Aysel Qəribli “Azərbaycan dili” anlayışının tarixi “Elm və təhsil” Bakı-2017


Üzeyir Hacıbəylinin “ana dili” anlayışı



Yüklə 0,73 Mb.
səhifə20/34
tarix07.01.2022
ölçüsü0,73 Mb.
#80195
1   ...   16   17   18   19   20   21   22   23   ...   34
6. Üzeyir Hacıbəylinin “ana dili” anlayışı
Üzeyir Hacıbəylinin “ana dili anlayışı XX əsrin əvvəllərində “Azərbaycan dili” anlayışının mahiyyətini anlamaq üçün ən zəngin mənbələrdən biridir. Görkəmli publisist ilk məqalələrindən dil məsələsinə xüsusi həssaslıqla, milli mövqedən yanaşmış, bu günə qədər əhəmiyyətini itirməyən mülahizələr söyləmişdir.

1907-ci ildə Bakıda onun “Türki-rusi və rusi-türki lüğəti” çıxmışdır. (41)

“Tərəqqi” qəzetinin 19 avqust 1908-ci il tarixli nömrəsində dərc olunmuş “Tədqiqat” adlı məqaləsi 1907-ci ildə nəşr edilmiş “İkinci il” dərsliyindən danışır. Müəllif yazır:

“Kitabın dilinə gəlincə, demək olar ki, rus və ya farsdan götürülmüş üsuli-ifadə və ifadeyi-kəlamdan tamamilə azad olub da, sırf türk dilinə məxsus qayda ilə yazılmış kitab yalnız həmin bu “İkinci il”dir. Halbuki mövcud kitablar bir çox yerlərində türk dilini xarab edib, uşaqları və müəllimləri darıxdırdığı məlumdur” (40, s.21).

Ü.Hacıbəyli “İkinci il”i yüksək qiymətləndirərək göstərir ki, “Kəlmə nasıl tələffüz olunursa elə də yazılıbdır və çünki tələffüz türk dilinə məxsus bir qaydaya görə olmalıdır... Kəlmələri çocuqlar dürüst və asanlıqla oxumaq üçün “İkinci il” müəllifləri birdə bəzi türk kəlmələrində zəbər əvəzinə “ə” və zir əvəzinə”i” yazmağı lazım görüblər”... (40, s.22).

Üzeyir bəyin ən çox maraq doğuran əsərlərindən biri 1910-cu ildə “Həqiqət” qəzetinin 24 və 25 yanvar nömrələrində çıxan “Dil” məqaləsidir ki, burada ana dilinin adı ilə bağlı, o dövrün əhval-ruhiyyəsini əks etdirən belə bir dialoq verilmişdir:

Deyir:


  • Ərəb!

  • Sən nə dindəsən?

  • İslam.

  • Nə dildə danışırsan?

  • Ərəb.

... Amma bizim bir nəfərimizdən sor ki, sən kimsən? Deyər müsəlmanam.

  • Hanki millətdənsən?

  • Müsəlman millətindən.

  • Nə dinindəsən?

  • Müsəlman dinindən.

  • Nə dili danışırsan?

  • Müsəlman dili.

Halbuki özü türkdür, dini islam dinidir, dili də türk dilidir. Daha burasını düşünən yoxdur ki, müsəlman adında millət yoxdur, müsəlman adında dil yoxdur, müsəlman-yəni islam dinini qəbul etmiş bir adam deməkdir” (40, s. 141).

Üzeyir bəy onu da əlavə edir ki, “atalarımız ancaq bununla təsəlliyab olubdurlar ki, o məktəblərdə “müsəlmanca” oxunur. Və müsəlmancadan ibarət guya ərəb və fars dilləri imiş, çünki həmin məktəblərdə bu dillərdən başqa özgə bir dil oxunmur. O, eyib olmasın, məktəblərin, yenə eyib olmasın, “proqramı” məlumdur: əvvəlcə çərəkə, sonra cüzi-Quran, sonra Quranın məddi, ondan sonra “Gülüstan”, “Bustan”, “Əbvab”, “Tarixi-Nadir”, “Hafiz” və sairin fars kitabları.

Odur ki, o cür məktəblərdən çıxmış, daha doğrusu, qaçmış uşaqlar, təbiidir ki, türkcə heç bilməzlər, farsca danışmaq bacarmazlar, ərəbcə ancaq qiraət oxumaq bilərlər. O da şərtnən ki, ərəbcə kitabda zirzəbər qoyulmuş ola” (40, s.142-143).

Ümumiyyətlə, Ü.Hacıbəyli XX əsrin əvvəllərində “Azərbaycan dili” anlayışını davamlı olaraq “türk dili” şəklində ifadə etmişdir:



  1. Ana dilimizdən ibarət olan türk lisanına mükəmməl surətdə vaqif olan zəvat Rusiya müsəlmanlarının ana dili sarıdan mən hələ “obed” eləməmişdim, “vizitni kartoçka” gəldi ki, madam Papkova səni “veçer”ə “priqlasit” eləyir, gəlməsən “abijatsa” olar kimi belə bir əsəfli halımızı görsə, bizə verilən müsaidənin “dilimizi yuyub” təmizləməkdən ötrü bir damcı su mənziləsində olduğuna iqrar edib, buna çaylar, sellər lazımdır deyər (40,s. 179).

  2. Halbuki bizim türk lisanımız Avropa üləma və filosoflarının rəyinə nəzərən ən rəsmi və kamil bir dildir... (40, s. 179) və s.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin