AZƏRBAYCAN
AZƏRBAYCAN KƏND ƏTRAF MÜHİT LAYİHƏSİ
TORPAQ ÖRTÜYÜNÜN XƏRITƏYƏ SALINMASI VƏ CİS TƏHLILI
KREDİT № 4075 AZ
QRANT №GEF TF054997 / PHRD-TF054739.
Maraq məktublarının qəbul edilməsi barədə
ELAN
Maraqların ifadəsinə dair müraciət dgMarket və UNDB saytında 14 mart 2007-ci ildə dərc edilmiş bu layihəyə aid ümumi satınalma bildirişinə əsaslanır.
Azərbaycan Respublikasının Hökuməti Azərbaycan Kənd Ətraf Mühit Layihəsini həyata keçirmək üçün Dünya Bankı ilə bağladığı kredit sazişi çərçivəsində maliyyənin bir hissəsini məsləhətçi xidmətlərin ödənilməsinə yönəltmək niyyətindədir. Bu xidmətlər Coğrafi informasiya sistemləri (CİS) və Zondla məsafəli tədqiq edilməsi təhlilləri, layihənin əhatə dairəsi çərçivəsində Şahdağ və Ordubad milli parkları ərazilərinin zonalaşdırılması və idarəetmə planlarının həyata keçirilməsi üçün mühüm olan biomüxtəliflik, meşə və yüksəklikdə yerləşən otlaqların inventarizasiyasının hazırlanmasını təmin etmək üçün ərazinin peyk görüntüləri əsasında həyata keçiriləcək. Əlavə olaraq, park idarəetməsi üçün sifarişli interfeyslə əvvəlcədən tətbiq olunmuş CİS proqramına əsaslanan sifarişli proqram təminatı hazırlanacaq. Proqram, CİS sistemində dərin bilik tələb etmədən milli parklarla bağlı məlumatların idarə olunmasına imkan verəcək. Bu təyinatın məqsədi tələb olunan CİS təhlillərinin texniki xüsusiyyətlərinin müəyyənləşdirilməsindən ibarətdir.
Məsləhətçi tərəfindən tələb olunan işin həcmi
1. Peyk təsvirlərinin şərhi və təsnifatı
ŞMP və OMP-nın cari torpaq örtüyünün/torpaqdan istifadənin müəyyən edilməsi üçün Nazirlik tərəfindən alınmış peyk təsvirləri şərh və təsnif ediləcək. Təsnifat Nazirliklə birlikdə razılaşdırılmış cədvələ əsasən tərtib olunacaq. Bu, multi-spektral peyk təsvirlərinin korrelyasiya və reqressiya təhlilinə əsaslanmalıdır.
2. Digər mövcud xəritə mənbələrinin təhlili və tərtib edilməsi.
Topoqrafik xəritələrdən əlavə, kağız üzərində xəritələr, PDF sənədləri, rastr təsvirləri (JPEG, TIFF), CAD təsvirləri (DWG, DXF) və ya vektor məlumat toplusu (ESRI SHP, MapInfo) şəklində əldə oluna biləcək mövcud xəritə mənbələri Nazirlikdən və digər əlaqədar maraqlı tərəflərdən toplanmalıdır. Tərtib olunacaq xəritələrin tam siyahısı hazırlıq mərhələsindən əvvəl Nazirlik tərəfindən təyin ediləcək və Podratçıya təqdim olunacaq.
-
Milli və beynəlxalq ekspertlər tərəfindən həyata keçirilən sahə tədqiqatları üzrə xəritələrin hazırlanması.
Milli və beynəlxalq ekspertlər tərəfindən həyata keçiriləcək və 1/25.000 miqyaslı topoqrafik xəritələrdə qeyd olunacaq sahə tədqiqatlarının nəticələri rəqəmsal və vektor xəritələrinə keçiriləcək.
-
Yekun idarəetmə planlarının xəritələrinin hazırlanması.
ŞMP və OMP-nin mövcud zonalaşdırma xəritələri dəyişdirilməli və ekspertlər tərəfindən hazırlanacaq yeni zonalaşma xəritəsi vektor formatında tərtib olunacaqdır.
-
Milli parkların xəritələrinin idarə edilməsi üçün proqram təminatına əsaslanan CİS sisteminin hazırlanması.
Milli parkların xəritələri idarəetməsi üçün proqram təminatına əsaslanan sifarişli CİS sistemi hazırlanacaq. İdarəetmə üçün proqram standart CİS proqram paketinə əsaslanacaq.
Təyinatın müddəti 9 ay təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmış Layihənin İcra Qrupu uyğun gələn məsləhətçiləri qeyd edilən xidmətlərin həyata keçirilməsində maraqlı olduqlarını ifadə etməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətləri həyata keçirmək qabiliyyətinə malik olduqlarını göstərən məlumat (broşür, oxşar təyinatın təsviri, oxşar şəraitdə qazanılmış təcrübə, işçi heyətinin müvafiq təcrübəyə malik olması haqqında məlumat və s.) göndərməlidirlər. Məsləhətçilər təyinat üzrə işlərin yerinə yetirilməsi üçün əməkdaşlıq edə bilərlər.
Məsləhətçilərin seçilmə prosesi Dünya Bankının təlimatlarında göstərilən prosedurlara uyğun olaraq aparılacaqdır. (“Dünya Bankının Borc alanları tərəfindən məsləhətçilərin seçilməsi və fəaliyyəti üzrə təlimatları”nın cari variantı).
Maraqlanan məsləhətçilər əlavə məlumatı aşağıda göstərilən ünvanda əldə edə bilərlər.
Maraq məktubları 04 Sentyabr, 2009-cu il tarixinədək, Bakı vaxtı ilə saat 18:00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir.
Azərbaycan Kənd Ətraf Mühit Layihəsi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Layihələrin İcra Qrupu
direktor Ruslan Acalov
Istiqlaliyyət küç. 31, Bakı, AZ1001
Tel.: 492 60 23, Faks: 492 68 63,
E-mail: ruslan@ecology-piu.org; huseyin@ecology-piu.org
Dostları ilə paylaş: |