Az ərbaycan Respublikasında telekommunikasiya V ə informasiya texnologiyalarının inkişafına dair Strateji Yol X



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə49/62
tarix26.11.2023
ölçüsü1,61 Mb.
#136506
1   ...   45   46   47   48   49   50   51   52   ...   62
Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi

7.3.1.
 
Prioritet 
3.1. 
Dövl
ət təşkilatlarında informasiya 
sisteml
ərinin təkmilləşdirilməsi
 
Əsaslandırma
İnformasiya sistemlərinin tətbiqi vasitəsilə idarəetmənin aşağıda sadalanan bir 
sıra üstünlükləri mövcuddur:
● məlumatların vaxtında müəyyən edilməsi, onların müqayisəsi və istifadəsi 
zamanı vaxta qənaət; 
● sorğular əsasında tələb olunan məlumatların daha operativ və yüksək 
keyfiyy
ətlə təmin olunması; 
● inzibati və maliyyə resurslarına qənaət. 
Dövl
ət orqanlarının informasiya təminatını gücləndirmək və əməliyyat xərclərini 
azaltmaq m
əqsədilə RYTN tərəfindən İKT infrastrukturunun təkmilləşdirilməsi üzrə 
r
əqəmsal sistemə keçidin dəstəklənməsi böyük əhəmiyyət kəsb edir. “Elektron 
hökum
ət” portalının fəaliyyətə başlaması və bu sahədə həyata keçirilmiş digər 
m
əqsədyönlü tədbirlər nəticəsində Azərbaycan BMT-nin “Elektron hökumət 
qiym
ətləndirilməsi” hesabatında 2012-ci ildə qərarlaşdığı 96-cı yerdən 2016-cı ildə 
193 ölk
ə arasında 47-ci yerə yüksəlmişdir.
21
Bu mövqenin qorunub saxlanılması və daha yüksək nailiyyətlərin əldə edilməsi 
m
əqsədilə görülmüş işlərin davamı olaraq “elektron hökumət” infrastrukturunun daha 
da t
əkmilləşdirilməsi, dövlət orqanları, biznes subyektləri və əhali tərəfindən “elektron 
hökum
ət” portalından və elektron imza (o cümlədən “Asan İmza”) sistemindən 
istifad
ənin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi önəmlidir. 
Görül
əcək tədbirlər
T
ədbir
 
3.1.1:
 
Dövl
ət İT sistemlərinin modernləşdirilməsi
Nazirl
ər Kabineti, RYTN və Azərbaycan Respublikasının Prezidenti yanında 
V
ətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi aşağıdakı 
t
ədbirlərin həyata keçirilməsi üçün birgə səy göstərəcəkdir: 
● ölkədə informasiya sisteminin gücləndirilməsi və əməliyyat xərclərinin aşağı 
salınması üçün 2.2.2-ci tədbirdə nəzərdə tutulan “rəqəmsal keçid planı” 
ç
ərçivəsində “rəqəmsal keçid” həyata keçiriləcəkdir. Bu prosesdə dövlət 
orqanlarının rolu informasiya sisteminin idarə olunmasını müəyyən etməklə, 
m
əlumat bazalarını və onların keyfiyyət standartlarını inkişaf etmiş ölkələrin 
t
əcrübələri ilə uzlaşdırmaqla, informasiya sisteminin effektiv idarə edilməsini 
h
əyata keçirməkdən ibarət olacaqdır;
 
21
M
ənbə: Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 


48 
● dövlət təşkilatları tərəfindən informasiya sistemlərinin və resurslarının 
yaradılması, istifadəsi, elektron xidmətlərin göstərilməsi proseslərinin səmərəli 
t
əşkili üçün qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan məlumat idarəetməsi 
mexanizml
əri müəyyənləşdiriləcəkdir. Dövlət müəssisələrində kompüter 
avadan
lığı və proqram təminatından istifadə səviyyəsi, o cümlədən onlar 
arasında infrastrukturun inteqrasiyası imkanları təhlil ediləcəkdir. Həmçinin 
s
əmərəli təhlil üçün informasiya resurslarının aktuallığını təmin etmək, ilkin 
m
ənbədən istifadə əsasında izafiliyi aradan qaldırmaq, lazımi bilik və 
bacarıqlara malik kadr ehtiyaclarını ödəməklə, analitik resurslar yenidən təşkil 
edil
əcəkdir; 
● dövlət orqanları üçün mərkəzləşdirilmiş infrastrukturun yaradılması imkanları 
araşdırılıb tətbiq ediləcəkdir. Dövlət orqanları və özəl qurumların mövcud Data 
M
ərkəzinin texniki imkanlarından istifadəsi üçün zəruri addımlar atılacaq, o 
cüml
ədən normativ-hüquqi aktlar üzrə təkliflər hazırlanacaqdır. “Bulud” 
texnologiyalarının tətbiqi və informasiya sistemlərinin qarşılıqlı əlaqəsi təmin 
edil
əcəkdir.
RYTN “ASAN xidmət” mərkəzlərində “elektron hökumət” portalı vasitəsilə 
m
əlumat mübadiləsinin davamlı şəkildə tətbiq olunmasını təşviq edəcəkdir. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin