“Azal”ın təlim məşq toplanışı necə keçdi və komandanın yeni mövsümdə məqsədi nə olacaq



Yüklə 7,82 Kb.
tarix17.11.2018
ölçüsü7,82 Kb.
#83954

- AZAL-ın təlim məşq toplanışını necə dəyərləndirisiz?
- Toplanışını uğurlu saymaq olar. Türkiyədə iki həftəlik təlimlərdə beş yoxlama oyunu da keçirdik. Həmin müddətdə toplanışa baxışa gələn legioner futbolçuları sınadıq. Tərlan Əhmədov bəyəndiyi yunçuları komandaya dəvət etdik.

- Bizdə olan məlumata görə, rəhbərlik baş məşqçinin qarşısına komandanın ilk üçlükdə yer alması məqsədini qoyub. Sizcə, AZAL-ın indiki heyəti ilə buna nail ola bilərsiz?

- Heyətdə xeyli dəyişiklər etmişik. AZAL-ı tərk edən futbolçuların yerini daha səviyyəli oyunçularla doldurmuşuq. Düzdü, hədəfimiz ilk üçlüyə düşmək və avrokuboklara vəsiqə verəcək yeri təmin etməkdir. Düşünürəm ki, komandanın heyətində yetərincə futbolçular var ki, bu vəzifənin öhədəsindən gələcəklər. Transfer etdiyimiz yeni oyunçular da tez bir zamanda komandaya uyğunlaşdılar.
Baş məşqçi olaraq Tərlan Əhmədov işinin öhdəsindən gələ bilirmi?

Tərlan Əhmədov vaxtı ilə AZAL-ın lideri olub. O, komandaya yaxından bələddir. Bir gənc məşqçi kimi qısa bir müddətdə ondan nəticə tələb etmək də olmaz. Tərlan AZAL-a gəlməmişdən əvvəl “Neftçi”də işləyib. Mən deyərdim orada bir sıra uğurlar əldə edib və təçrübə yığıb. Onun futbolçu seçimi yaxşıdı və komandada xeyli dəyişikliklər edib.


Bu gün Azərbaycan Premyer Liqası start götürür. AZAL-ın ilk turda rəqibi iddialı komandalardan biri sayılan “Xəzər Lənkəran”dır. Bu oyun haqqında nə düşünürsüz?
- “Xəzər Lənkaran” da yeni mövsümə ciddi hazırlıq keçib. Onların da heyəti güclənib. Azərbaycan çempionatında mübarizə aparan komandalar bir-birindən az fərqlənir. Demək olar ki, bəzi oyunlarda səviyyə fərqi elə də hiss olunmur. Adətən birinci oyun bir qədər çətin olur. Yalnız “Xəzər Lənkəran”a deyil, biz bütün oyunlarda qələbə qazanmağa çalışacağıq.
Con Oluremi niyə komandanı tərk etdi? Buna səbəb nə idi?
Con Olureminin şəxsi problemleri var. Onun valideyni pis vəziyətdə idi. O, şəkilleri göstərdi və komandanı tərk etmək istədiyini bildirdi . Oluremini komandada saxlamaq klubu pis vezyətə sala bilərdi.
Bildiyiniz kimi avrokuboklardak iki təmilçimiz qalıb. “Qarabağ” və “Neftçi”nin oyunlarını necə bəyəndinizmi? Komandalarımızın şanslarını necə qiymətləndirirsiz?
“Qarabağ” çox gözəl oun sərgiləyir. Komandanın oyunları mənim xoşuma gəlir. Ancaq “Qarabağ”ın rəqibi “Zalsburq” çox güclüdür. Bu o demək deyil ki, “Qarabağ”ın şansları azdı. Futbolda hər şey olur. “Zalsburq” u məğlub edib növbəti mərhələyə keçmək olar. Mən “Qarabağa” ancaq qələbə arzulayıram. Avrokuboklarda digər təmsilçimiz “Neftçi”nin şansları “Qarabağ”a nisbətən çoxdu . Düşünürəm ki “Neftçi” növbəti mərhələyə vəsiqə qazanacaq. Bakıda gözəl oyun sərgiləməsələrdə düşünürəm ki, “Flaqman” səfərdə sərfəli nəticə ilə vətənə dönəcək .
Yüklə 7,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin