Ayətullah Seyid Əli Xamenei


Əlinin (ə) həyatında qüdrət, məzlumluq və



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix19.05.2022
ölçüsü1,43 Mb.
#116031
1   ...   10   11   12   13   14   15   16   17   ...   41
250-YAŞLI-İNSAN

Əlinin (ə) həyatında qüdrət, məzlumluq və 
qələbəamilləri 
İmam Əlinin (ә) şәxsiyyәtindә, hәyatında vә şәhadәtindә 
bir-biri ilә uyğunluğu olmayan üç amil cәm olmuşdur. Bu üç 
amil qüdrәt, mәzlumluq vә qәlәbәdәn ibadәtdir. 


70
O hәzrәtin qüdrәti әn çәtin hәrbi işlәri idarә etmәkdә, beyin 
vә düşüncәlәri әn uca dini vә insani mәsәlәlәrә yönәltmәkdә, 
Malik Əjdәr, Əmmar, İbn Abbbas, Mәhәmmәd ibn Əbubәkr 
kimi böyük insanlar yetişdirmәkdә vә bәşәr tarixindә bir 
mәktәb yaratmaqda polad iradәsindәn vә әzmkarlığından 
ibarәtdir. O hәzrәtin qüdrәt tәrәnnümü mәntiq, düşüncә, 
siyasәt, hakimiyyәt, cәsarәt vә güclü qollar idi. İmam Əlinin 
(ә) şәxsiyyәtindә heç bir cәhәtdәn nöqsan yox idi, amma eyni 
zamanda tarixin әn mәzlum şәxsiyyәtlәrdәn idi, mәzlumluq 
onun hәyatının bütün sahәlәrindә vardı. Yeniyetmә çağında 
mәzlum idi, Peyğәmbәrdәn (s) sonrakı gәnclik çağında 
mәzlum idi, ahıllıq vә xilafәt çağında mәzlum idi. 
Şәhadәtindәn sonra da uzun illәr minbәrlәrdә onu pislәdilәr, 
ona yalan nisbәtlәr verdilәr. Onun şәhidliyi dә mәzlumcasına 
idi. 
İslam әdәbiyyatında iki nәfәrә "Sarәllah" deyilmişdir. Bir 
insan nahaq yerә qәtlә yetirilәndә onun ailәsi qan sahibi vә 
qisas hüququna malik olur. Buna әrәbcә "sar" deyirlәr. 
Ərәbcәdәn tәrcümәdә deyilәn "Allah qanı" ifadәsi bu 
baxımdan dolğun deyil vә mәqsәdi çatdırmır. "Sar" sözü 
intiqam haqqı demәkdir. İslam mәnbәlәrinә görә, iki nәfәrin 
qan sahibi vә intiqam haqqına malik olan tәrәfi Allahdır. Bu 
iki nәfәrin biri İmam Hüseyn (ә), biri isә atası 
Əmirәlmöminindir (ә).
1
İmam Əlinin (ә) intiqam haqqı 
Allaha mәxsusdur. 
Üçüncü amil isә o hәzrәtin qәlәbәsidir. O әvvәla öz 
hәyatında yaradılan bütün çәtin әngәllәrә qalib oldu; yәni 
sonra izah edәcәyim güclü düşmәn cәbhәlәri Əlini (ә) diz 
çökürә bilmәdilәr, hamısı ona mәğlub oldu. Şәhidliyindәn 
sonra onun parlaq siması günbәgün hәyatından dәfәlәrlә artıq 
şәkildә aydın oldu. Siz bu gün yalnız İslam dünyasına deyil, 
bütün dünyaya baxsanız, hәtta müsәlman olmayan çoxlu 
şәxsiyyәtlәrin Əli ibn Əbutalibi (ә) tarixin böyük şәxsiyyәti 
1
"Əl-Kafi", c. 4, sәh. 576 


71
kimi qәbul etdiklәrini vә tәriflәdiklәrini görәrsiniz. Bu, 
sözügedәn parlaq gövhәrin daha da parlamasıdır. Allah-Taala 
o mәzlumluğun qarşısında bunu Əliyә (ә) mükafat verir. Onun 
mәzlumluğu, böyük ittiham vә tәzyiqlәr qarşısında 
dözümlülüyü tәbii ki, Allah-Taalanın mükafatına sәbәb olur. 
Mükafatı da budur ki, siz bәşәr tarixindә hamının qәbul etdiyi 
belә bir parlaq sima tapmırsınız. Bu günә qәdәr 
Əmirәlmöminin (ә) barәdә yazılmış kitablar arasında bәlkә dә 
әn aşiqanә olanlarını qeyri-müsәlmanlar yazmışlar. İndi 
xatırlayıram ki, üç mәsihi yazıçı Əli (ә) haqda hәqiqәtәn 
aşiqanә tәrif kitabları yazmışlar. Bu hörmәt şәhadәtinin ilk 
günündәn başlandı – hamının, Şam rejiminә bağlı hakimlәrin, 
Əmirәlmömininin (ә) xәncәrindәn vә әdalәtindәn ziyan 
görәnlәrin onun әleyhinә danışdığı vә tәbliğat apardığı 
zamandan. Mәn burada bir nümunә deyәcәyәm. 
Abdullah ibn Ürvә ibn Zübeyrin oğlu atasının yanında 
Əmirәlmöminini (ә) pislәdi. Müsәb ibn Zübeyrdәn başqa 
bütün Zübeyr ailәsinin Əliyә (ә) qarşı münasibәti pis idi. 
Müsәb ibn Zübeyr şücaәtli vә sәxavәtli insan idi. Kufә 
hadisәlәrindә, Muxtarla vә sonra Əbdülmәliklә bağlı 
hadisәlәrdә iştirak etmişdi. O, hәzrәt Sәkinәnin hәyat yoldaşı 
vә İmam Hüseynin (ә) birinci kürәkәni idi. Ondan başqa bu 
ailәnin digәr üzvlәrinin Əliyә (ә) münasibәti pis idi. Bunu 
tarixdәn bilmәk olar. Bu adam Əlini (ә) pislәyәndәn sonra 
atası çox da tәrәfdarcasına olmasa da, mühüm mәqama 
toxunan bir cümlә işlәtdi. Oğluna dedi ki, dinin yaratdığı vә 
kökü din üzәrindә qurulan heç bir şeyi dünya adamları mәhv 
edә bilmәdilәr; yәni әmәllәrinin kökü din vә iman üzәrindә 
olan Əmirәlmömininin (ә) adını mәhv etmәk üçün әbәs 
zәhmәt çәkmәsinlәr. Sonra dedi ki, bax, Mәrvan övladları hәr 
mәsәlәdә vә hәr çıxışda bacardıqları qәdәr Əli ibn Əbutalibә 
(ә) irad bildirir, onu pislәyirlәr, amma onların pislәmәsi bu 
parlaq şәxsiyyәti daha da ucaldır vә böyüdür; yәni onların 
sözlәri xalqda әks-tәsir buraxır. Qarşı tәrәf Bәni-Ümәyyәdir. 
Ümәyyә övladları öz babalarını nә qәdәr artıq tәriflәyirlәrsә, 


72
xalqın onlara nifrәti daha da artır.
1
Bu söz Əmirәlmömininin 
(ә) şәhidliyindәn tәxminәn otuz il sonra deyilmişdir. Yәni 
Əmirәlmöminin (ә) bütün mәzlumluğuna baxmayaraq, hәm öz 
hәyatında, hәm dә tarixdә vә bәşәriyyәtin xatirәsindә qalib 
oldu. 
Əmirәlmömininin (ә) beş ildәn az sürәn hakimiyyәti 
zamanı onun qarşısında üç düşmәn cәbhәsi yarandı: Qasitin, 
Nakisin vә Mariqin. Əmirәlmömininin (ә) bu sözünü hәm 
şiәlәr, hәm dә sünnilәr öz kitablarında yazmışlar: "Mәn 
Nakisin (әhdi pozanlar), Qasitin (zülmkarlar) vә Mariqin 
(dindәn çıxanlar, yaxud yolunu azmışlar) ilә vuruşmağa әmr 
olundum"
2
. Bu adları o hәzrәtin özü qoymuşdur. Qasitin 
zülmkarlar demәkdir. Əmirәlmöminin (ә) onların adını 
zülmkar qoydu. Bunlar kimlәr idilәr? Bunlar İslamı zahirәn vә 
öz mәnfәәtlәrinә görә qәbul etmiş şәxslәr idilәr. Onlar Əli (ә) 
hökumәtini kökündәn qәbul etmirdilәr. Əmirәlmöminin (ә) 
bunlarla nә edirdisә, faydası olmurdu. Bu qrup Bәni-
Ümәyyәnin vә Şam valisi Müaviyә ibn Əbu Süfyanın әtrafına 
toplaşmışdı. Ən bariz şәxsiyyәtlәri dә cәnab Müaviyәnin özü, 
sonra isә Mәrvan Hәkәm vә Vәlid ibn Üqbәdir. Bunlar Əli ilә 
razılaşmayan, yola getmәyәn bir cәbhәni tәşkil edirlәr. 
Doğrudur, Müğeyrә ibn Şöbә, Abdullah ibn Abbas vә 
digәrlәri hakimiyyәtinin әvvәllәrindә Əmirәlmömininә (ә) 
dedilәr ki, bir müddәt bunlarla işin olmasın, imam isә qәbul 
etmәdi. Bunlar Əlinin (ә) siyasәtinin zәif olduğunu deyirdilәr, 
lakin sonrakı hadisәlәr göstәrdi ki, özlәri mәsәlәnin 
mәğzindәn bixәbәr olmuşlar. Əmirәlmöminin (ә) nә edirdisә, 
Müaviyә razılaşmırdı. Bu tәfәkkür Əli (ә) hakimiyyәtini qәbul 
edәn bir tәfәkkür deyildi. Ondan öncәkilәrin bәzilәri isә 
bәzilәrinә dözmüşdülәr. 
Müaviyәnin müsәlman olmasından Əli (ә) ilә vuruşduğu 
zamana qәdәr otuz ildәn bir qәdәr az ötmüşdü. O vә әtrafı 
1
"Nәsr әd-dürr", c. 3, sәh. 186 
2
"Bihar әl-әnvar", c. 44, sәh. 36 


73
illәrlә Şamda hakim olmuş, nüfuz qazanmış vә ictimai dayaq 
yaratmışdılar. Elә bir zaman deyildi ki, bir söz deyәn kimi 
onlara "siz tәzә müsәlman olmusunuz, nә deyirsiniz?" – deyәn 
olsun. Onlar artıq özlәrinә yer açmışdılar. Odur ki, bunlar 
ümumiyyәtlә Əli (ә) hakimiyyәtini qәbul etmәyәn, hökumәtin 
ayrı cür olmasını vә öz әllәrinә keçmәsini istәyәn cinah idi. 
Sonra bunu göstәrdilәr vә İslam dünyası onların hakimiyyәtini 
tәcrübә etdi. Əmirәlmömininlә (ә) rәqabәtdә bәzi sәhabәlәrә 
çox xoş üz göstәrәn vә hörmәt ifadә edәn Müaviyә sonra 
kobud rәftarlara keçdi, Yezidin dövründә isә Kәrbәla hadisәsi 
baş verdi. Mәrvan, Əbdülmәlik, Hәccac ibn Yusif Sәqәfi vә 
Yusif ibn Ömәr Sәqәfi dә hәmin hakimiyyәtin yetirmәlәridir. 
Yәni cinayәtlәrini söylәmәyә tarixin belә qorxduğu bu 
hakimlәrin - misal üçün, Hәccacın hökumәti Müaviyәnin 
yetişdirdiyi vә belә bir şey üstündә Əmirәlmömininlә (ә) 
vuruşan hökumәtdir. Onların nә istәdiyi әvvәldәn bәlli idi. 
Onlar sırf dünyәvi hakimiyyәtә gәlmәk vә hakim olmaq 
istәyirdilәr. Hamı bu işlәri Bәni-Ümәyyә hakimiyyәtindә 
müşahidә etdi. Sözsüz ki, burada etiqadi vә kәlami polemika 
açmaq istәmirik. Qeyd etdiklәrim tarixdir, hәm dә yalnız Şiә 
tarixi deyil, İbn Əsirin, İbn Qüteybәnin vә bu kimi tarixçilәrin 
yazdıqlarıdır. Bunlar tarixin qәti mәsәlәlәrindәndir; bunlar 
haqda şiә vә sünnilәr arasında fikir ayrılığı yoxdur. 
Əmirәlmömininlә (ә) vuruşan ikinci cәbhә Nakisin cәbhәsi 
idi. Nakisin pozanlar demәkdir vә burada mәqsәd beyәti 
pozanlardır. Bunlar әvvәlcә Əmirәlmömininlә (ә) beyәt 
etdilәr, sonra isә beyәtlәrini pozdular. Bunlar müsәlman vә 
birinci qrupdan fәrqli olaraq, doğma idilәr, amma Əli ibn 
Əbutalibi (ә) onlara hakimiyyәtdәn böyük pay verәnә, onlarla 
mәslәhәtlәşәnә, onlara vәzifә verәnә, haqsız yolla әldә 
etdiklәri mal-dövlәtә toxunmayana, "bunları haradan 
gәtirmisiniz?" - demәyәnә qәdәr qәbul edirdilәr. Bәli, bu qrup 
Əmirәlmöminini (ә) qәbul edirdi, amma bu şәrtlә ki, bu 
mәsәlәlәrlә işi olmasın, bu mal-dövlәti haradan vә necә 
qazandıqlarını vә nә üçün yediklәrini soruşmasın. Odur ki, 


74
әvvәlcә әksәri beyәt etdi. Bәzilәri beyәt etmәdi. Cәnab Sәd 
ibn Əbi Vәqqas vә başqa bir neçә nәfәr әvvәldәn beyәt 
etmәdilәr. Cәnab Tәlhә, cәnab Zübeyr vә digәr böyük 
sәhabәlәr isә beyәt etdilәr, tәslim oldular, üç-dörd aydan sonra 
gördülәr ki, yox, bu hökumәtlә yola getmәk olmur, bu 
hökumәt dost-düşmәn bilmir, bu hakim özünә, ailәsinә vә 
köhnә müsәlmanlara xüsusi üstünlük vermir; baxmayaraq ki, 
özü әn birinci müsәlmandır. Gördülәr ki, bu hakim ilahi 
hökmlәri icra etmәkdә heç bir şeydәn çәkinmir. Bunları 
görәndәn, bu adamla dil tapmağın mümkün olmadığını 
anlayandan sonra ayrıldılar, gedib hәqiqәtәn bir fitnә olan 
Cәmәl döyüşünü başlatdılar; möminlәr anası Aişәni dә 
özlәrinә qoşdular. Bu döyüşdә nә qәdәr adam öldürüldü. 
Düzdür, Əmirәlmöminin (ә) qәlәbә çaldı vә mәsәlәni yoluna 
qoydu. Bu da ikinci cәbhә idi vә bir müddәt imamın vaxtını 
aldı. 
Üçüncü cәbhә Mariqin cәbhәsi idi. Mariq qaçan demәkdir. 
Bunlar bir oxun kamandan çıxdığı kimi dindәn qaçır vә 
uzaqlaşırlar. Bunlar dinin zahiri әmәllәrinә bağlı idilәr, dinin 
adını da çәkirdilәr. Bu, xәvaric qruplaşması idi. Onlar 
tәhlükәli amil olan azğın düşüncәlәrә qәrq olmuşdular. Dini 
Quranın tәfsirçisi vә kitab elminә alim olan Əli ibn 
Əbutalibdәn (ә) öyrәnmirdilәr, özlәri istәdiklәri kimi 
yozurdular. Tәbii ki, belә insanlardan hәr bir cәmiyyәtdә var, 
amma onların qruplaşması, mütәşәkkil formaya düşmәsi üçün 
siyasәt lazım idi. Bu siyasәt başqa bir yerdәn tәmin olunurdu. 
Bir kәlmә danışan kimi bu qruplaşmanın üzvlәri bir Quran 
ayәsi oxuyurdular. Onlar bәzәn Əmirәlmömininin (ә) camaat 
namazı qıldığı yerdә ona әziyyәt vermәk mәqsәdi ilә bir 
Quran ayәsi oxuyurdular. Əmirәlmömininin (ә) minbәrindә dә 
bәzәn bu mәqsәdlә ayәlәr oxuyurdular. Onlar "Hökm yalnız 
Allaha mәxsusdur!" devizi ilә demәk istәyirdilәr ki, sizin 
hakimiyyәtinizi qәbul etmirik, Allahın hakimiyyәtini istәyirik. 
Zahiri әmәllәri belә idi, siyasi tәşkilatlanmaları da Qasitin 
cәbhәsinin böyüklәrinin, Şam hakimlәrinin – Əmr As vә 


75
Müaviyәnin idarәçiliyi vә mәslәhәti ilә hәyata keçirdi, onlarla 
әlaqәlәri vardı. Çoxlu faktlar göstәrir ki, Əşәs ibn Qeys düz 
adam deyildi. Düşüncә baxımından bir qrup zәif vә zavallı 
adam da belәlәrinin arxasınca düşmüşdü. Deyilәnlәrә әsasәn, 
Əmirәlmömininin (ә) qarşılaşdığı vә tәbii ki, qәlәbә çaldığı 
üçüncü qrup Mariqin idi. İmam Nәhrәvan döyüşündә onlara 
sarsıdıcı zәrbә endirdi. Lakin onlardan cәmiyyәtdә vardı vә 
nәhayәt, o hәzrәti şәhadәtә yetirdilәr. 
Xәvarici düzgün tanımaq lazımdır. Bәzi adamlar onları 
abidlәrә bәnzәdirlәr. Abid bir kәnarda oturub özü üçün namaz 
qılır, dua oxuyur. Xәvaric isә belә deyildi. Xәvaric iğtişaş 
törәdir, böhran yaradır, Əli (ә) ilә vuruşurdu. Onların işi 
kökündәn sәhv idi; vuruşmaları sәhv vә mәqsәdlәri batil idi. 
Əmirәlmömininin (ә) bu üç qrupla qarşı-qarşıya gәldi. 
Əmirәlmömininlә (ә) Peyğәmbәrin (s) hakimiyyәtlәrindә 
әsas fәrq bu idi ki, Peyğәmbәrin (s) dövründә iman vә küfr 
sıraları bәlli idi. Yalnız münafiqlәr qalırdı, Quran ayәlәri dә 
daim insanları cәmiyyәt daxilindәki münafiqlәrdәn çәkindirir, 
barmağını onlara sarı uzadır, möminlәri onların qarşısında 
güclәndirir, onları ruhdan salırdı. Peyğәmbәrin (s) dövründә 
İslam quruluşunda hәr şey aşkar idi, bәlli cәbhәlәr bir-birinin 
qarşısında dayanmışdı; bir nәfәr küfr, tağut vә cahiliyyәt 
tәrәfdarı idi, bir nәfәr dә iman, İslam, tövhid vә mәnәviyyat 
tәrәfdarı. Düzdür, orada hәr cür adam vardı, lakin sıralar aydın 
idi. Əmirәlmömininin (ә) dövründә isә sıralar aydın deyildi. 
İkinci qrup olan Nakisin cәbhәsi hörmәtli şәxsiyyәtlәr idilәr. 
Cәnab Zübeyr, yaxud cәnab Tәlhә kimi bir şәxsiyyәt 
qarşısında qalan hәr bir kәs tәrәddüd edirdi. Zübeyr 
Peyğәmbәrin (s) dövründә görkәmli şәxsiyyәtlәrdәn, 
Peyğәmbәrin (s) bibisi oğlu vә ona yaxın bir şәxs olmuşdur. 
Hәtta Peyğәmbәrdәn (s) sonra da Əmirәlmöminini (ә) müdafiә 
etmәk üçün Sәqifәyә etiraz edәnlәrdәn idi. Allah hamımızın 
aqibәtini xeyirli etsin! Bәzәn dünyagirlik vә müxtәlif maddi 
amillәr insanda elә tәsir buraxır, bәzi şәxsiyyәtlәrdә elә 


76
dәyişiklik yaradır ki, görkәmli şәxslәrә qarşı da şübhә yaranır, 
o ki qala adi adamlara. O zaman hәqiqәtәn çәtin idi. 
Əmirәlmömininin (ә) әtrafında qalıb mübarizә aparanlar, 
vuruşanlar çox ayıqlıq göstәrdilәr. Mәn Əmirәlmöminindәn 
(ә) bu sözü dәfәlәrlә söylәmişәm: "(Zahirәn müsәlman 
görünәn zalımlara qarşı) Yalnız ayıq vә dözümlü insanlar 
mübarizә apara bilәrlәr".
1
Birinci növbәdә ayıqlıq lazımdır. 
Belә çәkişmәlәrә nәzәr salanda Əmirәlmömininin (ә) 
problemlәrini anlamaq olur. Çoxları İslam iddiası altında 
Əmirәlmömininlә (ә) vuruşur vә yanlış sözlәr söylәyirlәr. 
İslamın erkәn çağında yanlış düşüncәlәr çox yayılırdı, amma 
Quran ayәsi nazil olur vә açıq şәkildә o düşüncәlәri rәdd 
edirdi; istәr Mәkkә dövründә, istәr Mәdinә dövründә. İnsan 
Mәdinәdә nazil olmuş Bәqәrә surәsinә baxanda Peyğәmbәrin 
(s) әsasәn münafiq vә yәhudilәrlә müxtәlif problemlәrinin 
şәrhini görür vә bәzәn xırdalıqlarla da rastlaşır. Quranda hәtta 
Mәdinә yәhudilәrinin o zaman Peyğәmbәrә (s) qarşı 
işlәtdiklәri psixoloji üsullar da qeyd olunur: “Raina” 
demәyin".
2
Yenә dә Mәkkәdә nazil olmuş mübarәk Əraf 
surәsindә xurafatla geniş mübarizә aparılır. Onlar bәzi әtlәri 
yalan yerә haram adlandırırdılar: "De: “Rәbbim yalnız aşkar 
vә gizli alçaq işlәri haram buyurmuşdur".
3
Haram bunlardır, 
siz isә gedib bütlәrә nәzir mәqsәdi ilә azad edilәn, yaxud beş 
dәfә balalayan vә sonuncu balası erkәk olan dәvәlәri özünüzә 
haram etmisiniz. Quran belә düşüncәlәrlә açıq mübarizә 
aparırdı. Əmirәlmömininin (ә) dövründә isә hәmin müxaliflәr 
dә Qurandan istifadә edir vә Quran ayәlәri oxuyurdular. 
Əmirәlmömininin (ә) işi bu cәhәtdәn dәfәlәrlә ağır idi. 
Əmirәlmöminin (ә) özünün qısa hakimiyyәt dövrünü belә 
problemlәrlә keçirdi. 
1
Nәhcül-bәlağә, xütbә: 173 
2
Bәqәrә/104 
3
Əraf/33 


77
Bunların qarşı tәrәfindә Əlinin (ә) öz cәbhәsi durur. Bu, 
hәqiqәtәn güclü cәbhәdir. Orada Əmmar, Malik Əjdәr, 
Abdullah ibn Abbas, Mәhәmmәd ibn Əbubәkr, Meysәm 
Tәmmar, Hücr ibn Ədi kimi şәxslәr var. Mömin vә ayıq 
şәxsiyyәtlәr ictimai rәyin yaranmasında mühüm rol 
oynayırlar. 
Əmirәlmömininin 
(ә) 
xilafәtinin 
belә 
şәxsiyyәtlәrin mәharәtli fәaliyyәti cәhәtindәn gözәl, çәkdiklәri 
әzab-әziyyәtlәr cәhәtindәn isә acı hissәlәrindәn biri onların 
Kufә vә Bәsrәyә hәrәkәt etmәsidir. Tәlhә vә Zübeyr Bәsrәni 
tutanda Əmirәlmöminin (ә) İmam Hәsәni vә bәzi sәhabәlәri 
göndәrdi. Onların xalqla müzakirәlәri, mәsciddә danışdıqları 
söhbәtlәr vә göstәrdiklәri dәlillәr İslamın erkәn tarixinin 
hәyәcanlı, gözәl vә mәzmunlu hissәlәrindәn biridir. Mәhz 
buna görә Əmirәlmöminininin (ә) düşmәnlәrinin әsas 
hücumları bu şәxslәrә yönәlmişdi. Ən böyük tәxribatlar Malik 
Əjdәrin, Əmmar Yasirin, Mәhәmmәd ibn Əbubәkrin әleyhinә 
idi. Düşmәnlәr әvvәldәn Əmirәlmömininlә (ә) bağlı 
mәsәlәlәrdә imtahan vermiş, möhkәm iman vә ayıqlıq 
göstәrmiş şәxslәrin hamısı әleyhinә müxtәlif ittihamlar 
yağdırırdı. Onlara qarşı sui-qәsd hazırlanırdı vә әksәri dә 
şәhid olurdular. Əmmar döyüşdә öldürüldü, Mәhәmmәd ibn 
Əbubәkr vә Malik Əjdәr isә şamlıların hiylәsi nәticәsindә 
şәhid edildilәr, bәzilәri dә qaldılar vә sonradan şiddәtli 
üsullarla qәtlә yetirildilәr. 
Əmirәlmömininin (ә) hәyatı vә hakimiyyәti belә keçdi. 
Yekun söz kimi belә deyә bilәrik ki, bu hökumәt qüdrәtli, eyni 
zamanda mәzlum vә qalib bir hökumәt idi. İmam Əli (ә) hәm 
öz zamanında düşmәnlәrini diz çökürә, hәm dә mәzlumcasına 
şәhadәtindәn sonra tarix boyu işıqlı mәşәl kimi yaşaya bildi. 
Tәbii ki, onun bu müddәtdә çәkdiyi әziyyәtlәr tarixin әn 
kәdәrli hadisәlәrindәndir.


78

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin