25
İşçi qrup tərəfindən üçillik keçid planı əsasında müstəqil tənzimləyici qurumun
yaradılması və onun fəaliyyətinin təmin edilməsi üzrə zəruri tədbirlər görüləcəkdir.
T
ənzimləyici qurum tərəfindən fəaliyyətində səmərəliliyin təmin edilməsi və
funksiyaların şəffaf həyata keçirilməsi məqsədilə elektron xidmətlər tətbiq olunacaq
v
ə bazar iştirakçılarının bu xidmətlərdən istifadəsi təşviq ediləcəkdir.
Gözl
ənilən nəticə və nəticə indikatorları
T
ənzimləmə, kommersiya və qanunvericilik funksiyalarının bir-birindən
ayrılmasında əsas məqsəd telekommunikasiya sahəsində rəqabətin artırılmasından
ibar
ətdir. Prioritetin icrası bu sektorda göstəriləcək xidmətlərin həcminin və bazara
daxil olacaq yeni operator v
ə provayderlər vasitəsilə iş yerlərinin sayının, habelə
ÜDM-d
ə İKT sektorunun xüsusi çəkisinin artmasına gətirib çıxaracaqdır.
Sağlam rəqabət mühitinin daha da yaxşılaşdırılması nəticəsində
telekommunikasiya öz
əl investorlar üçün daha cəlbedici sektora çevriləcək və özəl
investisiyaların həcmi artacaqdır ki, bununla da dövlət büdcəsindən bu sahəyə ayrılan
v
əsaitlərin həcmi optimallaşacaqdır.
Bu prioritetin h
əyata keçirilməsi nəticəsində 2020-ci ildə 100 yeni iş yerinin
yaranacağı proqnozlaşdırılır.
Dostları ilə paylaş: