Maliyyə xərcləri mənfəət və zərər haqqında heasabatda onların yarandığı dövr üzrə tanınır.
j) Əmək fəaliyyətinin başa çatmasından sonra mükafatlar Balans tarixinə əmək fəaliyyətinin başa çatmasına görə mükafatlar hesabat tarixinə işçilərin iş stajına cari və cari əsas əmək haqqına əsasən Azərbaycan Respublikası Əmək qanunvericiliyinə uyğun olaraq hesablanır. İşdən çıxma üzrə müavinətlər yarandığı zaman xərc kimi tanınır.
k)Qiymətləndirilmiş ehtiyatlar Qiymətləndirilmiş ehtiyatlar keçmiş hadisələrin nəticəsi olan öhdəliklərə (hüquqi və konstruktiv) sahib olduqda öhdəliyin yerin yetirilməsi üçün iqtisadi səmərələri təcəssüm etdirən resursların tələb olunacağı ehtimal olunduqda və öhdəliyin məbləği etibarlı qiymətləndirilə bildikdə öhdəlik kimi tanınır.