43
elektron xidm
ətlərin göstərilməsi üzrə dövlət orqanlarına metodiki və əməli kömək
göst
ərmək və s. məsələlər aiddir.
Qeyd etm
ək lazımdır ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən
xidm
ətlərin səviyyəsinin çox yüksək olması növbəti illərdə bu mərkəzlərdə fiziki
xidm
ətlər sahəsində iş yükünü dəfələrlə artıracaqdır. Bu səbəbdən “ASAN xidmət”
m
ərkəzlərində göstərilən dövlət xidmətlərinin də elektronlaşdırılması
istiqamətində
t
ədbirlər həyata keçiriləcəkdir.
Eyni zamanda, iş həcminin optimallaşdırılması məqsədilə əhalinin “Elektron
hökum
ət” portalı vasitəsilə göstərilən elektron xidmətlərdən istifadəsini artırmaq
m
əqsədilə “ASAN xidmət” mərkəzlərində “ASAN ictimai özünəxidmət kabinetləri”
yaradıla və vətəndaşların sərbəst şəkildə elektron xidmətlərdən istifadəsi üçün
müvafiq kompüter avadanlığının quraşdırılması təmin edilə bilər.
Bu t
əşəbbüs, mobil xidmətlər də daxil olmaqla, bütün elektron xidmətləri əhatə
ed
ən “ASAN ictimai özünəxidmət kabinetləri”nin açılmasını nəzərdə tutur. Xidmətin
elektron variantı mövcud olduğu halda, “ASAN xidmət”
mərkəzlərində fiziki olaraq
h
əmin xidmətin yerinə yetirilməsinə ehtiyac qalmır, vətəndaşlar sadəcə özünəxidmət
kabinetin
ədək müşayiət edilərək, peşəkar məsləhətçilər vasitəsilə mövcud elektron
xidm
ətlərlə tanış edilir. Növbəti dəfə vətəndaşın “ASAN xidmət” mərkəzinə getmək,
yaxud öz şəxsi kompüterindən və ya telefonundan istifadə etmək arasında
seçim
imkanı yaranır. Bu cür xidmət “ASAN xidmət” mərkəzlərinin təmsilçilərinin iş yükünü
kifay
ət qədər yüngülləşdirər, habelə vətəndaşların məlumatlılıq səviyyəsinin
artırılmasına və kompüter vərdişlərinin inkişafına öz töhfəsini verə bilər.
Dostları ilə paylaş: