T ələb edilən investisiya Bu prioritetin h
əyata keçirilməsi üçün əhəmiyyətli investisiya qoyuluşu tələb
olunmur.
Gözl ənilən risklər ● zəruri qərarların qəbulunun gecikdirilməsi, normativ-hüquqi aktlara əlavə və
d
əyişikliklərin vaxtında hazırlanıb təqdim edilməməsi;
● investisiya qoyuluşları üzrə yüksək bazar cəlbediciliyinin təmin edilə bilməməsi
v
ə investorlar üçün təşviqedici tədbirlərin yetərli olmaması;
● dövlət resurslarından qeyri-səmərəli şəkildə istifadə olunması.
7.1.2. Prioritet 1.2. Telekommunikasiya bazarının liberallaşdırılması Əsaslandırma Az ərbaycanda sabit genişzolaqlı şəbəkənin cari statusu Fiber-optik
əlaqə tam inkişaf etmiş genişzolaqlı şəbəkənin ən mühüm
elementl
ərindən biridir. Digər tərəfdən, yeni infrastrukturun yaradılması və ya mövcud
şəbəkələrin gücləndirilməsi əhəmiyyətli məbləğdə kapital tələb edən fəaliyyətdir və
bu, dövl
ət orqanlarından ciddi tənzimləmə və stimullaşdırma tələb edir.
Əksər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da fiber-optik şəbəkədən
istifad
ə sürətlə artmaqdadır. Bununla yanaşı, sabit genişzolaqlı şəbəkədə
abun
əçilərin sayında artım, əsasən, asimmetrik rəqəmsal abunəçi xətti (X-DSL)
texnologiyalarında müşahidə edilir. Belə ki, 2012-2015-ci illərdə X-DSL abunəçilərinin
sayında artım 56 faiz təşkil etdiyi halda, FTT-X abunəçilərinin sayında həmin dövr
ərzində artım cəmi 31 faiz təşkil etmişdir (şəkil 8). X-DSL texnologiyasından
istifad
ənin fiber-optik rabitə texnologiyalarına (FTT-X) nisbətən daha sürətlə artması
trendi müqayis
ə üçün götürülmüş digər bençmark ölkələrində müşahidə olunmur.