AZƏRBAYCAN
AZƏRBAYCAN KƏND ƏTRAF MÜHİT LAYİHƏSİ
Ordubad Milli Parkı üçün infrastrukturun dizaynı və nəzarət
KREDİT № 4075 AZ
QRANT №GEF TF054997 / PHRD-TF054739.
Maraq məktublarının qəbul edilməsi barədə
ELAN
Maraqların ifadəsinə dair müraciət dgMarket və UNDB saytında 14 mart 2007-ci ildə dərc edilmiş bu layihəyə aid ümumi satınalma bildirişinə əsaslanır.
Azərbaycan Respublikasının Hökuməti Azərbaycan Kənd Ətraf Mühit Layihəsini həyata keçirmək üçün Dünya Bankı ilə bağladığı kredit sazişi çərçivəsində maliyyənin bir hissəsini məsləhətçi xidmətlərin ödənilməsinə yönəltmək niyyətindədir. Bu xidmətlər “Milli parklar üçün infrastrukturun dizaynı və nəzarət üçün əhatə dairəsinin müəyyənləşdirilməsi” təyinatı çərçivəsi daxilində Şahdağ Milli Parkı üçün infrastruktur (yollar, körpülər, mühafizə divarları və drenaj boruları), superstruktur (binalar) tələbləri və digər mühüm tikinti işləri müəyyənləşdirilmişdir.
Bu tekniki tapşırığın əsas məqsədi ETSN, LİQ, LKQ, Milli Park Administrasiyası, Bankın layihə komandası və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etməklə, OMP-nın inkişafı və idarə olunması üçün lazım olan infrastruktur tələbləri və yolların bərpasının dizaynı və spesifikasiyasının hazırlanması və müvafiq dövlət orqanlarında təsdiqindən ibarətdir.
Bu təyinatın məqsədlərindən biri də işə hərtərəfli nəzarət etməkdən ibarətdir.
Məsləhətçidən tələb olunan işin əhatə dairəsi
Kənd Ətraf Mühit Layihəsi büdcəsinin limiti çərçivəsində LİQ tərəfindən tikilməli olan infrastruktur (yollar, körpülər, mühafizə divarları və drenaj boruları) və superstruktur (binalar) layihələrinin hazırlanması üçün vacib sənədlər və araşdırmaların müəyyənləşdirilməsi məqsədi ilə işin əhatə dairəsi aşağıda göstərilmişdir. Bu sənəd həmçinin icra prosesinə dəstək vermək üçün də yönəldirilmişdir. İşin əhatə dairəsinə iki əsas komponent daxildir.
-
Dizayn: “Milli parklar üçün infrastrukturun dizaynı və nəzarət üçün əhatə dairəsinin müəyyənləşdirilməsi” təyinatı çərçivəsi daxilində müəyyənləşdirilmiş infrastruktur (yollar, körpülər, mühafizə divarları və drenaj boruları) və superstruktur (binalar) işləri ilə əlaqədar olaraq, bu mərhələyə əsas xəritə, ərazinin modeli, ilikin geoloji hesabat, yerli rekonstruksiya planı, memarlıq layihələri, materialların siyahısı, işin həcminin spesifikasiyası və xərclər cədvəli kimi vacib məsələlər daxildir.
Memarlıq layihələri üçün nəzərdə tutulan dizayn və nəzarət işlərinə aşağıdakı mövzular daxildir:
-
Əsas xəritənin hazırlanması (miqyas 1:1000 və 1:500)
-
Tikinti üçün nəzərdə tutulan yerin tədqiqinin aparılması
-
Rekonstruksiya planı üçün geoloji müşahidə etüdünün hazırlanması
-
Yerli rekonstruksiya planının hazırlanması (miqyas 1:1000)
-
İnşaat layihələrinin memarlıq dizaynının hazırlanması
-
Konseptual dizayn
-
İlkin dizayn layihələri (miqyas1:200 və ya 1:500)
-
Tətbiqi layihələr (miqyas 1:50, 1:20 və 1:10)
-
Materialların siyahısının hazırlanması
-
İşin həcminin spesifikasiyasının hazırlanması
-
Xərclər cədvəlinin hazırlanması
-
İnfrastruktur layihələrinin hazırlanması
-
Tətbiqi layihələr (miqyas 1:50, 1:20 və 1:10)
-
Materialların siyahısının hazırlanması
-
İşin həcminin spesifikasiyasının hazırlanması
-
Xərclər cədvəlinin hazırlanması
-
Tender sənədlərinin hazırlanması
-
Tender
-
Layihənin icrası
-
Layihənin icrasının monitorinqi (nəzarət)
-
Nəzarət: Layihələrin icrası üçün tenderlər başa çatdıqdan sonra, bu mərhələyə idarəetməyə dəstək olan layihələrin ümumi tətbiqi üçün nəzarət daxildir.
Memarlıq layihələri üçün nəzərdə tutulan nəzarət işlərinə aşağıdakı mövzular daxildir:
-
Tender sənədlərinin hazırlanmasında rəhbərliyə dəstəyin göstərilməsi.
-
Layihələrin icrası zamanı yoxlama və nəzarət həyata keçirmək.
-
Layihələrin icrası zamanı istifadə olunan materialların yoxlanılması.
-
Nəzarət xidmətləri ilə bağlı təlimatların hazırlanması.
Təyinatın müddəti 16 ay təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmış Layihənin İcra Qrupu uyğun gələn məsləhətçiləri qeyd edilən xidmətlərin həyata keçirilməsində maraqlı olduqlarını ifadə etməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətləri həyata keçirmək qabiliyyətinə malik olduqlarını göstərən məlumat (broşür, oxşar təyinatın təsviri, oxşar şəraitdə qazanılmış təcrübə, işçi heyətinin müvafiq təcrübəyə malik olması haqqında məlumat və s.) göndərməlidirlər. Məsləhətçilər təyinat üzrə işlərin yerinə yetirilməsi üçün əməkdaşlıq edə bilərlər.
Məsləhətçilərin seçilmə prosesi Dünya Bankının təlimatlarında göstərilən prosedurlara uyğun olaraq aparılacaqdır. (“Dünya Bankının Borc alanları tərəfindən məsləhətçilərin seçilməsi və fəaliyyəti üzrə təlimatları”nın cari variantı).
Maraqlanan məsləhətçilər əlavə məlumatı aşağıda göstərilən ünvanda əldə edə bilərlər.
Maraq məktubları 20 Avqust, 2009-cu il tarixinədək, Bakı vaxtı ilə saat 18:00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir.
Azərbaycan Kənd Ətraf Mühit Layihəsi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Layihələrin İcra Qrupu
direktor Ruslan Acalov
Istiqlaliyyət küç. 31, Bakı, AZ1001
Tel.: 492 60 23, Faks: 492 68 63,
E-mail: ruslan@ecology-piu.org; huseyin@ecology-piu.org
Dostları ilə paylaş: |