“Azərbaybaycan İncəsənəti-təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq (uşaqlar üçün ensiklopedik məlumat kitabı) 1-ci cild

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 6.62 Kb.
tarix22.10.2017
ölçüsü6.62 Kb.

“Azərbaybaycan İncəsənəti-təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq (uşaqlar üçün ensiklopedik məlumat kitabı) 1-ci cild

Press-reliz

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tə­rəfindən çap olunan “Azərbaybaycan İncəsənəti-təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq (uşaqlar üçün ensiklopedik məlumat kitabı) 1-ci cild kitabı işıq üzü görmüşdür. Kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incə­sə­nətinin təsviri sənət, dekorativ tətbiqi sənət, memarlıq haqqında məlumatlar toplanmışdır. Uşaqlar üçün ensik­lopediya xarakterli bu kitabda adları Azərbaycan incəsənəti tarixinə həkk olunmuş görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünya şöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir. İncəsənətimizin tarixinə qızıl hərflərlə yazılmış sənət inciləri və onların müəllifləri barəsində kifayət qədər sadə və uşaq dili ilə söhbət aç­ılmışdır. Materiallar əsasən in­cə­sənətin aşağıdakı sahələrini əhatə etmişdir: rəngkarlıq, qrafika, hey­­­kəltaraşlıq, dekorativ-tət­bi­qi sənət, memarlıq. Kitaba ilk dəfə olaraq gənclər və uşaq yaradıcılığına həsr olunmuş ayrıca bölmələr daxil edilmişdir. Kitaba daxil edilən rəngli təsvir materialları isə yazılanların əyani və dolğun qavranılmasına kömək edir. Bu səpgili çap məh­su­lunun ölkəmizdə uşaqlar üçün hazır­lanmadığını nəzərə alsaq, kitabın əhəmiyyətini bir daha gör­mək mümkündür.

Kitab haqqında məlumat verən “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin və layihənin rəhbəri Nurəddin Mehdiyev demişdir ki, təqdim olunan kitab “vətə­ni­mizi öyrənək” seriyasından çap olunan kitabın 1- cildidir, yaxın gələcəkdə kitabın 2-ci və 3-cü cildləri də hazırlanacaq. Layihə çərçivəsində “Azərbaybaycan İncəsənəti-təsviri sənət, de­ko­rativ tətbiqi sənət, memarlıq (uşaqlar üçün ensiklopedik məlumat kitabı) 1-ci cild kitabının Ba­kıda və re­gion­larda olan kitabxanalara və məktəblərə pulsuz olaraq paylanması nəzərdə tutul­muşdur. 2500 tirajla buraxılan kitab “ Letterpress” nəşriyyat evi tərəfindən çap olunmuşdur. Ki­ta­­bın tərtibçiləri Azərbaycanın əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və gənc sənətşünas Aslan Xəlilovdur.



“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası

İctimai Birliyinin mətbuat xidməti

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə