Ayətullah Seyid Əli Xamenei


İmamların hərəkətinin üçüncü mərhələsinin



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə26/41
tarix19.05.2022
ölçüsü1,43 Mb.
#116031
1   ...   22   23   24   25   26   27   28   29   ...   41
250-YAŞLI-İNSAN

İmamların hərəkətinin üçüncü mərhələsinin 
başlanması taktikası 
İmam Sәccadın (ә) hәyatını araşdırarkәn gördüyüm vә 
xatırladığım qәdәrincә, onun hәyatında bәzi imamların, 
mәsәlәn, İmam Sadiqin (ә) Bәni-Ümәyyә dövründәki, yaxud 
İmam Musa ibn Cәfәrin (ә) hәyatındakı kimi açıq vә qәtiyyәtli 
etiraz әlamәti yoxdur. Sәbәbi dә bәllidir: dörd imamәt 
dövrünün İmam Sәccadın (ә) imamlığından başlayan üçüncü 
mәrhәlәsinin әvvәllәrindә belә etirazçı hәrәkәtlәr etsәydilәr, 
Əhli-beytin mәsuliyyәtli vә mühüm karvanı әsla istәdiklәri 
yerә çatmazdı. İmam Sәccadın (ә) mahir bağbanlığı ilә 
suvarılıb yetişdirilәn Əhli-beyt bağı hәlә kifayәt qәdәr 
möhkәmlәnmәmişdi, bu bağda ağır tufanlara tab gәtirmәk 
iqtidarında olmayan yeni ağaclar vardı. Söhbәtin әvvәlindә 
işarә vurduğum kimi, İmam Sәccadın (ә) әtrafında Əhli-beyti 
sevәnlәrdәn, ona etiqad bәslәyәnlәrdәn vә şiәlәrdәn ibarәt çox 
kiçik bir qrup vardı vә hәmin dövrdә Şiә tәşkilatını idarә 


170
etmәkdәn ibarәt әn mühüm vәzifәni daşıyan bu kiçik qrupu 
düşmәnin qarşısına atıb mәhv etmәk olmazdı. 
Biz İmam Sәccadın (ә) bu dövrünü Peyğәmbәrin (s) 
Mәkkәdә dәvәtә bağladığı dövrә, yәni hәlә dәvәtin aşkar 
formaya düşmәdiyi bir neçә ilә bәnzәdә bilәrik. Bәlkә dә 
İmam Baqirin (ә) imamәt dövrünü Mәkkәnin ikinci dövrünә, 
yәni dәvәtin aşkar edildiyi dövrә, ondan sonrakı dövrlәri dә 
dәvәtin sonrakı mәrhәlәlәrinә bәnzәtmәk olar. Bu baxımdan 
açıq etiraz baş vermәdi. 
İmam Sәccad (ә) İmam Sadiq (ә), İmam Kazim (ә) vә 
sәkkizinci imam kimi sәrt fikirlәr sәslәndirsәydi, әn qüdrәtli 
çağında olan Əbdülmәlik Mәrvan asanlıqla Əhli-beyt 
tәlimlәrini qadağan edәrdi vә işә yenidәn başlamalı olardılar. 
Bu, ağıllı vә normal bir iş olmazdı, lakin bununla yanaşı, 
güman ki, İmam Sәccadın (ә) hәyatının vә uzun imamlıq 
dövrünün axırlarına tәsadüf edәn sözlәri arasında xilafәt 
aparatına qarşı etiraz әlamәtlәri müşahidә olunur. 
Bu etiraz әlamәtlәri bir neçә formada idi. Bir forma adi dini 
tәlimlәr şәklindә Əmәvi xәlifәlәrinin mövqeyini bәyan edir. 
İmam Sadiqdәn (ә) nәql olunan bir hәdisdә deyilir: 
"Hәqiqәtәn Bәni-Ümәyyә xalqa imanı öyrәnmәk üçün şәrait 
yaratdı, şirki öyrәnmәyә isә mane oldu. Mәqsәdi bu idi ki, 
xalqı şirkә sövq edәndә onlar bunun şirk olduğunu 
bilmәsinlәr".
1
Yәni Bәni-Ümәyyә xәlifәlәri din alimlәrinin, o 
cümlәdәn imamların namaz, hәcc, zәkat, oruc, ibadәt, 
hәmçinin tövhid vә nübüvvәt haqda danışmalarına, bu 
mövzularda ilahi hökmlәri bәyan etmәlәrinә icazә verirdilәr, 
amma cәmiyyәtdә şirk anlayışına vә onun nümunәlәrinә dair 
müzakirә aparmağa vә xalqı bu cәhәtdәn maariflәndirmәyә 
qoymurdular. Şirkә aid mәsәlәlәri xalqa öyrәtsәydilәr, onlar 
müşrik olduqlarını vә Bәni-Ümәyyәnin onları şirkә sövq 
etdiyini bilәrdilәr; o saat anlayardılar ki, Əbdülmәlik vә digәr 
Bәni-Ümәyyә xәlifәlәri Allahla qarşı-qarşıya dayanmış 
1
"Əl-Kafi", c. 2, sәh. 415 


171
tağutlardır vә onlara itaәt edәnlәr әslindә şirkә bulaşmışlar. 
Buna görә dә insanların şirkә aid mәsәlәlәri öyrәnmәsinә 
icazә vermirdilәr. 
İslamda tövhid haqda bәhslәrin mühüm bir hissәsi şirki vә 
müşriki tanımağa aiddir; yәni büt nәdir vә bütpәrәst kimdir. 
Mәrhum Əllamә Mәclisi "Bihar әl-әnvar" kitabının 48-ci 
cildinin 96-97-sәhifәlәrindә yaxşı söz deyir. Buyurur ki, 
Quranda şirk ayәlәrinin zahiri, görünәn bütlәr haqdadır, batini 
vә tәvili isә zalım xәlifәlәrә, haqsız olaraq özlәrini xәlifә 
adlandırıb İslam cәmiyyәtinә hakim olanlara vә hakimlik 
iddiasında haqq imamlarına şәrik çıxanlara aiddir. Bu şәrik 
çıxmağın özü Allaha şirkdir. Çünki haqq imamları Allahın 
nümayәndәlәridir, Allah tәrәfindәn danışırlar, zalım xәlifәlәr 
isә özlәrini onların yerinә qoyaraq imamәt iddiasında şәrik 
çıxanlardır. Odur ki, onlar büt vә tağutdurlar vә onlara itaәt 
edәn hәr bir kәs әslindә müşrik olmuşdur. 
Əllamә Mәclisi bunun ardınca maraqlı şәrh verir. O, Quran 
ayәlәrinin yalnız hәzrәt Peyğәmbәrin (s) dövrünә mәxsus 
olmadığını, bütün dövrlәrdә keçәrli olduğunu vurğulayaraq 
buyurur ki, şirk sözü haqq imamlarının itaәtindәn çıxıb zalım 
rәhbәrlәrә itaәt göstәrәn insanlara da şamil olur. Çünki onlar 
mәsәlәn, Əbdülmәlik kimisinin müsәlmanların hakimi vә 
xәlifәsi ola bilmәdiyinә dәlalәt edәn әqli vә nәqli dәlillәrdәn 
üz çevirmiş olurlar.
1
Onlar aşkar dәlil vә rәvayәtlәrdәn üz 
çevirib öz nәfslәrinә tabe oldular. İnsanlar görürdülәr ki, 
hakimlәrin zülmündәn uzaq, başağrısız hәyat onlar üçün daha 
rahatdır. Buna görә dә hәmin vәziyyәtdә yaşayıb zalım 
rәhbәrlәrә tabe oldular vә nәticәdә şirkә yuvarlandılar. 
Bu baxımdan, imamların şirk mәsәlәsini bәyan etmәlәri 
xilafәt kürsüsündә oturanlara yarımgizli bir etirazdır. Bu, 
İmam Sәccadın (ә) hәyatında vә sözlәrindә var. 
Bu etiraz nümunәlәrinә dair başqa bir misalı İmam 
Sәccadla (ә) qüdrәtli Əmәvi xәlifәsi Əbdülmәlik arasında 
1
"Bihar әl-әnvar", c. 48, sәh. 96 


172
gedәn bәzi mәktublaşmalarda müşahidә edirik. Mәn buna dair 
iki nümunәni qeyd edәcәyәm: 
1. Bir dәfә Əbdülmәlik İmam Sәccada (ә) mәktub yazıb, 
azad etdiyi kәnizi ilә ailә qurduğuna görә onu qınadı. Hәzrәt 
bir kәnizini azad edib, sonra onunla evlәnmişdi. Əbdülmәlik 
mәktub yazıb imamı mәzәmmәt etdi. Tәbii ki, imamın işi çox 
insani vә dini bir iş idi. O, bir kәnizi kölәlikdәn qurtarmış vә 
sonra şәrәflәndirәrәk öz hәyat yoldaşı etmişdi. Bu çox insani 
vә böyük bir işdir. Bu mәktubu yazmaqda Əbdülmәlikin 
mәqsәdi İmam Sәccada (ә) etiraz әsnasında onun ailәdaxili 
mәsәlәlәrindәn dә xәbәrdar olduğuna eyham vurmaq vә 
belәliklә onu üstüörtülü şәkildә tәhdid etmәk idi. İmam 
Sәccad (ә) cavab mәktubunun әvvәlindә bildirdi ki, bu işin 
heç bir eybi yoxdur. Böyük insanlar vә Allahın rәsulu da belә 
etmişdir. Bu baxımdan, qınaq yersizdir. Sonra bildirdi ki, 
müsәlman üçün rәzalәt yalnız cahiliyyәtdir.
1
İmam ironiya ilә 
vә çox ustalıqla ata-babalarının cahil keçmişini ona xatırlatdı. 
Demәk istәdi ki, cahil, müşrik vә Allahın düşmәni olan 
ailәdәn olanlar sizsiniz vә rәzalәt sizdә var. İnsan buna görә 
başıaşağı olmalıdır, müsәlman bir qadınla ailә qurduğuna görә 
yox. 
Mәktub Əbdülmәlikә çatanda ikinci oğlu Süleyman onun 
yanında idi. Mәktub oxunanda o da imamın eyhamını vә 
mәzәmmәtini eşitdi, atası kimi mәktubun mәnasını anladı. O, 
üzünü atasına tutub dedi ki, ey möminlәrin әmiri, gör Əli ibn 
Hüseyn (ә) özünü sәndәn necә üstün tutur. Yәni bu mәktubda 
demәk istәyir ki, mәnim bütün ata-babalarım mömin olmuşlar, 
sәnin bütün ata-babaların isә kafir vә müşrik. O, atasını bu 
mәktub qarşısında sәrt tәdbir görmәyә tәhrik edirdi. Lakin 
Əbdülmәlik oğlundan ağıllı idi vә belә mәsәlәlәrdә İmam 
Sәccadla (ә) vuruşmalı olmadığını bilirdi. Odur ki, oğluna 
müraciәt edib dedi: "Oğlum! Bir söz demә, bu, qayaları yaran 
1
Yenә orada, c. 46, sәh. 105 


173
Bәni-Haşim dilidir". Yәni bunların dili vә әsaslandırması çox 
güclü vә tutarlıdır. 
2. Növbәti nümunә İmam Sәccadla (ә) Əbdülmәlik 
arasında başqa bir mәktublaşmadır. Əbdülmәlikә xәbәr 
çatmışdı ki, Peyğәmbәrin (s) xәncәri hәzrәt Sәccaddadır (ә). 
Bu çox möhtәşәm bir irs, Peyğәmbәr (s) yadigarı vә fәxr 
etmәli mәsәlә idi. Hәm dә o xәncәrin İmam Sәccadda (ә) 
olması Əbdülmәlik üçün tәhlükә idi, imam bununla xalqı öz 
әtrafına toplaya bilәrdi. O, İmam Sәccada (ә) bir mәktub yazıb 
xәncәri ona satmasını istәdi. Mәktubun altında da yazmışdı ki, 
istәyiniz olsa, yerinә yetirmәyә hazıram; yәni mәktubda o 
hәdiyyәnin mükafatını da söz vermişdi. 
İmamın cavabı mәnfi oldu. Yenidәn hәdә dolu mәktub 
yazıb bildirdi ki, xәncәri satmasan, sәnin tәqaüdünü 
kәsәcәyәm. İmam cavabda yazdı: "Allah tәqvalı bәndәlәri 
xoşagәlmәz hallardan xilas etmәyi vә onlara gümanları 
gәlmәyәn yerdәn ruzi vermәyi Öz üzәrinә götürmüşdür. Allah 
Quranda buyurur: "Allah, hәqiqәtәn, heç bir xaini, nankoru 
sevmәz!"
1
İndi gör bizim hansımız bu ayәyә daha uyğun 
gәlirik?" 
Bu, xәlifәyә çox sәrt bir cavab idi. Bu mәktubu görәn hәr 
kәs anlayırdı ki, İmam Sәccad (ә) әvvәla özünü xәyanәtkar vә 
qәdirbilmәz saymır, ikincisi heç kimin onun barәsindә belә 
tәsәvvürü dә yoxdur. Çünki o, Peyğәmbәr (s) ailәsindәn olan 
lәyaqәtli vә hörmәtli bir insan idi, bu ayәyә әsla uyğun 
gәlmirdi. Buna әsasәn, İmam Sәccadın (ә) fikri bu idi ki, sәn 
xәyanәtkar vә qәdirbilmәzsәn. İmam onun tәhdidi qarşısında 
belә sәrt reaksiya verdi. 
Bu, İmam Sәccadın (ә) Əmәvi xilafәtinә qarşı etirazlarına 
nümunәlәr idi. 
3. Buna başqa bir nümunә әlavә etmәk istәsәk, hәzrәt 
Sәccaddan (ә), yaxud o hәzrәtin sәhabәlәrindәn nәql olunan 
şeirlәrә müraciәt etmәliyik. Bu da bir növ etirazdır. Çünki o 
1
Hәcc/38 


174
hәzrәtin özünün etiraz etmәdiyini fәrz etsәk belә, yaxınları 
etiraz edirdilәr vә bu da bir növ imamın etirazı sayılırdı. 
İmam Sәccaddan (ә) çox sәrt vә inqilabi ruhda olan bir 
neçә şeir nәql olunmuşdur. Fәrәzdәqin mәşhur şeiri dә başqa 
bir nümunәdir. Fәrәzdәqin әhvalatını tarixçi vә hәdisşünaslar 
yazmışlar. Əbdülmәlik oğlu Hişam xilafәtindәn öncә 
Mәkkәdә tәvaf edirdi. O, Hәcәrül-әsvәdә - müqәddәs qara 
daşa әlini sürtmәk istәyirdi. Bildiyiniz kimi, tәvaf zamanı 
bunu etmәk savabdır. Qara daşın әtrafında yaranmış 
qәlәbәliyә görә nә qәdәr etdisә, özünü daşa çatdıra bilmәdi. O, 
şahzadә, xәlifә oğlu olsa da, oraya adamları vә mühafizәçilәri 
ilә birgә gәlsә dә, insanlar etinasızlıqla onu geriyә 
itәlәyirdilәr. Naz-nemәt içәrisindә böyümüş bu adam da 
camaatın içinә girib onlar kimi daşı öpә bilmirdi. Axırda 
mәyus olub Mәscidül-hәramda hündür bir yerdә oturdu vә 
xalqa tamaşa etmәyә başladı. Onun yanındakılar da oturdular. 
Bu zaman tәvaf edәnlәrin arasında çox vüqarlı, mәtanәtli, 
zahid vә nurani bir kişi göründü. O, Hәcәrül-әsvәdә 
yaxınlaşanda insanlar tәbii şәkildә yol açdılar vә o heç bir 
әziyyәt çәkmәdәn әlini daşa sürtdü, onu öpdü, sonra da 
qayıdıb tәvafına davam etdi. 
Bu, Hişama toxundu. Gördü ki, xәlifә oğlu olmasına 
baxmayaraq, heç kim ona hörmәt etmir, daşa әl vurması üçün 
yol açmır, lakin bir kişi peyda olub çox asanlıqla qara daşa 
әlini sürtür. O әsәbilәşib soruşdu ki, bu kişi kimdir. 
Ətrafındakılar onun Əli ibn Hüseyn (ә) olduğunu bilirdilәr, 
amma Hişamın onlardan şübhәlәnmәsindәn qorxub demәdilәr. 
Çünki Hişamın ailәsi ilә İmam Sәccadın (ә) ailәsi arasında 
ixtilaf vardı. Bәni-Ümәyyә vә Bәni-Haşim arasında hәmişә 
ixtilaf olmuşdu. Onlar hәmin kişinin düşmәn ailәnin böyüyü 
olmasını, xalqın onu bu şәkildә sevmәsini demәk istәmir, 
bunu Hişama hörmәtsizlik sayırdılar. Əhli-beyt dostlarından 
olan şair Fәrәzdәq orada idi. Bu adamların hәqiqәti 
söylәmәdiklәrini vә Əli ibn Hüseyni (ә) tanımadıqlarını 
bildirdiklәrini görüb irәli çıxdı vә dedi: "Ey Əmir! İcazә ver 


175
mәn onu tanıtdırım". Dedi: "Tanıtdır". Fәrәzdәq orada Əhli-
beyt şairlәrinin әn mәşhur qәsidәlәridәn olan vә başdan-ayağa 
Əli ibn Hüseyni (ә) güclü mәdh edәn bir qәsidә söylәdi. Dedi: 
"Bu elә bir şәxsdir ki, Bәtha torpağı onun ayağının izini 
tanıyır; hәrәm vә qeyri-hәrәm, Zәmzәm vә Sәfa onu tanıyır. 
Bu, Peyğәmbәr (s) balası, әn yaxşı insanın övladıdır!"
1
O, 
güclü bir qәsidә söylәyәrәk İmam Sәccadın (ә) 
xüsusiyyәtlәrini bәyan etdi. Onun hәr sözü xәncәr kimi 
Hişamın qәlbinә otururdu. Ondan sonra Fәrәzdәq Hişamın 
qәzәbinә gәldi. Hişam onu qovdu vә hәzrәt Əli ibn Hüseyn (ә) 
ona pul göndәrdi. O, pulu qәbul etmәdi, dedi ki, mәn bu şeiri 
Allah üçün demişәm vә sizdәn pul almaram. İmamın 
sәhabәlәri arasında belә etirazlar görünürdü. Bunun başqa bir 
nümunәsi Yәhya ibn Ümm әt-Tәvilin әhvalatıdır. O, Əhli-
beyti sevәn çox şücaәtli gәnclәrdәn idi. Hәmişә Kufәyә gedib 
xalqı toplayır vә fәryad qoparırdı ki, ey Bәni-Ümәyyә 
hökumәtinin tәrәfdarları, biz sizin yolunuza kafirik, Allaha 
iman gәtirmәyincә sizi qәbul etmәrik. Bu sözdәn belә başa 
düşülür ki, o, xalqı müşrik bilir, müşrik vә kafir adlandırırdı. 
Hәzrәt Sәccadın (ә) vә onun sәhabәlәrinin hәyatında belә 
etirazlar olmuşdur. (İslam keşikçisi, say 12) 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin