Azerbaijan Archeology Vol



Yüklə 31 Kb.
səhifə1/2
tarix10.01.2022
ölçüsü31 Kb.
#106751
  1   2

61

Azərbaycan Arxeologiyası 2000

Azerbaijan Archeology Vol.: 2 Num.: 3-4


BƏRDƏDƏ KÜR-ARAZ MƏDƏNİYYƏTİ İZLƏRİ

Qasım Haciyev (Azərbaycan EA Arxeologiya və Etnoqrafıya Institutu)
Bərdə şəhərinin yerləşdiyi Qarabağ bölgəsinin təbii-coğrafi şəraiti bu ərazidə insanların qədim dovrlərdən məskunlaşmasında, onlarm sonrakı mədəni-tarixi inkişa-fında əhəmiyyətli rol oynamışdır. Cəmiyyət tarixində metal istehsalmın mənimsənilməsi və bununla bağlı yeni inkişaf prosesi Qarabağ bolməsindən, о cümlədən Bərdədən də yan keçməmişdi. Bölgənin ayrı-ayn yerlərində mis tunc istehsalı ilə bağlı çoxlu abidələrin üzə çıxarılması buna sübutdur. Bunların bir qismi artıq elmi ədəbiyyatda öz əksini tapmışdır. Maraqlıdır ki, həmin abidələrin bir çoxu erkən tunc dövrünə aid Kür-Araz mədəniyyəti ilə bağlı olmaqla Bərdə ərazisinin yerləşdiyi Tərtərçay vadisinin bu qədim əkinçilik mədəniyyətinin yayıldığı və bu vadinin həmin mədəniyyətin mühüm ocaqlarından biri olması haqqında fikir söyləməyə imkan vermişdir (1). Arxeoloji axtanşlar və qazmtılar zamanı Bərdə ərazisindəki Kür-Araz mədəniyyətinə aid abidələrdən əkinçilik iqtisadiyyatı ilə bağlı müxtəlif əmək alətləri və məişət avadanlığı tapümışdır. Güman etmək olar ki, Qarabağın və Kəlbəcərin yuxarı dağlıq bölgələri Tərtərin aşağı axarında, о cümlədən Bərdə ərazisində məskunlaşmış əkinçi-maldar tayfaların yaylaq yeri olmuşdur. Arxeoloji qazmtılar zamanı Bərdə şəhəri ətrafındakı Kür-Araz mədəniyyətinə aid yaşayış yerlərində daş, möhrə və çiy kərpiclərdən inşa edilmiş yaşayış binaları və təsərrüfat tikililəri də üzə çıxarılmışdır. Üzəri cilalanmış qara, boz və qırmızı rəngli, müxtəlif formalı gil qablar məişət avadanlığı içərisində üstünlük təşkil edir. Gil məmulatı içərisində Kür-Araz mədəniyyəti üçün səciyyəvi olan müxtəlif formalı ocaq qurğuları da vardır. Tapılan silah nümunələri isə dəvəgözü və çaxmaq daşından hazırlanmış ox ucluqları ilə təmsil olunmuşdur. Bərdə ərazisindən aşkar olunan Kür-Araz abidələri yerli tayfaların təsərrüfat məşğuliyyəti haqqında aydın təsəvvür əldə etməyə imkan vermişdir. Belə ki, həmin tayfalar əkinçilik ilə məşğul olaraq müxtəlif növ dənli bitkilər istehsal etmişdilər. Yerin şumlamasında əsasən toxadan, biçində quraşdırma oraqlardan istifadə olunmuşdu. Yığılan taxıl iri gil küplərdə, eləcə də yerdə qazılmış divarları gillə suvanmış quyularda saxlanılmışdı. Iri ölçülü yastı dən daşlan vasitəsilə yarma və un hazırlanmışdı. Arxeoloji tapıntılardan aydın olmuşdur ki, Kür-Araz mədəniyyəti dövründə əkinçilik məşğuliyyəti artıq geniş əraziləri əhatə etmişdi. Əkinçiliklə yanaşı oturaq və yarımoturaq maldarlıq təsərrüfatı da inkişaf etdirilmişdi. Müxtəlif cins xırda və iribuynuzlu ev heyvanları maldarlıq təsərrüfatının əsasını təşkil etmişdi. Kür-Araz mədəniyyəti dövründə maldarlıq təsərrüfatının inkişafı və genişlənməsi ilə əlaqədar artıq zəngin otlaqlara malik yuxarı dağlıq bölgələrinin də mənimsənilməsi başlanılmışdır. Bərdə bölgəsindəki Kür-Araz mədəniyyətinə aid tapıntüann oxşarlarına Azərbaycanın digər bölgələrindəki həmdövr abidələrində də təsadüf olunmuşdur. Onların içərisində Naxçıvan (2), Mingəçevir (3), Qazax və Akstafa bölgələrində (4), Quruçay və Kondələnçay vadisində (5), Qobustanda (6) və digər yerlərdə aşkar olunan qədim yaşayış yerləri xüsusilə maraqlıdır.

Bərdədə Kür-Araz mədəniyyətinə aid abidələrin qeydə alınması və öyrənilməsi elmi nöqteyi nəzərdən boyük əhəmiyyət kəsb edir.


Azərbaycan Arxeologiyası 2000

Azerbaijan Archeology Vol.: 2 Num.: 3-4




Yüklə 31 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin