Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi
T ədbir 2.2.3: Yerli infrastrukturun inkişafının dəstəklənməsi İşçi qrup rəqəmsal iqtisadiyyata keçidlə bağlı zəruri infrastrukturun
formalaşdırılması və inkişafı üçün müvafiq dəstək mexanizmlərini müəyyən
ed
əcəkdir. Bu növ dəstək mexanizmlərinə özəl sektora infrastruktur və proqram
t
əminatının hazırlanması üçün müəyyən stimulların verilməsi, milli “bulud” hesablama
(“cloud computing”) sisteminin işlənib hazırlanması və ya əsas proqram təminatı
resurslarının lokallaşdırılması, həmin proqram təminatlarından istifadənin təşviq
olunması, İKT-dən geniş miqyasda istifadə olunmasının sürətləndirilməsi və İT
müt
əxəssislərinin işə götürülməsinin stimullaşdırılması aid olacaqdır. Dəstək
mexanizml
əri hazırlanan zaman yüksək texnologiyalar parkları ilə sıx əməkdaşlıq
edil
əcək, onların infrastruktur modelindən, o cümlədən Azərbaycanda bu istiqamətdə
artıq əldə edilmiş uğurlu təcrübələrdən istifadə olunacaqdır.
Gözl ənilən nəticə və nəticə indikatorları Bu prioritetin icrası nəticəsində sahibkarlıq subyektləri tərəfindən rəqəmsal
texnologiyanın və telekommunikasiya xidmətlərinin geniş tətbiqi biznes
əməliyyatlarının səmərəlilik və məhsuldarlığının artırılmasına zəmin yaradan əsas
amill
ərdən biri olacaqdır. Bu prioritet KOS subyektlərinin rəqəmsallaşma səviyyəsini
yüks
əltməklə, onların rəqabət qabiliyyətinin artmasına xidmət edəcəkdir.
Bu prioritet üzr
ə ÜDM-ə və məşğulluğa birbaşa təsir gözlənilmir.
T ələb edilən investisiya Bu prioritetin icrası üçün ciddi investisiya qoyuluşu tələb olunmur. Prioritet
ç
ərçivəsində həyata keçiriləcək bəzi proqramlar üçün investisiya tələb olunduğu
halda, bu investisiyalar ayrıca qiymətləndiriləcəkdir.
Gözl ənilən risklər Bu prioritetin icrasında yarana biləcək risklər əsasən yuxarıda qeyd olunan
z
əruri tədbirlərin vaxtında və nəzərdə tutulan keyfiyyətdə aparılmaması, həmçinin
z
əruri kadr çatışmazlığı ilə bağlı ola bilər.