Azerbaijan Archeology Vol



Yüklə 223,51 Kb.
səhifə3/5
tarix10.01.2022
ölçüsü223,51 Kb.
#108507
1   2   3   4   5
Süleyman Rüstəm
Yaman qəribə gündür. Bütün günü keçmişlə təmasdayam. Uzaq keçmişim, yaxın keçmişim. Uzaq keçmişim əsrlər, minilliklər arxasında qalmışdır. Yaxın keç-mişim isə ötən günlərim, aylar və illərimdir. Uzaq keçmişim dumanh, yaxın keçmi-şim aydındır. Bəs niyə bu aydınlıqda uzaq keçmişimin sirlərindən daha müəmmalı sirlər var, qüssə var, kədər var, acı xatirələr var. Bəlkə bütün bunlar mənim bu gün-kü vəziyyətimlə bağlıdır? Səhərdən özümü pis hiss edirəm. Başım dumanlı, ürəyim narahat, düşüncələrim çaş-başdır. Ayaqlarım daş kimi ağırlaşmışdır. Bədənim sanki qurumuş, qanım donmuşdur. Bərk üşüyürəm. Gecə və gündüz əynimdə olan isti sırıqlım da qızındıra bilmir məni. Görünür, bərk soyuqlamışam. Dünən Uçtəpədə qa­ranlıq düşənədək işlədik. Bütün günü ayaq üstə olduq. Üstəlik, hava çox soyuq və bərk küləkli idi. Qüınc kimi bizi kəsirdi. Əllərimiz, ayaqlarımız donmuşdu. Belə vəziyyətdə işləyirdik, qahn torpaq qatı altında aşkara çıxarılmış iri-iri çay daşların-dan ibarət ikinci örtüyün sahəsini, düzülüşünü müəyyənləşdirmək istəyirdik. Daş örtük dairəvi şəkildə geniş sahəni tuturdu. Daşsız, kəsəksiz Mil düzünə bu iri və ağır daşlar nə vaxt, haradan və necə gətirilmişdir? Bu nə möcüzədir? Daş bir deyil, iki deyil, yüz deyil, min deyil.saysız-hesabsızdır. Təxminən hesablamalarımıza görə bir neçə yüz kubmetrdir. Belə daşlar Qarqar çayın yalnız yuxan axannda vardır. Gö-rünür ki, ulularımız vaxtilə onları oradan gətirmiş, torpağa tapşırdıqları adama böyük hörmət və ehtiram əlaməti olaraq onun qəbri üstünə bir-bir düzmüş, möhtəşəm daş təpə ucaltmışlar. OnJar bu daş təpənin altında hansı sirJəri gizlətməyə çahşmışdııar? Kim idi onun altmda uyuyan? Hansı əsrlərin, minilliklərin əməlləri, hiss düşün-cələri, arzu və diləkləri bu dilsiz-ağızsız daşların altında donub qalmışdır, gözdən, qulaqdan uzaqlaşdınlmışdır. Bunları tapmaq üçün hələ nə qədər iş görmək lazımdır.

Dinclik bilmədən işləyirdik. Aleksandr Aleksandroviçin özü də lap əldən düşmüşdü. Işin qurtarmasına yaxın hava çiskinləməyə başladı. Göyün üzünü qara buludlar aldı və çox keçmədən Mil qaranlığa qərq oldu. Evə qayıdanda isə azdıq. Hərəmiz maşının külək tutmayan bir küncünə büzüşüb sığındığından onun nə vaxt yoldan çıxdığından xəbərimiz olmamışdı. Gecə yarıdan keçənədək qaranlıq və kimsəsiz geniş düzdə yol axtarırdıq. Orda-burda görünən sönük işıq nöqtələri tez-tez bizi çaşdınrdı. Onlar gözlənilmədən görünür, gözlənilmədən yoxa çıxırdılar. Buna görə də maşını hər dəfə bir istiqamətə yönəltməli olurduq. Tez-tez palçığa düşürdük və maşın dizə qədər palçıqda batıb qalırdı. Istər-istəməz düşüb onu itələməyə başlayırdıq. Yaxşı ki, sürücümüz Aleksandr Ivanoviç bacanqlı və təcrübəli sürücü idi. Bizim köməkliyimizlə o, maşını asanlıqla quru yerə çıxara bilirdi. Üst-başımız bütünlüklə palçığa bulaşmışdı. Soyuq, yorğunluq və aclıq bütünlüklə yaddan çıxmışdı. Bircə evə çatmağı arzulayırdıq. Bilirdik ki, orada indi çox narahatdırlar və səbirsizliklə bizi gözləyirlər.

Yenə də köməyimizə Govurarx çatdı. Sürətlə getdiyimiz bir yerdə gözlənilmə-dən onun üstünə çıxdıq. Aleksandr tvanoviçin sürücü məharəti bu dəfə də bizi təhlükəli vəziyyətdən qurtardı. O, gözləmədiyimiz bir çevikliklə maşını yola çevirdi və arxın lap yanında saxladı. Lakin indi aydm idi ki, bundan sonra yolu tapmaq, ba-zamızı tapmaq asan olacaqdır. Bununla belə, evə çatanda kəndin xoruzları artıq baş-başa vermişdilər və sanki bizi salamlayırdılar. Biz isə bütünlüklə əldən düşmüşdük. Gözlərimiz qeyri-ixtiyari yumulurdu. Yaş paltarları tez atıb yatağa girməkdən başqa bir səadət ola bilərdimi indi. Yuxuya gedəndə hamımızm yeganə arzusu о idi ki, kaş səhər bərk yağış yağa, biz də evdə qalaq. Təəssüf ki, səhər Aleksandr Aleksandroviç hər birimizi silkələyə-silkələyə yuxudan oyadanda gözlərimizə inanmadıq. Yer də, göy də işıq saçırdı. Artıq xeyli yuxan qalxmış parlaq və isti günəş otaqlarımzı gur işıqla doldurmuşdu. Bayırda yaşıl otlar zümrüd kimi par-par parıldayırdı.


Yüklə 223,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin