Əsas nominasiyalardan əlavə digər seçilmiş iştirakçılar dövlət qurumları tərəfindən həvəsləndirici mükafatlarla təltif olunur.
9. Müsabiqənin yekunu və mükafatlandırma qaydaları:
Müsabiqəyə təqdim olunan işlər ictimaiyyətin görkəmli elm, mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir.
Festivala təqdim olunan işlər həmçinin, sosial şəbəkə istifadəçiləri tərəfindən qiymətləndirilir.
Festivalın sonunda iştirakçıların təqdim etdiyi işlərdən ibarət kataloq çap edilir və mükafatlandırma mərasimində iştirakçıların müsabiqə işlərinin fotosərgisi təşkil edilir.
Müsabiqədə iştirak etmək üçün iştirakçılar təşkilat Komitəsinə mart ayının 1-dən oktyabr ayının 1-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
Doldurmuş Anket (çap və ya elektron formatda)
Müsabiqədə iştirak edən foto şəkil (son 5 il ərzində çəkilmiş)
- ölçü: 20 x 30 sm
- sayı: 1 - 5 ədəd;
Şəkillərin elektron forması 800 – 1500 px formatda təşkil olunmalıdır və JPEG ,TİFF və ya RAW formatlarda təqdim edilə bilər.
11. Təşkilat Komitəsi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən formalaşır.
Təşkilat Komitəsi tərəfindən:
Müsabiqədə iştirak üçün anket, fotoşəkillər paketi qəbul edilir, müsabiqəyə uyğun qiymətləndirilir və münsiflər heyətinə təqdim edilir.
Münsiflər heyətinin qərarına uyğun müsabiqənin gedişi təşkil edilir.
Müsabiqəyə təqdim olunan işlər maarifləndirmə məqsədi ilə müəllifin adının göstərilməsi şərti ilə təmənnasız istifadə edilə bilər.
Təşkilat komitəsi müsabiqəyə təqdim olunan foto şəkillərdən istifadə zamanı şəkildə əks olunan insanların şikayətinə görə məsuliyyət daşımır.
Təqdim olunan işlər müəllifə qaytarılmır.
Əlavə şərtlər
Festivala təqdim olunmuş şəkillərə görə təşkilat komitəsi heç bir məsuliyyət daşımır.
Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 80, Hökumət Evi, 4-cü qapı,
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Əlaqə telefonları: (012) 493-79-62
Fotoşəkillərin elektron formada qəbulu üçün ünvan: