Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi
T ədbir 2.1.3: Rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün maarifl əndirmə, təbliğat və təşviqat işinin aparılması İşçi qrup biznes qurumları və əhali tərəfindən rəqəmsal ödənişlərin geniş
istifad
əsi üçün əlavə stimullaşdırma proqramlarının və təşviqedici tədbirlərin həyata
keçirilm
əsi məqsədilə atılacaq addımları müəyyən edəcək və bu istiqamətdə qərarlar
q
əbul edərkən aşağıdakıları nəzərdən keçirəcəkdir:
● mediadan istifadə etməklə, rəqəmsal ödənişlərin üstün cəhətləri barədə
maarifl
əndirmənin gücləndirilməsi (məsələn, vətəndaşların nağd pul vəsaitlərini
üz
ərlərində daşımaları ilə bağlı risklər və əməliyyatların qeydiyyata alınmasının
faydaları barədə reklamlar) - bu tədbirin həyata keçirilməsi zamanı işçi qrup
reklam t
əşkilatları ilə birlikdə təhlillər aparmaqla, ictimai maarifləndirmə
kampaniyalarının optimal formalarını müəyyənləşdirəcək və müvafiq qərarlar
q
əbul edəcəkdir;
● banklar tərəfindən “xüsusi təkliflər - fərqli qiymətlər” formatında qiymət
diferensiasiyasının həyata keçirilməsini təşviq etməklə, əhalinin rəqəmsal
öd
ənişlərə marağının artırılması;
● sahibkarlıq subyektlərinin rəqəmsal ödənişləri geniş tətbiq etmələri üçün
stimulların və məhdudlaşdırmaların tətbiqi (məsələn, rəqəmsal ödənişlər
zamanı tutulan komisyon haqları üzrə limitlərin tətbiqi və ya bonuslar şəklində
stimulların verilməsi, habelə nağd əməliyyatlar üzrə maksimal hədlərin
mü
əyyənləşdirilməsi);
Gözl ənilən nəticə və nəticə indikatorları R
əqəmsal ödənişlərin geniş tətbiqi ölkədə “kölgə” iqtisadiyyatının həcmini
əhəmiyyətli dərəcədə azaltmaqla, ödəmələrin uçotunun aparılmasına, iqtisadiyyatda
yaranan
əlavə dəyərin tam şəkildə rəsmiləşdirilməsinə və vergi daxilolmalarının
a
rtmasına zəmin yaradacaqdır. Bu prioritetin həyata keçirilməsi ticarət əməliyyatları
v
ə hesablaşmalarda, ümumiyyətlə, maliyyə sistemində şəffaflığın daha da
artırılmasını şərtləndirəcək ki, bununla da 2020-ci ildə real ÜDM-in 40 milyon manat
birbaşa, 15 milyon manat dolayı olmaqla, ümumilikdə, 55 milyon manat artacağı
proqnozlaşdırılır.
15