Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi
Görül əcək tədbirlər T ədbir 2.5.1: Daha yüksək İKT bilik və bacarıqlarının təmin edilməsi üçün r əqəmsal təhsilin inkişafı üzrə islahatların aparılması R
əqəmsal təhsilin daha da inkişaf etdirilməsi üçün təhsilin bütün səviyyələrində
t
ətbiq olunan tədris proqramlarının yüksəkkeyfiyyətli elektron material (elektron
kitablar, elektron seminarlar, açıq tədris materialları və s.) və müvafiq metodlar
(distant t
əhsil, vebəsaslı imtahanlar və s.) əsasında təkmilləşdirilməsi nəzərdən
keçiril
əcəkdir. Müəllim və tələbələrin rəqəmsal tədris materiallarına və müxtəlif
r
əqəmsal avadanlıqlara əlçatanlığı təmin olunacaqdır. Bu məqsədlər üçün digər
m
əsul dövlət qurumları ilə birlikdə rəqəmsal təhsil konsepsiyası hazırlanacaqdır.
Sosial rifahın yüksəldilməsi məqsədilə informasiya cəmiyyəti ilə bağlı bilik və
bacarıqların mənimsənilməsinə, fərdlərin bu sahədə rəqabət qabiliyyətinin
yüks
əldilməsinə şərait yaradılması vacib amillərdəndir. Bu məqsədlə, tədrisin bütün
s
əviyyələrində İKT bacarıqları üzrə tələblər müəyyən ediləcək, müvafiq təcrübələr və
peşə standartları inkişaf etdiriləcəkdir. Məşğulluqda İKT mütəxəssislərinin payının
artırılması, onların təhsil almaq imkanlarının genişləndirilməsi və İKT tədrisinin
keyfiyy
ətinin yüksəldilməsi üçün internatura proqramlarının təkmilləşdirilməsi və
beyn
əlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcəkdir.
Bu
zaman İKT vasitəsilə internet üzərindən onlayn təlimlər vasitəsilə şəxsi inkişaf
(“ağıllı istehlak”) v
ə məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi diqqət ayrılacaqdır.
Bundan
əlavə, onlayn davranışlara dair qabaqcıl təcrübələr, o cümlədən
mü
əlliflik hüququnun qorunmasına dair mövzular haqqında məlumatlılıq səviyyəsinin
artırılması, zəif və ya aktuallığını itirmiş biliklərə malik fərdlərin (məsələn, işini itirmiş
v
ə ya işini itirmək təhlükəsi ilə üz-üzə qalan insanların yenidənhazırlanma təlimlərinə
c
əlb olunması) təkmilləşdirilmiş İKT bilik və bacarıqlarına yiyələnməsinə dəstək
verilm
əsini özündə ehtiva edən tədbirlər diqqət mərkəzində saxlanılacaqdır.