Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi
7.3.2. Prioritet 3.2. İnteqrasiya edilmiş fasiləsiz elektron səhiyyə infrastrukturunun yaradılması Əsaslandırma Az
ərbaycanda elektron səhiyyə məlumatları, elektron qeydiyyat, rəqəmsal
t
əsvir və rəqəmsal resept kimi səhiyyə informasiya sistemlərinin tətbiqi aşağıdakı vacib
m
əqsədlərə nail olunmasına zəmin yarada bilər:
● xidmət keyfiyyətinin yaxşılaşdırılması;
● əlçatanlığın artırılması;
● xərclərin optimallaşdırılması;
● pasiyentlərin məmnunluğunun artırılması;
● bürokratik problemlərin aradan qaldırılması və iş vaxtının daha səmərəli
bölüşdürülməsi;
● xüsusi əhəmiyyət kəsb edən tibbi informasiyaların müalicə həkimləri tərəfindən
əldə olunması prosesinin sürətləndirilməsi;
● səhiyyə xidmətlərinin pasiyentlər üçün daha əlverişli vəziyyətə gətirilməsi.
Bu m
əqsədlə, Azərbaycanda
xidm
ətyönümlü arxitekturaya uyğun səhiyyə
informasiya sisteml
ərinin təşkil olunması zəruridir.
Hazırda bir sıra tibb müəssisələrində pasiyentlərlə bağlı məlumatlar rəqəmsal
yolla mübadil
ə olunur. Lakin tibb müəssisələrinin (həkimlərin) informasiya
sisteml
ərinin məlumatlarla həddən artıq yüklənməsi nəticəsində bu məlumatları uzun
müdd
ətə arxivləşdirmək mümkün olmur. Bunun əsas səbəbi həmin məlumatların
h
əcminin çox olması və tibb müəssisələrinin böyük əksəriyyətinin bu məlumatları
elektron qaydada arxivl
əşdirə bilməmələri ilə bağlıdır. Göstərilənlərin nəticəsi olaraq,
tibbi f
əaliyyət zamanı aşağıdakı çatışmazlıqlar müşahidə olunur:
● müəyyən dövr aralığında xəstəliyin gedişatını izləməyin mümkün olmaması;
● mürəkkəb məsələlər barədə rəy almaq məqsədilə beynəlxalq ekspertlərin
prosesl
ərə cəlb edilə bilməməsi;
● pasiyentlərin müntəzəm radioloji müayinələrdən keçməsi və nəticədə onların
radiasiya şüalanmasına daha çox məruz qalma təhlükəsi ilə üzləşməsi;
● çoxfunksiyalı
diaqnostik
avadanlıqla
aparılan
araşdırmalar
üzrə
videoç
əkilişlərdən effektiv istifadə edilə bilməməsi.