2. Müəllim haqqında məlumat:
Adı, atasının adı, soyadı və elmi dərəcəsi –dos.Ş.D.Danyalov
Kafedranın ünvanı: Bakı,şəh. A.Sultanova küçəsi,5. AzMİU, II korpus,10-cu mərtəbə
Məsləhət saatları:,... günlər,Saat 10.00-13.00
E-mail ünvanı: danyalov53@mail.ru İş telefonu: 539-07-75
3. Tələb olunan dərslik və dərs vəsaitləri:
Ocaqov H.O., Hacıyev A.L. Sabitliyi pozan amillər və onların nəticələrinin xarakteristikası. B.2003. 2.Ocaqov H.O., Fövqəladə hallarda iqtisadiyyat obyektlərinin dayanıqlığı. B.2005. 3.Ocaqov H,O,FH-da həyat fəliyyətinin təhlükəsizliyi B.2010
Bakı-2015
Giriş
İnsan təbiətin bir funksiyası olub,onunla sıx əlaqədardır. İnsan həyatında və fəaliyyətində təbiətin rolunu qiymətlindirmək çətindir. Hələ XX əsrin başlanğıcında yer kürəsinin əhalisi təmiz hava alır və saf su içirdilər. lakin XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab ekosistemdə ciddi dəyişikliklərə gətirib çıxardı. Belə ki, kimya sənayesi, nüvə energetikası,aviasiya , avtomobil nəqliyyatı və digər sahələr təbiətə zərər vurmaqla yanaşı, təbii (resursların) ehtiyatların azalmasına, tükənməsinə,ekoloji tarazlığın pozulmasına,insanların sağlamlığına və həyatına ciddi təhlükələrə gətirib çıxardı. Buna görə də təhlükəyə düçar olmamaq üçün ehtimal oluna biləcək texnogen və təbii hadisələri, onların xüsusiyyətləri haqqında məlumatlar olmalıdır ki, bu hadisələr zamanı əhalinin düzgün davranması mümkün olsun.
Fənn proqramı kredit sistemi üzrə tədris prosesinin təşkili və tələbələrin biliklərinin test üsulu ilə qiymətləndirilməsi metodikaları əsasında işlənib hazırlanmışdır. Fənn proqramı müəllimlərin və kursantların istifadəsi üçün nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |