Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi



Yüklə 6,43 Kb.
tarix14.01.2017
ölçüsü6,43 Kb.
#181

Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi



Ramazan ayında cəzaçəkmə müəssisələrində keçirilən tədbirlər

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi məhkumların daha səmərəli islah olunması üçün onlarda dini dəyərlərin aşılanmasına, mənəvi cəhətdən kamilləşmələrinə yardım edilməsinə, əxlaq və mənəviyyat mövzularında mühazirələr təşkil edilməsinə olan ehtiyacı nəzərə alaraq, Gəncliyə Yardım Fondu, “İrfan” jurnalı ilə birlikdə cəzaçəkmə müəssisələrində dini-tərbiyəvi mövzularda mühazirələr təşkil edir. Sentyabr ayında Penitensiar Xidmətlə əldə olunan razılılığa əsasən, artıq bu cür mühazirələr silsilə xarakter alacaq və mütəmadi olaraq – ay ərzində azı bir dəfə müxtəlif cəzaçəkmə müəssisələrində təşkil olunacaq.



Birlik müsəlmanların müqəddəs Ramazan ayında belə mühazirəni 15 saylı cəzaçəkmə müəssisəsində təşkil etmişdir. Tədbirdə iştirak edən Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin əməkdaşı Şəfayət Abbasov, “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin icraçı direktoru Rəvan Səmədov mühazirədən öncə çıxış edərək, tədbir haqqında məhkumlara və müəssisə əməkdaşlarına məlumat vermiş, qarşıdan gələn bayram münasibətilə onları təbrik etmişlər. Daha sonra dinşünas Elçin Manafov “Oruc və orucun əhəmiyyəti” mövzusunda mühazirə ilə çıxış etmişdir. Məhkumlar tərəfindən maraqla qarşılanan tədbirin sonunda onların, həmçinin müəssisə əməkdaşlarının müxtəlif səpkili çoxsaylı sualları cavablandırılmışdır.

Ramazan ayı ərzində “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Gəncliyə Yardım Fondu ilə birlikdə həmçinin Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində və 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsində iftar süfrələri də təşkil etmiş, göstərilən müəssisələrdə cəza çəkən məhkumların hər birinə bayram sovqatı paylamışdır. 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsində təşkil olunan tədbirin sonunda məhkum Mahir Məmmədov məhkumlar adından çıxış edərək, tədbirin təşkilatçılarına təşəkkür etmiş, həmçinin saxlanma şəraiti, gündəlik qida, əməkdaşların davranışı və s. haqda söhbət açaraq, Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.
Yüklə 6,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin