdür. Bu 25 ildә İslam ölkәsinin әhatәsi yüzlәrlә dәfә 
artmışdır, iki dәfә, üç dәfә, on dәfә yox. İmam Əli (ә) 
hakimiyyәtә gәlәndә Orta Asiyadan Şimali Afrikaya, yәni 
Misirә qәdәr geniş әrazi İslam hökumәtinә tabe idi. Əvvәldә 
İslam dövlәtinin iki böyük qonşu imperiyası olan İran vә 
Romadan biri tamamilә devrilmişdi. O zaman İran hökumәti 
devrilmiş vә bütün İran torpaqları İslamın ixtiyarına keçmişdi. 
Rum torpaqlarının әsas hissәsi - Şam, Fәlәstin, Mosul vә digәr 
yerlәr dә İslam dövlәtinә tabe idi. İslam dünyası belә bir geniş 
sahәni әhatә edirdi, çoxlu sәrvәt әldә edilmişdi, daha 
yoxsulluq, çatışmazlıq vә qәhәtlik yox idi; qızıl geniş 
yayılmış, pul çoxalmış, sәrvәtlәr artmış, İslam ölkәsi 
varlanmışdı, çoxları hәddәn artıq rifah içәrisindә yaşayırdılar. 
1
Bәqәrә/207 


64
Əgәr Əli (ә) olmasaydı, tarix belә nәticә çıxarardı ki, İslam 
prinsiplәri vә Peyğәmbәr dәyәrlәri yaxşı idi, amma Mәdinә 
dövrünә, İslam cәmiyyәtinin kiçik vә yoxsul olduğu zamana 
aiddir. İslam cәmiyyәti böyüyәndәn, müxtәlif sivilizasiyalarla 
qarışandan, İran vә Romadan mәdәniyyәt vә sivilizasiya 
nümunәlәri cәmiyyәtә daxil olandan vә müxtәlif xalqlar İslam 
dünyasına qatılandan sonra daha hәmin prinsiplәr ölkәni idarә 
edә bilmәz. Əmirәlmöminin (ә) bu beş ildә öz әmәli, rәftarı vә 
hakimiyyәt tәrzi ilә göstәrdi ki, erkәn peyğәmbәrlik çağının 
bu parlaq prinsiplәri – tövhid, әdalәt, insaf, bәrabәrlik 
Əmirәlmöminin (ә) kimi qüdrәtli bir xәlifә tәrәfindәn dә icra 
oluna bilәr. Bu, tarixdә qalmış bir şeydir. Əmirәlmöminindәn 
(ә) sonra bu üsul davam etmәsә dә, o göstәrdi ki, İslam 
hakimi, cәmiyyәtin müsәlman başçıları istәsәlәr vә iradә 
nümayiş etdirsәlәr, hәmin prinsiplәri İslam hökumәtinin, 
İslam coğrafiyasının genişlәndiyi, müxtәlif vә yeni hәyat 
şәraitinin yarandığı dövrdә dә icra edә vә xalqa fayda yetirә 
bilәrlәr. Bәllidir ki, ictimai әdalәti Mәdinәnin 10-15 min 
nәfәrlik 
bir 
cәmiyyәtindә 
bәrqәrar 
etmәk 
hara, 
Əmirәlmömininin 
(ә) 
dövründәki 
onmilyonluq 
vә 
yüzmilyonluq bir cәmiyyәtdә bәrqәrar etmәk hara! 
Əmirәlmöminin (ә) bu işlәri gördü. 
Mәn Əmirәlmömininin (ә) öz sözlәrindә әks olunan bir 
neçә işini burada deyәcәyәm. Onun hәyatında minlәrlә belә 
nümunә var. Xalq gәlib israrla beyәt etmәk istәyir, o isә qәbul 
etmirdi. Xalqın israrı çoxaldı, böyüklәr, kiçiklәr, başçılar vә 
qәdim sәhabәlәr dedilәr ki, yox, yalnız Əli ibn Əbutalib (ә) 
olmalıdır vә qeyrisi mümkün deyil. Onlar gәlib israrla imamı 
apardılar. Buyurdu ki, onda mәscidә gedәk. Əmirәlmöminin 
(ә) minbәr üzәrindә xütbә oxudu vә öz sözünü dedi. Buyurdu 
ki, bu gün görkәmli vә möhtәrәm şәxslәrin haqsız olaraq sahib 
olduğu malları beytülmala - ümumi xәzinәyә qaytaracağam. 
Bu bir neçә ildә bәzi şәxslәr beytülmaldan bәzi pulları 
mәnimsәyә bilmişdilәr. Buyurdu ki, mәn bunların hamısını 
qaytaracağam; әgәr bu malları qadınlarınıza mehr etmiş, 


65
yaxud onunla özünüzә kәniz almış olsanız belә, hamısını 
beytülmala qaytaracağam.
1
Hamı bilsin ki, mәnim yolum 
budur. 
Bir neçә gündәn sonra müxalifәtlәr başlandı. Cәmiyyәtin 
aztәminatlı vә mәhrum tәbәqәsi belә bir cәmiyyәti Allahdan 
arzu edir, lakin nüfuzlular vә bu sözün әsas müraciәt tәrәflәri 
tәbii ki, narazı qaldılar. Oturub iclas keçirdilәr, dedilәr ki, Əli 
(ә) nә üçün belә etmәk istәyir. Osmanın dövründә Kufәnin 
valisi olmuş Vәlid ibn Üqbә onların tәrәfindәn 
Əmirәlmömininin (ә) yanına gәlib dedi ki, ey Əli, sәninlә 
beyәtimizin şәrti var. Şәrtimiz budur ki, әldә etdiyimiz pullara 
toxunmayasan, sәndәn qabaq qazandıqlarımızla işin olmasın.
2
Vәliddәn sonra Tәlhә vә Zübeyr gәldi. Vәlid ibn Üqbә Tәlhә 
vә Zübeyrdәn fәrqlidir. Vәlid yeni müsәlman olanlardandır, 
ailәsi İslamın vә inqilabın düşmәni olmuş, İslamla 
vuruşmuşdu. Peyğәmbәrin (s) ömrünün sonlarında İslam 
qәlәbә çalanda Bәni-Ümәyyәnin digәr üzvlәri kimi o da 
müsәlman oldu. Tәlhә vә Zübeyr isә qәdimdәn müsәlman 
olanlardan, Peyğәmbәrin (s) yaxın sәhabәlәrindәn idilәr. Buna 
baxmayaraq, onlar da Əlinin (ә) yanına gәlib şikayәt etdilәr. 
Dedilәr ki, sәn beytülmalın bölgüsündә bizi başqaları ilә bir 
tutursan, bizә dә bizә tay olmayanlar qәdәr tәqaüd verirsәn. 
Bu nә demәkdir? Nә üçün bizә xüsusi imtiyaz vermirsәn? 
Bunlar bizim xәncәrimizlә әldә olunub, İslamı qalib edәn, 
zәhmәt çәkәn biz idik, indi isә bizi yeni müsәlmanlarla vә fәth 
olunmuş әrazilәrdәn gәlәn qeyri-әrәblәrlә bir tutursan?!
3
Əmirәlmömininin (ә) Vәlid ibn Üqbәyә cavabını 
görmәmişәm, tarixdә qeyd olunmayıb, amma digәrlәrinә 
verdiyi cavab bәllidir. Hәzrәt minbәr üzәrindәn sәrt cavab 
verdi. Beytülmalın bәrabәr bölgüsünә dair buyurdu ki, bu 
üsulun әsasını mәn qoymamışam. Mәn vә siz Peyğәmbәrin (s) 
1
Nәhcül-bәlağә, xütb 29 
2
"Bihar әl-әnvar", c. 32, sәh. 19 
3
Yenә orada, sәh. 21 


66
belә etdiyini görmüşük.
1
Mәn yeni bir iş görmürәm, 
Peyğәmbәrin (s) işini davam etdirirәm, cәmiyyәtdә hәmin 
dәyәrlәri, etiqad vә әmәl prinsiplәrini bәrqәrar etmәk 
istәyirәm. Əli (ә) bunu etdi vә bәdәlini dә ödәdi. 
Bu işin bәdәli üç müharibә idi vә Əmirәlmöminin (ә) 
bundan qorxmadı. Tәbii ki, o, xilafәti öz haqqı bilirdi, amma 
Peyğәmbәrin (s) vәfatından sonra bu haqqı uğrunda 25 il heç 
bir iş görmәdi, kimsә danışmaq istәyәndә dә sakitlәşdirirdi. 
Əmirәlmöminin (ә) 25 il bu mövzuda sükut etdi. Amma 
zahirәn ondan әhәmiyyәti ondan az görünәn bir mәsәlә - yәni 
ictimai әdalәt, Peyğәmbәr (s) prinsiplәrinin dirçәldilmәsi vә 
Peyğәmbәrin (s) yaratdığı möhkәm İslam cәmiyyәti qurmaq 
naminә üç müharibәyә getdi: Cәmәl, Siffeyn vә Nәhrәvan 
döyüşlәri. Görün Əmirәlmömininә (ә) görә bu iş nә qәdәr 
әhәmiyyәtli olmuşdur. Əmirәlmömininin (ә) böyük işi budur. 
Onun bu barәdә başqa bir cümlәsi var. Bizim Əli (ә) tәlimlәri 
ilә bir qәdәr tanış olmağımız pis olmaz. O buyurur ki, kimsә 
mömindirsә, Allah yolunda mübarizdirsә, çoxlu zәhmәtlәr 
çәkmiş, cәbhәdә olmuş vә böyük işlәr görmüşdürsә, onun 
hüququna riayәt etmәk vacibdir. Lakin bu şәxs qanundan 
yayınsa vә hüquq pozuntusuna yol versә, hәmin vacib haqq 
onun cәzalandırılmamasına sәbәb olmamalıdır. Odur ki, 
mәsәlәlәri bir-birindәn ayırın. Kimsә yaxşı adamdırsa, dәyәrli 
şәxsdirsә, yaxşı keçmişi varsa, İslam vә ölkә üçün zәhmәt 
çәkmişdirsә, çox gözәl, onun hüququ qorunmalı vә ona 
hörmәt göstәrilmәlidir. Lakin bu şәxs cinayәt törәtsә, ona göz 
yummaq olmaz. Əmirәlmömininin (ә) mәntiqi budur. Onun 
şair vә mәddahlarından olan Nәccaşi Siffeyn döyüşündә 
insanları Müaviyәyә qarşı döyüşә hәvәslәndirmәk üçün әn 
yaxşı şeirlәr qoşmuşdur. O, Əlini (ә) sevirdi, onun tәrәfindә 
idi, ixlas vә vilayәt baxımından mәşhur adamdır. Bu adam 
ramazan ayında şәrab içdi. Əmirәlmöminin (ә) bundan xәbәr 
tutanda buyurdu ki, şәrab içmәyin cәzası mәlumdur; onu 
1
Yenә orada, sәh. 22 


67
gәtirin vә burada cәzalandırın. Əmirәlmöminin (ә) hamının 
gözü önündә onu cәzalandırdı, ona 80 qamçı vurdu. Onun 
ailәsi vә qәbilәsi imamın yanına gәlib dedilәr ki, sәn bizi 
rüsvay etdin, axı bu sәnin tәrәfdarlarından, dostlarından, 
bugünkü sözlә desәk, siyasi blokunun üzvü idi. İmam buyurdu 
ki, mәn bir iş görmәmişәm; müsәlman bir cinayәt törәtdi vә 
ona ilahi cәza vacib oldu, mәn dә hәmin cәzanı icra etdim. 
Nәccaşi bundan sonra dedi ki, belәdirsә, mәn dә gedib 
Müaviyә üçün şeir deyәcәyәm. Əlinin (ә) yanından gedib 
Müaviyәnin düşәrgәsinә qoşuldu. Əmirәlmöminin (ә) dә 
demәdi ki, Nәccaşi әldәn çıxdı, heyfdir, onu saxlayaq. Xeyr! 
Gedirsә, getsin; tәbii ki, qalsaydı, daha yaxşı olardı. İmam 
Əlinin (ә) mәntiqi vә yolu budur. Nәccaşinin tәrәfdarlarına 
dedi ki, cәzalandırdıq vә günahı silindi.
1
Əmirәlmömininlә (ә) qohum olan Bәni-Əsәd qәbilәsindәn 
bir nәfәr cinayәt törәtmişdi. Hәmin qәbilәdәn olan vә 
Əmirәlmöminini (ә) sevәn bir neçә nәfәr dedi ki, gedib 
mәsәlәni hәll edәrik. Əvvәlcә İmam Hәsәnin (ә) yanına gәlib 
vasitәçi olmasını istәdilәr. İmam Hәsәn (ә) buyurdu ki, mәnim 
gәlmәyimә ehtiyac yoxdur, atam sizi tanıyır, özünüz gedin. 
Özlәri Əlinin (ә) yanına gedib dedilәr ki, vәziyyәt belәdir, 
bizә kömәk et. İmam buyurdu ki, mәnim ixtiyarımda olan hәr 
hansı iş üçün razılıq verә bilәrәm. Bunlar sevinib geri 
döndülәr. Yolda İmam Hәsәnlә (ә) rastlaşdılar. İmam Hәsәn 
(ә) soruşdu ki, nә etdiniz. Dedilәr ki, şükür Allaha, yaxşı oldu, 
Əli (ә) bizә söz verdi. Soruşdu ki, Əmirәlmöminin (ә) sizә nә 
dedi? Onlar imamın cavabını söylәdilәr. İmam Hәsәn (ә) 
tәbәssüm edәrәk buyurdu ki, onun cәzalandırılacağı tәqdirdә 
görmәli olduğunuz işi görün. Əmirәlmöminin (ә) onu 
cәzalandırdı. Gәlib dedilәr ki, ey möminlәrin әmiri, nә üçün 
bu şәxsә qamçı vuruldu? Dedi ki, cәza mәnim ixtiyarımda 
deyil, ilahi hökmdür. Mәn demişdim ki, ixtiyarım çatanı 
1
"Əl-Hәyat", c. 2, sәh. 714 


68
edәrәm, ilahi cәza isә mәnim ixtiyarımda deyil.
1
Üstәlik, 
Bәni-Əsәd 
Əmirәlmömininin 
(ә) 
dostlarından 
vә 
tәrәfdarlarından idi. Əlinin (ә) hәyatı belә idi. 
Onun vә övladlarının xörәyi, geyimi, mәişәt vәziyyәti 
haqda çox sözlәr deyilmişdir. Bir rәvayәtçi deyir ki, gedib 
Hәsәn vә Hüseynin (ә) xörәk yediklәrini gördüm. Onların 
xörәyi çörәk, sirkә vә göyәrtidәn ibarәt idi. Dedim ki, siz axı 
әmirsiniz, xәlifә ailәsi, Əmirәlmömininin (ә) övladlarısınız, 
bazarda da bu qәdәr mәhsul var, Kufәnin yaxınlığında 
yerlәşәn Rәhbә bazarında bu qәdәr mәhsul satırlar. Sizin 
xörәyiniz elә budur? Onlar hәmin şәxsә dedilәr ki, sәn 
Əmirәlmöminini (ә) tanımırsan; get onun hәyatına bax.
2

hәzrәt öz ailәsi ilә dә belә rәftar edirdi. 
Zeynәbi-Kübranın mәsәlәsini eşitmisiniz. Əbu Rafedәn 
birovuz götürmüşdü. Əqilin macәrasını da eşitmisiniz. O, 
imamın yanına gәlib bir qәdәr artıq buğda istәdi. Hәzrәt isti 
dәmiri ona yaxınlaşdırdı. Tәbii ki, vurmadı, qorxutdu vә 
istәyini qәbul etmәdi. Öz qardaşı oğlu vә kürәkәni - hәzrәt 
Zeynәbin hәyat yoldaşı olan Abdullah ibn Cәfәr onun yanına 
gәlib dedi ki, ey möminlәrin әmiri, әlim boşdur, mәişәt 
әyalarını satmağa mәcburam, mәnә bir qәdәr kömәk et. İmam 
qәbul etmәyib buyurdu ki, deyirsәn әmin oğurluq etsin vә 
xalqın malını sәnә versin?! 
Əmirәlmöminin (ә) Peyğәmbәr (s) dövrünә nisbәtәn inkişaf 
etmiş, böyümüş, sivil vә sәrvәtli bir cәmiyyәtdә hakimiyyәt 
meyarını müәyyyәn etdi. Hәr şey inkişaf etmişdi. 
Əmirәlmöminin (ә) öz rәftarı ilә isbat etdi ki, bu vәziyyәtdә dә 
hәmin prinsiplәri yaşatmaq olar. Bu, Əmirәlmömininin (ә) 
böyük uğurudur. Mәnәviyyat, әdalәt, cihad, cәmiyyәt 
quruculuğu, layiqli vә imanlı idarәçilik prinsiplәri bunu 
göstәrir. Siz İmam Əlinin (ә) hәyatının ayrı-ayrı hissәlәrini il 
boyu onun rәvayәt vә sözlәri şәklindә eşidirsiniz. 
1
"Dәaim әl-İslam", c, 2, sәh. 443 
2
"Əl-Mәnaqib", c. 2, sәh. 108 


69
Əmirәlmömininin (ә) hәyatı bunlarla doludur. Onların 
xülasәsi budur ki, Əmirәlmöminin (ә) bu İslam prinsiplәrini 
bütün şәraitlәrdә hәyata keçirmәyin mümkünlüyünü dünyaya 
göstәrmәk istәyir. Hәqiqәt dә budur. Onun İslam prinsiplәri 
geyim forması deyil ki, lәbbadә geyinirdisә, bu gün biz dә 
hәmin işi görmәli olaq. İslam prinsiplәri әdalәtdәn, tövhiddәn, 
insafdan, xalqın hüququna dәyәr vermәkdәn, yoxsullara qayğı 
göstәrmәkdәn, antiislam vә antidin cәbhәlәri qarşısında 
müqavimәtdәn, haqq vә İslam әsasları üzәrindә tәkiddәn, 
haqqı vә hәqiqәti müdafiә etmәkdәn ibarәtdir. Bunları bütün 
dövrlәrdә hәyata keçirmәk olar. 
Tәbii ki, bu sözlәri danışarkәn biz әslindә zirvә haqda 
danışırıq. Kim Əmirәlmömininә (ә) hәtta bәnzәmәsini güman 
edә bilәr?! Xeyr! Heç kәs Əmirәlmömininә (ә) bәnzәmir. 
Onun nәvәsi olan mәsum imam hәzrәt Sәccada (ә) 
ibadәtlәrinin çoxluğundan danışanda buyurdu ki, bizim 
ibadәtlәrimiz hara, Əlinin (ә) ibadәti hara! Yәni o da özünü 
Əli (ә) ilә müqayisә edә bilmir. İmam Sәccad (ә) ilә bizim 
dövrümüzün әn böyük abid vә zahidlәri arasında yerlә-göy 
qәdәr fәrq var. Əmirәlmöminin (ә) örnәyi, zirvәni vә 
istiqamәti göstәrdi, meyar tәyin etdi. Biz dә bacardığımız yerә 
çatmalıyıq. İslam quruluşu әdalәt, insaf, xalqa qayğı, 
insanların hüququna hörmәt vә güclünün zәifә zülmünә qarşı 
mübarizә quruluşudur. Tarix boyu bәşәrin mühüm problemlәri 
bunlar olmuşdur. Bәşәriyyәt hәmişә bu problemlәrdәn әziyyәt 
çәkmişdir, hәlә dә çәkir. Xalqlar bu hegemonluqlara görә 
әziyyәt çәkir vә sıxıntı keçirir. İslamın, Əmirәlmömininin (ә) 
vә Əli (ә) hökumәtinin mәntiqi hәm cәmiyyәt daxilindә, hәm 
dә beynәlxalq miqyasda bu amillәrlә mübarizәdir.

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin