89
edә bilәrik ki, o heç İslam dövründә dә yaranmamışdı.
Peyğәmbәrin (s) hәrәkatı zamanı,
yәni Mәkkә dövründә
mövcud olan qüvvәlәrin davamı idi. Osmanın hakimiyyәtә
gәlmәsi ilә xilafәt Bәni-Ümәyyәnin әlinә keçәndәn sonra
görmә qabiliyyәtini itirmiş Əbu Süfyan yaxın adamları ilә bir
mәclisdә oturmuşdu. Soruşdu ki, burada kimlәr var. Cavabı
eşidib hamısının
özlәrinki olduğunu, mәclisdә yad adamın
olmadığını bilәndәn sonra onlara müraciәtlә dedi: "Xilafәti top
kimi bir-birinizә ötürün".
1
Yәni xilafәtin başqasına keçmәsinә
qoymayın. Bunu sünni vә şiә tarixçilәr yazmışlar. Bunlar
etiqadi mәsәlәlәr deyil vә biz ümumiyyәtlә etiqadi baxımdan
danışmırıq. Mәn mәsәlәlәrә bu aspektdәn yanaşmağı
xoşlamıram, yalnız tarixi cәhәtlәri deyirәm. Əbu Süfyan o
zaman müsәlman idi, lakin Mәkkәnin fәthindәn sonra, yaxud
fәthinә yaxın müsәlman olmuşdu. Qürbәt vә zәiflik çağında
deyil, İslamın qüdrәtlәnmәsindәn sonra bu dini qәbul etmişdi.
Bu cәrәyan İmam Müctәbanın (ә) dövründә zirvә hәddinә
çatdı vә Müaviyә ibn Əbu Süfyanın timsalında onun qarşısına
çıxdı. Bu cәrәyan münaqişәyә başladı, İslam hökumәtinin -
yәni hakimiyyәt İslamının qarşısını aldı, problemlәr yaratdı vә
İslam hakimiyyәti prosesinin inkişafına
praktik maneәyә
çevrildi.
İmam Hәsәnin (ә) sülhünә dair dәfәlәrlә demişik,
kitablarda da yazmışlar ki, hәtta İmam Əlinin (ә) özü dә İmam
Hәsәn Müctәbanın (ә) yerindә olsaydı, hәmin şәraitdә başqa
bir iş görә bilmәzdi. Heç kәs deyә bilmәz ki, İmam Hәsәnin
(ә) filan işi şübhәlidir. Xeyr! O hәzrәtin
işlәri güclü mәntiqi
әsaslara tamamilә uyğundur. Allah rәsulunun ailәsindә әn
cәsur görünәn kimdir? Dini qorumaq üçün düşmәn qarşısında
әn qeyrәtli görünәni kim olmuşdur? Hüseyn ibn Əli (ә). O
hәzrәt bu sülhün bağlanmasında İmam Hәsәnlә (ә) ortaq idi.
Sülhü yalnız İmam Hәsәn (ә) bağlamadı, o vә İmam Hüseyn
(ә) birgә bu işi gördülәr. Lakin İmam Hәsәn (ә) öndә idi,
1
Tәbrisi. "Əl-İhticac", c. 1, sәh. 234
90
İmam Hüseyn (ә) isә onun arxasında. İmam Hüseyn (ә)
qardaşının sülh ideyasının tәrәfdarlarından idi. Xüsusi bir
mәclisdә dәliqanlı vә cәsur sәhabәlәrdәn biri İmam Hәsәnә (ә)
etiraz edәndә İmam Hüseyn (ә) ona qarşı çıxdı.
1
Heç kәs deyә
bilmәz ki, İmam Hüseyn (ә) İmam Hәsәnin (ә) yerindә
olsaydı, bu sülh baş tutmazdı. Xeyr!
Bu sülh imzalananda
İmam Hüseyn (ә) İmam Hәsәnin (ә) yanında idi. Əgәr İmam
Hüseyn (ә) tәk olsaydı da, hәmin şәraitdә eyni işi görәr vә
sülh müqavilәsini imzalayardı.
Dostları ilə paylaş: